Icma.az
close
up
RU
Qusarda etik ünsiyyətlə bağlı təlim baş tutub

Qusarda etik ünsiyyətlə bağlı təlim baş tutub

Turkstan.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Turkustan.az xəbər verir ki, peşəkar təlimçi Günel İbrahim Qusar rayonunda dövlət qurumlarının əməkdaşlarına təlim keçib. Məqsəd dövlət, vətəndaş cəmiyyəti və özəl təşkilatlarının iştirakı ilə əlilliyi olan qadın və qızlara qarşı ictimai yerlərdə olan münasibətin dəyişməsi və onlara qarşı olan zorakılıq hallarının qarşısının alınması, onlar üçün icitmai xidmətlərin müyəssərliyinin və keyfiyyətinin yaxşılaşdırılmasıdır.

Təlim aşağıdakı sahələri əhatə edib:

Birgə yaşamaq mədəniyyəti;

Etik davranıış qaydaları;

Əlilliyi olan qadınlarla davranış etikası;

Öhdəliklərimiz;

Beyin kodları;

İctimaiyyətin vəzifəsi;

Təlimdə, əsasən dövlət təşkilatlarının işçilərinə və xidmət personalının iştirak etməsinə üstünlük verilib. Əlilliyi olan qadınlar və qızlarla daha çox ünsiyyətdə olan dövlət qurumlarının əməkdaşlarına peşəkar ünsiyyət üzrə təlimin keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda əlilliyi olan qadınlar və qızlarla daha sıx təmasda olan, onların sosial məsələlərinə diqqət yetirməkdə olan qrumların əməkdaşlarına əlilliyi olan insanlarla peşəkar etik ünsiyyətin incəlikləri haqda praktiki təlim keçilib. Əlilliyi olan qadın və qızlar və onların ailə üzvləri onlar üçün faydalı olan müxtəlif dövlət xidmətləri barədə, o cümlədən onlara qarşı zorakılığın müxtəlif formalarının tanınması ilə bağlı təlimatlandırılma aparılıb.

Təlimdə iştirak edən dövlət qurumlarının əməkdaşları maraqlı təlimin təşkilindən məmnunluqlarını bildirdilər. Dövlət qurumları ilə keçirilən təlimlərdə aktiv iştirakı və davamiyyət müşahidə edilir.

Etiket üzrə mütəxəssis bu halın ümümiyyətlə baş verməməsi üçün öncədən profilaktik xarakterli davranışın tətbiq edilməsinin vacibliyini bildirmişdir. İlk dəqiqələrdə pozitiv, qarşı tərəfi qiymətləndirmədən və eyni zamanda aidiyyatı qurumlarla əlaqələndirici qabiliyyətə malik olmaqla bir çox narazılıqların önünü almaq mümükünlüyü öyrədildi. Təlim zamanı nitq mədəniyyəti, əlilliyi olan şəxslərə düzgün müraciət formaları haqqında məlumat verilmişdir.

Öyrədilən materialların aşılanma səviyyəsini ölçmək məqsədi ilə başlanğıc və sonda test sualar paylanılmışdır. Təlim sonunda konsultasiya yazılanların qeydiyyatə aparılmışdır. Sonda təlim iştirakçılarına sertifikatlar təqdim olunub.

Təlimdə 25 nəfər iştirak edib.

Qeyd edək ki, bu layihə “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin (ƏQC.İB) Qadınlara qarşı zorakılığa son qoymaq üçün BMT-nin Etimad Fondunun (UN Trust Fund) maliyyə dəstəyi ilə həyata keçirdiyi “Bakı, Gəncə şəhərləri, Qusar, Quba. Xaçmaz rayonlarında əlilliyi olan qadın və qızların ictimai xidmətlərə çıxışının təkmilləşdirilməsi” layihəsi çərçivəsində dövlət qurumlarına Qusar şəhrində daha bir təlim KOBİA mərkəzində təşkil olundu.

Qadınlara qarşı zorakılığa son qoymaq üçün BMT-nin Etimad Fondu (UN Trust Fund) eksklüziv olaraq yerli və milli səviyyədə qadınlara və qızlara qarşı zorakılığın bütün formalarının həllinə həsr olunmuş yeganə qlobal qrant vermə mexanizmidir.

The UN Trust Fund to End Violence against Women (UN Trust Fund) is the only global grant-making mechanism dedicated exclusively to addressing all forms of violence against women and girls.

Layihə Bakı, Gəncə şəhərləri və Quba, Qusar, Quba rayonlarını əhatə edir və sentyabr 2022 – avqust 2025 (cəmi 36 ay) müddəti ərzində icra olunacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:156
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 16 Aprel 2025 09:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see287

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see285

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see267

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see253

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see244

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see237

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see232

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see227

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see220

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see211

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see198

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see193

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see193

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see193

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see192

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see189

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see176

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see175

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri