Qusarda dəhşətli qəza tördən avtomobil gəlin maşını imiş TƏFƏRRÜAT
News24 portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Qusar rayonunda iki avtomobilin toqquşması və nəticədə bir nəfərin ölümü, üç nəfərin yaralanması ilə nəticələnən qəzanın təfərrüatları məlum olub.
News24.az-ın əldə etdiyi məlumata görə, Qusar-Xudat avtomobil yolunun Çingiz Qurbanov küçəsindən keçən hissəsində qəza törədən “Chevrolet Cruze” markalı minik avtomobilinin həmin gün gəlin maşını kimi toyda iştirak etməsi və gəlini aparıb evə qoyduqdasn sonra qəza törətməsi məlum olub.
Belə ki, Qusar şəhər sakini 2002-ci il təvəllüdlü İlham S. həmin gün saat 18:00-da toyu tərk edib və gəlini evə aparıb qoyandan sonra Balaqusar qəsəbəsi istiqamətində hərəkət edib. Lakin yol yağışlı olduğundan və avtomobil sürətlə hərəkət etdiyindən “Cehvrolet Cruze” “VAZ-2107” markalı avtomobill toqquşub. Nəicədə “VAZ"ın sürücüsü, Həzrə kənd sakini 1986-cı il təvəllüdlü Amik Arkadi oğlu Ramazanov aldığı xəsarətlərdən ölüb.
Hadisə zamanı Qusar rayon sakinləri – 2001-ci il təvəllüdlü Savziyev Fərrux Kamran oğlu, 1989-cu il təvəllüdlü Şəkərxanov Orxan Əjdər oğlu və 1999-cu il təvəllüdlü Hasəliyev Amik Nazim oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya aparılıblar.
Qusar Rayon Məhkəməsinin 9 sentyabr 2025-ci il tarixli hökmü ilə İlham S. -va 3 il azadlıqdan məhrumetmə, əlavə olaraq 1 il 6 ay sürücülük hüququnun məhdudlaşdırılması cəzası verilib.
Yaşar Araz
 Bu mövzuda digər xəbərlər:
Bu mövzuda digər xəbərlər: Baxış sayı:104
Baxış sayı:104 Bu xəbər 16 Sentyabr 2025 14:08 mənbədən arxivləşdirilmişdir
Bu xəbər 16 Sentyabr 2025 14:08 mənbədən arxivləşdirilmişdir



 Daxil ol
Daxil ol
 Xəbərlər
Xəbərlər Hava
Hava Maqnit qasırğaları
Maqnit qasırğaları Namaz təqvimi
Namaz təqvimi Qiymətli metallar
Qiymətli metallar Valyuta konvertoru
Valyuta konvertoru Kredit Kalkulyatoru
Kredit Kalkulyatoru Kriptovalyuta
Kriptovalyuta Bürclər
Bürclər Sual - Cavab
Sual - Cavab İnternet sürətini yoxla
İnternet sürətini yoxla Azərbaycan Radiosu
Azərbaycan Radiosu Azərbaycan televiziyası
Azərbaycan televiziyası Haqqımızda
Haqqımızda 
 
 
 
 TDSMedia © 2025 Bütün hüquqlar qorunur
TDSMedia © 2025 Bütün hüquqlar qorunur
 







 Günün ən çox oxunanları
Günün ən çox oxunanları



















