Icma.az
close
up
RU
Qusarda qəbristanlıqda pul borcu üstündə qanlı cinayət TƏFƏRRÜAT

Qusarda qəbristanlıqda pul borcu üstündə qanlı cinayət TƏFƏRRÜAT

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qusar rayonunda 2002-ci il təvəllüdlü Amil Qocayev şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı 1987-ci il təvəllüdlü Ramiz Eldarovu öldürməyə cəhd edib. 
Demokrat.az
-ın əldə etdiyi məlumata görə, Amil 2020-ci ilin oktyabrın 28-də, günorta saatlarında özlərinə məxsus bağ sahəsini sulamaq üçün gedib və orada təxminən 0.5 litrə yaxın spirtli içki olan araq içib. 
O, təxminən saat 18 radələrində Qusar rayonunun Nəcəfkənd-oba kənd sakini olan tanışı Ramizin ona olan 100 manat borcunu qaytarması üçün sonuncunun mobil telefonuna zəng edib. Bu zaman Amil Ramizin zənglərinə cavab vermədiyi üçün onun mobil telefon nömrəsinə nalayiq sözlər yazılmış mesaj göndərib. 
Ramiz də ona zəng etdikdən sonra nalayiq söyüşlər söyməsi səbəbindən aralarında mübahisə yaranıb. Aralarındakı mübahisəni aydınlaşdırmaq üçün Qılah-oba kəndində yerləşən qəbiristanlığın kənarında görüşmək barədə razılaşdıqdan sonra Amil həmin gün, təxminən saat 19 radələrində yaşadığı evin həyətində yerləşən tövlədə saxladığı özünə məxsus cib bıçağını Ramizi vurmaq məqsədi ilə əvvəlcədən özü ilə götürərək vədələşdikləri qəbiristanlığın kənarına gedib. 
Orada görüşən kimi heç bir söz demədən əlində olan bıçaqla üzbəüz gələn Ramizin əvvəlcə qarın və sinə nahiyələrinə qəsdən bir neçə dəfə vurub. Bu zaman aldığı zərbələrin təsirindən Ramiz yerə yıxılmasına baxmayaraq onu öldürmək məqsədi ilə sonuncunun bədəninin həyat üçün təhlükəli olan döş qəfəsinin sol tərəfinə, həmçinin digər nahiyələrinə bıçaqla ardarda yenidən zərbələr vurub. 
Hadisə baş verərkən orada olan Qusar rayonunun Nəcəfkənd-oba sakini və rayonun Qılah-oba kənd sakini ona mane olmağa çalışsalar da, Amil Ramizi öldürmək məqsədi ilə bıçaqla vurmaqda davam edib. 
Lakin hadisənin şahidlərindən biri Amili kənara çəkərək Ramizi uzaqlaşdırıb. Həmin vaxt Ramiz ayağa qalxaraq qaçmasına baxmayaraq Ramizi yenə də vuraraq qəsdən öldürmək niyyətini başa çatdırmaq üçün əlində olan bıçaqla onun arxasınca qaçaraq ona çatıb, bıçaqla onun arxa tərəfinə qəsdən bir neçə dəfə də vurub. 
Lakin hadisə şahidlərinin Amilə Ramizi vurmasına mane olmaq üçün onun qarşısını kəsib, oradan uzaqlaşdıraraq əlindəki bıçağı alaraq ətrafda olan kolluq əraziyə atıb. 8 bıçaq xəsarəti alan Ramizə vaxtında xəstəxanada tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub. 
Hadisəni törədən Amilin barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib. 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Amil ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. 
O, ifadəsində göstərib ki, Qusar rayonunun Nəcəfkənd-oba kənd sakini Ramizlə normal münasibətləri olub, düşmənçilik və ya ədavətləri olmayıb: 
“2020-ci ilin sentyabrında Ramiz ondan 100 manat borc pul istədi. Mən də həmin məbləğdə pulu bir neçə gün ərzində verə biləcəyimi dedim. Bir neçə gün sonra tikinti materialları almaq üçün Qusar rayonunun Şirvanlı kəndinə getdiyim zaman yolüstü Nəcəfkənd-oba kəndində yaşayan Ramizlə görüşərək ona 100 manat borc pul verdim. Ramiz pulu aldıqdan sonra 1-2 həftəyə qaytaracağını bildirdi. Təxminən iki həftə keçdikdən sonra Ramizə zəng edərək pulunu qaytarmasını istədim. O, isə pulu qaytaracağını desə də, sözünə əməl etmədi. Bundan bir neçə gün sonra yenidən Ramizdən pulumu istədim. Lakin o, yenə də sözünə əməl etməyərək pulumu qaytarmadı”. 
Amil qeyd edib ki, oktyabrın 28-də, günorta saatlarından sonra yaşadığı Qılah oba kəndində yerləşən özlərinə məxsus bağ sahəsini sulamaq üçün gedərək orada təxminən 0.5 litrə yaxın spirtli içki olan araq içib: 
“Təxminən saat 18 radələrində Ramizin mənə olan borcunu qaytarması üçün həmin vaxt istifadəmdə olan  mobil telefon nömrəmdən onun istifadəsində olan nömrəsinə bir neçə dəfə zəng etdim. Lakin Ramiz zənglərimə cavab vermədiş. Ona görə də onun həmin mobil telefon nömrəsinə ləzgi dilində “qəhbə, telefonu götür, sözüm var deməyə” məzmununda mesaj yazdım. Bundan təxminən yarım saat sonra Ramiz mobil telefon nömrəmə zəng edərək ailə üzvlərimə qarşı nalayiq söyüşlər söydü. Aramızdakı mübahisəni aydınlaşdırmaq üçün yaşadığımız kənddə olan qəbiristanlığın yanında görüşmək barədə razılaşdıq. 
Ramizin məni söyməsinə görə çox əsəbiləşdiyimdən həmin gün, təxminən saat 19 radələrində yaşadığım evin həyətindəki tövlədə saxladığım özünə məxsus olan qatlanıb-açılan bıçağı götürərək cibimə qoydum və kəndin qəbiristanlığı istiqamətində piyada hərəkət etdim. Ora çatmağımıza az qalmış Amil öz avtomobili ilə yanımdan keçdi. Ramiz öz avtomobili ilə yanımdan keçərkən ona saxlaması üçün əli ilə işarə etdim. Ramiz isə avtomobilimi bir az irəli hərəkət etdirdikdən sonra geri dönərək qayıtdı və qəbiristanlıq istiqamətində hərəkət etdi. Özüm də həmin istiqamətdə getməyə başladım. Qəbiristanlığa çatdıqda gördüm ki, Ramizin avtomobili oradadır, özü də avtomobildən endi. Onun yanında başqa şəxslər də olub. Lakin onları tam görə bilmədim. Həmin vaxt Ramiz və özüm bir-birimizin üstünə qaçmağa başladıq. Üzbəüz gələn kimi əvvəlcədən Ramizi vurmaq üçün götürdüyüm bıçaqla onun sinə və qarın nahiyələrinə 3 dəfə vurdum, Ramiz yerə yıxıldı. 
O, yerə yıxılan zaman yenə də bıçaqla onun qarın, sol kürək və bədəninin digər nahiyələrinə bir neçə dəfə vurdum. Ramiz yerdə çevriləndə onun kürəyindən də vurdum. Bu zaman orada olan şəxslər mənim Ramizi vurmağıma mane olmaq üçün əlimdən bıçağı almaq istədilər. Lakin əsəbim soyumadığı üçün yenə də Ramizi vurmaq istədim. Bıçağı onlara vermədim. Oradakı şəxslər məni çəkərək Ramizdən uzaqlaşdırdılar. Bu zaman Ramiz ayağa qalxıb öz avtomobili olan tərəfə qaçdı. Mən də yenə əlimdə bıçaqla onun arxasınca düşdüm. Ramiz avtomobilinin ətrafında məndən qaçdı, özüm də onun arxasınca qaçdım. Bu zaman orada olan şəxslər qarşıma çıxaraq mənə mane oldular. Orada olan şəxslər həmin vaxt mənə mane olaraq kənara çəkdilər, əlimdən bıçağı götürdülər. Mən bundan sonra oradan qaçaraq mobil telefonumu da söndürdüm. Gecəni kəndimizin klubunda keçirdim”. 
Amilin ifadəsinə görə, səhəri gün səhər saatlarında evlərinə gəlib, , həmin vaxt evdə olan atası onun törətdiyi cinayət hadisəsindən məlumatı olub: 
“Atam evdə olmam barədə polis əməkdaşlarına məlumat verdi. Polis əməkdaşları ora gələrək məni törətdiyim cinayət hadisəsinə görə Qusar Rayon Polis Şöbəsinə apardılar”. 
İş üzrə zərərçəkmiş qismində ifadə verən Ramizin sözlərinə görə, Amili 2-3 il olar tanıyır: 
“2020-ci ilin sentyabr ayında Amildən 100 manat borc pul istədim. Amil də mənə həmin məbləğdə borc pul verdi. Pulu aldıqdan sonra bir neçə gün ərzində qaytaracağıma söz verdim. Ancaq maddi vəziyyətim yaxşı olmadığı üçün Amildən aldığım pulu qaytara bilmədim. Hadisə günü, təxminən saat 18 radələrində Amil özünə məxsus olan mobil telefonla bir neçə dəfə mənə zəng etdi. Lakin sükan arxasında olduğum üçün onun zənginə cavab vermədim. Bir az sonra isə yaşadığım evdə olarkən Amil mobil telefonuma “qəhbə, telefonu niyə götürmürsən” nalayiq sözləri yazılmış mesaj göndərdi. Ona görə də Amilin mobil telefon nömrəsinə zəng edərək niyə məni söydüyümü deyərək ünvanına nalayiq sözlər işlətdim. Telefonda Amillə aramızda mübahisə yarandı. Ona görə də Qusar rayonu Qılah oba kəndində yerləşən qəbiristanlığın yanında görüşmək barədə razılığa gəldik”.
Zərərçəkmiş daha sonra ifadəsinin davamında qəbristablıqda baş verən qanlı olaydan, həmçinin bıçaqlanma olayından danışıb. 
O, ifadəsinin sonunda xəstəxanada tibbi yardım almasının və təqsirləndirilən şəxsdən şikayətçi olmamasını deyib. 
Məhkəmənin hökmü ilə Amil 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. 
Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilib. Şikayətdə təqsirləndirilən şəxsin əməli Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsinə tövsif edilməsi, barəsində yüngül cəza verilməsi xahiş olunub.
Sumqayıt Apellyasiya Məhkəməsində şikayəti araşdıran hakimlər heyəti sonda qərar elan ediliblər. Qərara görə, şikayət təmin olunmayıb. 
Bu qərardan narazı qalan təqsirləndirilən şəxsin müdafiəçisi kasasiya şikayəti verib. O, daha yuxarı instansiya məhkəməsinin hakimlərindən də təqsirlənidirilən şəxsin cəzasının yüngülləşdirilməsi xahiş olunub. 
Ali Məhkəmədə işə baxan hakimlər heyəti sonda qərar veriblər. Qərara görə, kasasiya şikayəti təmin edilməyib. 
Fariz Məlikli
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:296
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 20 Noyabr 2024 13:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see351

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see343

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see261

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see255

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see247

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see238

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see238

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see236

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see231

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see231

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see223

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see214

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see211

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see207

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see202

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see198

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see194

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see190

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see189

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri