Quru sərhədlərlə bağlı MÜJDƏ Payızda nələr olacaq?
Hurriyyet portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasında xüsusi karantin rejiminin və buna bağlı olaraq quru sərhədlərinin qapalı qalma müddətinin 2026-cı il 1 oktyabr saat 06:00-dək uzadılması cəmiyyətdə sərhədlərin daha tez bir zamanda, mərhələli şəkildə açılıb-açılmayacağı ilə bağlı müzakirələri yenidən alovlandırıb. Rəsmi qərarda müddətin 2026-cı ilin payızına kimi göstərilməsinə baxmayaraq, bir çox mütəxəssis regional və beynəlxalq səviyyədə baş verən müsbət inteqrasiya proseslərinin bu müddətin yekunlaşmasından əvvəl də müəyyən yumşalmaların edilməsinə şərait yarada biləcəyini istisna etmir.
Məsələ ilə bağlı nocommentaz-a danışan siyasi şərhçi, analitik Natiq Əmiraslanov qeyd edib ki, quru sərhədlərinin qapalı qalması hər nə qədər ciddi təhlükəsizlik və preventiv tədbirlərə əsaslandırilsa da, regionda sabitliyin tam bərqərar olması və iqtisadi əlaqələrin intensivləşməsi fonunda sərhədlərin gözləniləndən daha tez – yəni cari ilin sonuna qədər mərhələli şəkildə sərnişindaşıma üçün açılması ehtimalı olduqca yüksəkdir: “Qlobal logistik zəncirlərin bərpası, qonşu dövlətlərlə sərhəd-keçid məntəqələrinin modernləşdirilməsi və turizm sektorunun canlandırılması zərurəti dövləti bu istiqamətdə yeni addımlar atmağa sövq edə bilər”.
Onun sözlərinə görə, təhlükəsizlik protokollarının tam təmin olunduğu və epidemioloji risklərin aradan qaldırıldığı təqdirdə, rəsmi Bakı tərəfindən quru sərhədlərinin sərnişin keçidi üçün nəzərdə tutulan tarixdən əvvəl – xüsusilə də yaz-yay mövsümünün sonuna doğru və ya ilin sonuna yaxın yumşaldılması vətəndaşların gediş-gəlişini asanlaşdıra bilər: “İqtisadi baxımdan yükdaşımaların fasiləsiz işləməsi artıq özünü doğrultub, indi isə vətəndaşların sərbəst hərəkətliliyinin bərpası üçün regional təminatların hüquqi müstəvidə yekunlaşması və diplomatik razılaşmaların əldə olunması əsas hərəkətverici qüvvə olacaq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 11 Avqust 2026 21:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















