Icma.az
close
up
RU
Bir dəstə bənövşə

Bir dəstə bənövşə

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Yaz özünəməxsus füsunkarlığı ilə ruhu oxşayır. Təbiətin səxavəti könül açır. İlk baharda yerdə çiçəyi-gülü və suların səsini, göydə durnaların dəstini sevirəm. Tanrı hər şeyi gözəl yaradıb, ay gözü göyçək! Məni özünə məftun eliyən yaz qəlbimi təbiətlə ünsiyyətə necə gözəl səsləyir, sən ki bilirsən.

Hansı gül öz vədəsindən tez açılır ki?  Bənövşələr də öz vədəsində yaz yağışında sığallana-sığallana ətrini yayır. Təbiətin tərlan yazı gələndə bənövşələr kol dibindən boylanır. Çöllərimizin yaz bəzəyi, ellərimizin göz bəbəyi, şeirimizin söz düzəyi bənövşə elə ürkək, elə kövrək olur ki... Hara baxırsan, yazda könül açan mənzərə görürsən.

Ömürdən ötən illər yazdan-yaza dəyişsə də, təbiətin yaz çətiri gözlərimə köçür. Axır qismət oldu, bu yaz yenə bənövşənin qönçəsi ilə göz-gözə qaldım. Bu yaz könlümün güzarı yenə büllur bulaqlardan düşdü. Duyğularıma durnagözlü bulaqların zümzüməsi sızdı. Bulaqların bənövşəyi sularından qız bənövşənin ətri gəldi. Ruhum saz üstə gülləndi, könlüm şeir havasında dilləndi. Dönüb-dönüb bənövşə soraqlı şeirlər oxudum. Cilvəli misralar, duyumlu sözlər könlümdə körpəlikdən yuva qurub. Dirili Qurbani sözlə bənövşənin şəklini elə çəkib ki.

Ustadın bənövşə eşqinin ləngərinə, sözünün səngərinə bir bax:

“...Ayrılıqmı çəkib boynu əyridi,

Heç yerdə görmədim düz bənövşəni”

Dədə Qurbaninin “Bənövşə”sindən sonra mən hansı hünərlə bənövşəyə sevgimi şeirin diliylə deyirəm, bilmirəm?! Amma ürəyimi həzrəti söz elə gözəl dilləndirir ki... Bənövşə boynubükük camalını kol dibindən göstərib könlümü sözə tutur. Düşüncəli duyğuları diksindirən sözlər beləcə sıralanır. Söz bəhrində inci təzə, inci tər...

Qələm götürüb, bənövşə sevdalı könül dəftərimə bu qoşmanı yazdım:

Vurulduğum çiçəyimsən, gülümsən,

Nədən belə qəmlənmisən, gülümsə...

Bənövşətək bəndə düşmək zülümsə,

Qoy düşüm yerinə, bəndə, bənövşə.

Dünyanın çiçəkli çölləri çoxdu,

Dünyanın ətirli gülləri çoxdu,

Sənin ətrin kimi ətir ki, yoxdu,

Doymaram ətrindən mən də, bənövşə.

Ayrıldın çiçəklər, güllər içindən,

Gizləndin tikanlı kollar içində.

Boynunu bükmüsən belə biçimdə

Yaman təklənmisən gendə, bənövşə.

Xarlanıb kol dibində indi qar,

Çəkəcəyəm həsrətindən intizar.

Boylanarsan yetişincə ilk bahar,

Yenə görüşərik yenə, bənövşə.

Bu şeir bənövşə ətirli könlümdən keçdi. Bir qom bənövşə kimi sizlərə ərmağan etdim. Bənövşə ətirli, bənövşə xətirli olasınız, əziz oxucular. Hər bənövşənin öz rişəsi, hər könlün öz bənövşəsi var. Hər kəsin bənövşə ovqatı özünə bəllidir. Mənim bənövşə sovqatım da ömrümün payızında özümə bir təsəllidir. İnsan pünhanda qalanda fikirlərə qərq olur. Yazdım ki, ürəyimin bir qom bənövşə yükündən azad olum...

Həzi HƏSƏNLİ,

şair-publisist

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:861
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 02 May 2025 12:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see284

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see268

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see254

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see245

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see224

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see204

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see203

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see202

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see190

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see188

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see186

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see180

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see173

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri