Icma.az
close
up
RU
“Qurulmuş yeni şəhərlər ağıllı sistem əsasında formalaşdırılır” Millət vəkili DANIŞDI

“Qurulmuş yeni şəhərlər ağıllı sistem əsasında formalaşdırılır” Millət vəkili DANIŞDI

Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Azərbaycan torpaqlarını işğaldan azad etdikdən sonra keçmiş məcburi köçkünlərin öz dədə-baba torpaqlarına qayıdışını təmin etmək üçün xüsusi dövlət proqramı həyata keçirilir”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

Deputat bildirib ki, artıq keçmiş məcburi köçkünlər mərhələli şəkildə öz doğma torpaqlarına köçürülür: "Bir sözlə, “Böyük Qayıdış” dövlət proqramı uğurla həyata keçirilir. Təbii ki soydaşlarımızın öz dədə-baba torpaqlarına qayıtması ilə iş bitmir, orada olan şəhər, kənd, qəsəbələrin dövrün tələblərinə uyğun müasir avadanlıqlarla hazırlanması ilə yanaşı, əhalinin məşğulluq problemi, sosial həyatının təşkil edilməsi vacib məsələlər sırasındadır. Bu ağır işin öhdəsindən Azərbaycan hökuməti layiqincə gəlir. Qurulmuş yeni kənd, şəhər və qəsəbələr ağıllı sistemlər əsasında formalaşır. Bütün ərazilər “yaşıl ərazi” elan edilib.

Füzuli, Cəbrayıl, Laçın, Şuşa, Xankəndi, Xocalıda köçə şahidlik etdik və bu ildən etibarən Kəlbəcərdə də köçə şahidlik edəcəyik.
Bir sözlə, ən qısa zamanda işğaldan azad edilmiş ərazilərdə həyat yenidən canlanacaq, keçmiş məcburi köçkünlər öz dədə-baba yurdlarında yeni həyatlarına başlayacaq.

İnanırıq ki, işğaldan azad edilmiş ərazilərimiz qısa zaman ərzində Azərbaycan iqtisadiyyatına birləşdiriləcək. Azərbaycan Respublikası tərəfindən qoyulan yatırımlar işğaldan azad olunmuş ərazilərin iqtisadiyyatının dirçəlməsinə gətirib çıxaracaq. Dirçəlmiş ərazilərin iqtisadiyyatı ümumi Azərbaycan iqtisadiyyatına öz töhfəsini verəcək. Yaxın gələcəkdə yalnız keçmiş məcburi köçkünlər deyil, eyni zamanda ümumi Azərbaycan vətəndaşları, xüsusilə, gənclər bu ərazilərdə işləyəcək, özlərinə həyat quracaq. Bir sözlə, biz “Böyük Qayıdış”ın növbəti mərhələlərinə şahidlik edəcəyik".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:135
embedMənbə:https://sia.az
archiveBu xəbər 04 Aprel 2025 14:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri