Qusarda 10 ildir quruyan Bənövşə gölü yenidən bərpa olunur
Icma.az, Baku.ws saytına istinadən bildirir.
Qusarda 1982-ci ildən 2016-cı ilə qədər istismar olunmuş və 10 ildir ki, istifadəsiz qalaraq bataqlığa çevrilmiş "Bənövşə gölü" su anbarı yenidən bərpa olunur.
Bu barədə BAKU.WS-ə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən məlumat verilib.
Bununla bağlı keçirilən tədbirdə Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, Agentliyin tabeliyində olan Qusar Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəhbərliyi və rayon ictimaiyyəti iştirak ediblər. Bildirilib ki, su anbarı 2016-cı ildə "Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya şəbəkələrinin yenidən qurulması" layihəsinin icrası başa çatdıqdan sonra istifadəsiz qalaraq quruyub. Layihə üzrə su anbarının bərpası işlərinə başlanılıb.
Qeyd edilib ki, su anbarının yenidən qurulması təkcə infrastruktur layihəsi deyil, eyni zamanda sosial əhəmiyyətli təşəbbüsdür. Layihənin icrası nəticəsində 7 kənddə yaşayan 11 min nəfərdən artıq əhalinin içməli su təminatının əhəmiyyətli dərəcədə yaxşılaşdırılması nəzərdə tutulur. Hazırda - su anbarının bərpası layihəsinin birinci mərhələsində anbarın lil və çöküntülərdən təmizlənməsi, zəruri yerlərdə beton örtüyünün bərpası, su xəttinin yenilənməsi, mühafizə hasarının çəkilməsi və digər işlərin görülməsi planlaşdırılıb.
Qusar rayonunda növbəti mərhələdə içməli su təminatında ciddi problemlər yaşanan Köhnəxudat, Əvəcük, Gədəzeyxur, Bədişqala, Gündüzqala, İmamqulukənd kəndlərinə su xətlərinin çəkilməsi və Aşağı Ləgər kəndinin içməli su xəttinin də bu anbara qoşulması nəzərdə tutulur.
Qalereya
Baxış sayı:200
Bu xəbər 10 Fevral 2026 09:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















