Icma.az
close
up
RU
Milli maraqlar əsasında qurulmuş balanslaşdırılmış tərəfdaşlıq modeli

Milli maraqlar əsasında qurulmuş balanslaşdırılmış tərəfdaşlıq modeli

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

Son dövrlərdə Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasındakı ikitərəfli əlaqələr özünün ən fəal və dinamik inkişaf mərhələsinə qədəm qoyub. Bakı ilə Brüssel arasında intensivləşən yüksək səviyyəli dialoq, tərəfdaşlığın artıq keyfiyyətcə yeni, strateji xarakter aldığını bariz şəkildə nümayiş etdirir.

Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın, ardınca Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasın və nəhayət, Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Azərbaycana reallaşan ardıcıl və mühüm səfərləri bu dinamikanın ən aydın göstəricisidir. Avropanın ali rəhbərliyinin Bakıya olan bu xüsusi diqqəti, Azərbaycanın həm qlobal enerji təhlükəsizliyində, həm də Cənubi Qafqazda dayanıqlı sülhün və logistik bağlantıların təmin edilməsində əvəzolunmaz rolunun beynəlxalq səviyyədə etirafıdır. Həyata keçirilən bu yüksək səviyyəli təmaslar, Azərbaycan–Aİ münasibətlərinin uzunmüddətli və qarşılıqlı maraqlara əsaslanan yeni bir dövrə qədəm qoyduğunu qətiyyətlə təsdiqləyir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin birgə mətbuat bəyanatları, Bakı ilə Brüssel arasındakı münasibətlərin keyfiyyətcə yeni və daha yüksək bir mərhələyə qədəm qoyduğunu növbəti dəfə təsdiqləyib. Dövlətimizin başçısının vurğuladığı kimi, ikitərəfli əlaqələrdə müşahidə olunan görünməmiş müsbət dinamika hər iki tərəfin əməkdaşlığı genişləndirmək istiqamətində nümayiş etdirdiyi güclü siyasi iradənin bariz nəticəsidir. Bu tərəfdaşlıq yalnız siyasi dialoqla məhdudlaşmır, eyni zamanda enerji təhlükəsizliyi, qlobal nəqliyyat dəhlizləri, ticarət dövriyyəsinin artırılması, yaşıl keçid və Cənubi Qafqazda dayanıqlı sülhün təmin olunması kimi strateji istiqamətləri bütövlükdə əhatə edir.
Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen öz növbəsində bəyan edib ki, enerji sahəsindəki çoxşaxəli əməkdaşlıq Aİ-Azərbaycan tərəfdaşlığının ən güclü sütunlarından biri olaraq qalmaqdadır. Avropanın ali rəhbəri Azərbaycanın son illərdə özünü son dərəcə etibarlı və strateji tərəfdaş kimi sübuta yetirdiyini xüsusi diqqətə çatdırıb. Xanım Fon der Lyayen ölkəmizin yalnız zəngin enerji resursları ilə deyil, həm də Avropanı Cənubi Qafqaz və Mərkəzi Asiya ilə birləşdirən mühüm geostrateji logistik mərkəz statusu ilə qlobal əhəmiyyət daşıdığını vurğulayıb. Eyni zamanda, Avropa Komissiyasının Prezidenti regionda sülh, sabitlik və genişmiqyaslı əməkdaşlıq prosesinin əsas təşəbbüskarı kimi Prezident İlham Əliyevin liderlik missiyasını və siyasi iradəsini xüsusi qeyd edib.
Bu gün Cənubi Qafqaz olduqca mürəkkəb və dinamik geosiyasi proseslərin mərkəzində yerləşir. Lakin bu çətin coğrafiyaya baxmayaraq, Azərbaycan Respublikası Prezident cənab İlham Əliyevin uzaqgörən siyasəti sayəsində regionda sabitliyi qoruyan, regional əməkdaşlığı təşviq edən və qlobal güclər üçün ən etibarlı tərəfdaş kimi qəbul edilən bir dövlətdir. Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Bakıya reallaşan son tarixi səfəri bu reallığı növbəti dəfə bütün dünyaya nümayiş etdirdi.
Avropa İttifaqının Azərbaycanla enerji, nəqliyyat və rəqəmsal infrastruktur sahələrində uzunmüddətli əməkdaşlığı nəzərdə tutan yeni bağlantı tərəfdaşlığı platformasını təklif etməsi təsadüfi deyil. Bu, ölkəmizin müasir nəqliyyat infrastrukturunun, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının, geniş dəmir yolu şəbəkəsinin və Şərq-Qərb, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərində oynadığı strateji geoiqtisadi rolun yüksək qiymətləndirilməsidir.
Məlum olduğu kimi, 2022-ci ildə Avropanın enerji təhlükəsizliyi ciddi sınaqlar qarşısında qaldığı dövrdə məhz Azərbaycan real strateji tərəfdaş kimi iradə ortaya qoydu. Həmin vaxtdan bəri Aİ-yə təbii qaz ixracımız təxminən 65 faiz artmışdır. Hazırda ölkəmiz Aİ-nin 10 üzv dövlətini mavi yanacaqla təmin edir və bu coğrafiyanı genişləndirmək potensialımız var.
Cənab Prezidentin qeyd etdiyi kimi, enerji təhlükəsizliyi artıq milli təhlükəsizliyin ayrılmaz hissəsidir. Xanım Fon der Lyayenin çıxışında Azərbaycanın Avropaya verdiyi bu dəstəyi yüksək qiymətləndirərək Cənub Qaz Dəhlizini “əsl uğur hekayəsi” adlandırması, Bakının apardığı enerji diplomatiyasının qlobal təntənəsidir.
Tərəfdaşlığımızın ən perspektivli və yeni istiqaməti şübhəsiz ki, “Yaşıl enerji” sahəsidir. Ölkəmiz nəhəng günəş və külək enerjisi potensialına malikdir. Dövlət başçımızın bəyan etdiyi kimi, indiyədək imzalanmış müqavilələr yaxın 5-6 il ərzində Azərbaycanda əlavə 8 giqavat bərpaolunan enerji istehsal etməyə imkan verəcəkdir.
Xəzər dənizinin külək enerjisi imkanları, həmçinin Azərbaycan, Mərkəzi Asiya və Avropa arasında qurulan Yaşıl Enerji Dəhlizi layihəsi yaxın gələcəkdə qlobal enerji xəritəsini yenidən formalaşdıracaq. Aİ-nin bu istiqamətdə ölkəmizlə yaxından əməkdaşlıq etmək niyyəti olduqca təqdirəlayiqdir.
Bu tarixi səfərin ən mühüm nəticələrindən biri də regionda formalaşan yeni sülh gündəliyinə verilən beynəlxalq dəstəkdir. Avropa Komissiyası sərhədyanı bölgələrdə sosial-iqtisadi layihələrin icrası üçün 20 milyon avroluq yardım proqramı elan etdi. Səhiyyə, minatəmizləmə, kənd təsərrüfatı, su təminatı və kiçik sahibkarlığa yönələcək bu vəsait, sülhün real iqtisadi dividendlərini insanların gündəlik həyatında hiss etdirmək baxımından böyük əhəmiyyət kəsb edir.
Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycanın təşəbbüsü ilə irəli sürülən sülh gündəliyi artıq praktik nəticələr verməkdədir. Ermənistanla münasibətlərin normallaşması prosesində de-fakto sülh mühiti qurulub, tranzit məhdudiyyətləri aradan qaldırılıb və bölgədə yeni əməkdaşlıq formatı yaradılıb. Aİ-nin də bu prosesi tam dəstəkləməsi rəsmi Bakının bölgədəki legitim hüquqlarının və ədalətli mövqeyinin növbəti təsdiqidir.
Azərbaycanın xarici siyasət kursunun ən böyük üstünlüyü onun müxtəlif qlobal güc mərkəzləri ilə qarşılıqlı hörmət və milli maraqlar əsasında qurulmuş balanslaşdırılmış tərəfdaşlıq modelidir.
ABŞ ilə strateji tərəfdaşlıq, Çin Xalq Respublikası ilə imzalanmış hərtərəfli strateji əməkdaşlıq bəyannaməsi və Avropa İttifaqı ilə strateji xarakter daşıyan münasibətlər Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil, milli mənafelərə söykənən uğurlu xarici siyasətin bariz bəhrəsidir. Avropa İttifaqı ilə yaranan bu yeni və güclü dinamika ölkəmizin beynəlxalq arenada etibarlı tərəfdaş imicini daha da sarsılmaz edir.

Anar Məmmədov
Milli Məclisin deputatı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 03 İyul 2026 13:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see493

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see446

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see346

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see294

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see285

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see281

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see269

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see252

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see243

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see237

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see228

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see225

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see220

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see215

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see213

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see211

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see201

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see200

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see195

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri