Icma.az
close
up
RU
Quru sərhədlərlə bağlı VACİB TƏKLİF

Quru sərhədlərlə bağlı VACİB TƏKLİF

Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi, Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb.

Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, karantin rejiminin müddəti gələn il yanvarın 1-dən aprelin 1-dək uzadılıb.

Dekabrın 25-də Bakı-Qroznı marşrutu üzrə uçan AZAL təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində 38 nəfər həlak olub, 29 nəfər isə sağ qalıb.

Bu hadisə quru sərhədlərin bağlı olması mövzusunu yenidən gündəmə gətirib. Bəzi ekspertlər və ictimaiyyət nümayəndələri quru sərhədlərin bağlı olmasının təhlükəsizlik məsələlərinə təsir etdiyini bildirir.

Rəsmilər sərhədlərin bağlı qalmasını təhlükəsizlik və sağlamlıq tədbirləri ilə əsaslandırırlar. Quru sərhədlərin açılması və karantin rejiminin davam etdirilməsi ilə bağlı qərarlar ölkədəki epidemioloji vəziyyət və təhlükəsizlik məsələləri nəzərə alınaraq qəbul edilir.

İqtisadçı Natiq Cəfərli mövzu ilə bağlı fikirlərini bölüşüb:

"ADY-dən açıqlama var ki, quru sərhədlər açılarsa, Bakı-Tbilisi-Bakı qatar reysi bərpa ediləcək. Çox güman, həm də Şimali Qafqaz istiqamətinə də reyslər tezliklə bərpa oluna bilər. Digər məlumata görə, AYNA Bakı-Naxçıvan istiqamətində İrandan keçməklə avtobus reyslərinin də sayını artırır - bu da pozitiv xəbərdir.

AZAL təyyarəsi ilə baş verən faciənin şokunu hələ də yaşamaqdayıq. Rusiyanın tarixi və ənənəvi davranışının bir daha şahidi olduq, namərdcəsinə törətdikləri əmələ cavabdeh olmaq istəmirlər və Azərbaycan dövləti də haqlı əsaslarla Rusiya istiqamətinə bir çox təyyarə reyslərini təxirə saldı. Rusiya üzərindən uçmaq təhlükəlidir - bunu artıq bir çox ölkələr də anladı, onlar da Rusiya istiqamətinə reysləri təxirə saldılar.

Rusiya son 200 ildən artıq bir zaman kəsimində daim təhlükələrin gəldiyi, tarix boyu millətimizə faciələr yaşadan, tez-tez adı dəyişsə də, mahiyyəti dəyişməyən bir “imperiyadır”. Amma bir reallıq da var -  tarixən formalaşmış əlaqələr də var, əsasən də sərhədyanı bölgələrdə qohumluq əlaqələri olan minlərlə ailələr var. Şimali Qafqazda yaşayan soydaşlarımız var, indi hava nəqliyyatı ləğv edildi - bir daha bunu doğru qərar sayıram, hətta Rusiya üzr istəsə belə, təhlükəsizlik məsələsinə görə Rusiyanın Ukraynaya təcavüzkar müharibəsi bitməyincə, bu reyslər açılmamalıdır.

Ancaq insanların yaşaya biləcəyi problemləri nəzərə alsaq, ilkin mərhələdə məhz elə dəmir yolları ilə Şmali Qafqaza qatar reyslərini açmaq lazımdır. Qatarlarda yoxlamaların daha düzənli və sərt olduğunu nəzərə alsaq, quru sərhədləri bağlı saxlamaq üçün səsləndirilən “təhlükəsizlik” arqumentini də nəzərə almaq olar. Hərçənd, mən bu məsələyə başqa cür baxıram - Azərbaycanda hüquq-mühafizə orqanları kifayət qədər güclüdür, açıq sərhəd rejimində də ölkənin təhlükəsizliyini təmin edə bilərlər, sadəcə, görünür, hökumət belə düşünmür. Ailələr var ki, toya-yasa getmək, bayramlaşmaq istəyirlər, dəmir yolları ilə bu məsələni həll etmək olar. Çünki ADY son zamanlar öz effektiv fəaliyyəti ilə ciddi altyapı layihələri həyata keçirib, qısa zamanda bu reysləri təşkil edə bilər".

İqtisadçı əlavə edib ki, Gürcüstan istiqamətində də olmalıdır:

"Heç olmasa ilkin mərhələdə dəmir yolları açılmalıdır, ADY və digər dövlət-hökumət qurumları buna hazırdır, vətəndaşlar üçün də ciddi məmnuniyyət doğuran faktor olar. 

Quru sərhədlərin açılmasına dəmir yolları ilə start vermək lazımdır. Artıq 5 ilə yaxındır öz peşəkar fəaliyyətləri ilə məşğul olmayan qurumlar da bir az "məşq" etsinlər, öz peşələrini unutmasınlar. Növbəti addım isə quru sərhədlərin tam açılması, bu məsələdən birdəfəlik qurtulmaq olmalıdır". /Musavat.com/

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://moderator.az
archiveBu xəbər 28 Dekabr 2024 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see417

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see410

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see284

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see268

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see257

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see250

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see247

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see244

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see242

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see226

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see215

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see211

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see210

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see208

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see205

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see203

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see202

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see199

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see199

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri