Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Tənhalığın çox asan müalicəsi

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

Frank De Bleker: Açıq və şəffaf ünsiyyətlə yaxından çalışırıq

Frank De Bleker: Açıq və şəffaf ünsiyyətlə yaxından çalışırıq

Icma.az bildirir, sport24.az saytına əsaslanaraq.

AFFA Hakimlər Komitəsinin sədri Frank De Bleker AFFA-nın mətbuat xidmətinin suallarını cavablandırıb. Sport24.az xəbər verir ki, belçikalı mütəxəssis həm Elçin Məsiyevin FIFA-da I kateqoriyaya yüksəlməsinə münasibət bildirib, həm də Misli Premyer Liqasının geridə qalan ilk yarısında hakimlərin performansını dəyərləndirib.

- Elçin Məsiyevin FIFA-da I kateqoriyaya yüksəlməsinə münasibətiniz necədir?
- Bu, təkcə Elçin üçün deyil, həm də AFFA Hakimlər Komitəsi üçün çox sevindirici xəbərdir. FIFA-nın birinci qrupunda artıq iki hakimimiz var (digəri Əliyar Ağayevdir - red.) və bu, əla nəticədir. Bunu ağır əmək və davamlı performansların nəticəsi, eyni zamanda UEFA-nın hakimlərimizi yaxından izlədiyinin göstəricisi kimi dəyərləndirmək olar. Həmçinin, Azərbaycandakı bütün hakimlərə müsbət təkan verəcək.

- Elçin Məsiyevin bu kateqoriyaya yüksəlməsində əsas rolu nələr oynadı?
- FIFA hakimi olaraq ardıcıl hərəkət etməli, hər oyunda komandanla birlikdə zirvədə olmalısan. Hakim kimi mümkün qədər "görünməz" qalmalısan. "Görünməz" hakim yaxşı hakimdir, o, oyunda nə baş verdiyini yaxşı bilir. Bu, fiziki hazırlıq, oyunçularla münasibət, epizodu öncədən hiss etmə, aydın qərar qəbul etmə və dil bilikləri kimi müxtəlif bacarıqların birləşməsidir. İngilis dili Avropa futbolunda ünsiyyət üçün çox vacibdir. Baş hakim həm meydanda, həm də ondan kənarda komandanın lideridir. Avropada öz ölkəni təmsil etmək böyük şərəfdir.

- Azərbaycan tarixində ilk dəfə iki hakimimiz I kateqoriyada olacaq. Belə qənaətə gəlmək olarmı ki, hakimliyimizin səviyyəsi getdikcə artır?
- Mən 6 aydır ki, AFFA-nın Hakimlər Komitəsinin rəhbəriyəm və hakimlərimizin irəliləyişə nail olduqlarını görürəm. Onlar inkişafdadırlar. Çünki birlikdə əsl komanda kimi çalışırıq. Bir-birimizi dəstəkləyirik, birlikdə qazanır, birlikdə məğlub oluruq. Bu, yeni mentalitetdir! Açıq və şəffaf ünsiyyətlə yaxından çalışırıq. Komandamızda hər kəs önəmlidir. Oyunlar zamanı meydanda liderləri, qərar verənləri görürəm və UEFA-nın təlimatlarını, VAR-la bağlı müdaxilə standartlarını izləyirik. Yüngül cərimə zərbələri və ya əsassız qırmızı vərəqələr vermək istəmirik. Əlbəttə, hakimlərimiz kompüter deyil, onlar da səhv edə bilərlər. Amma böyük səhvlərdən qaçmalıyıq. Hər gün bunun üçün çalışırıq.

- İki hakimimizin I kateqoriyada olması Azərbaycan futbolunun və hakimliyinin gələcəyinə nə kimi fayda verə bilər?
- Ümid edirəm ki, gənc oğlan və qızları hakim olmaq üçün motivasiya edə bilərik. Onlara ehtiyacımız var, çünki hakimsiz futbol yoxdur. Bu səbəbdən hakimlərimizi hörmətlə dəstəkləmək və qorumaq lazımdır. Hakimlik liderlik, məsuliyyəti öz üzərinə götürmə, oyunçularla ünsiyyət qurma kimi bacarıqları gətirir. Bunlar gündəlik həyatımızda istifadə etdiyimiz və ehtiyac duyduğumuz bacarıqlardır. Bunu hər kəsə tövsiyə edirəm. Çünki hakimlik həyatınızı müsbət yöndə dəyişir.

- Son olaraq Misli Premyer Liqasında ilk yarı artıq başa çatıb. Hakimlərin qış fasiləsinə qədərki performanslarını necə qiymətləndirirsiniz?
- Mövsümün ilk hissəsində çox çalışan bir qrup gördüm. Başlanğıcda hakimlərin və VAR-ın qərarları arasında balans tapmaq vacib idi. UEFA-nın müdaxilə xəttini izlədik. Yəni hakim meydanda öz qərarlarını verməli, VAR-ı gözləməməlidir. VAR yalnız hakimin aşkar səhv etdiyi hallarda kömək edir. Hakimlər oyunlar zamanı məsuliyyəti öz üzərlərinə götürürlər, VAR isə yalnız lazım olduqda kömək edir. Referilərimiz daha çox özünəinam və oyuna nəzarət nümayiş etdirdilər. Meydanda qərar verən hakimdir, VAR deyil. Bu, mövsümün başlanğıc nöqtəsi idi. Həmçinin, irəliləyiş edən bir qrup da gördüm. Əlbəttə ki, mükəmməl olmaq mümkün deyil. Amma birlikdə məntiqli və anlaşılan qərarlar vermək üçün əlimizdən gələni edirik. Hər gün departament, fiziki hazırlıq üzrə məşqçilər və hakim-inspektorlarla birgə eyni fəlsəfə ilə işləyirik. Hakimlərin meydanda ən yaxşı performansı göstərmələri üçün çalışırıq. İndi isə mövsümün vacib ikinci hissəsinə hazırlaşmaq vaxtıdır. Biz hazır olacağıq. Hakimlər komandamıza güvənin.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:218
embedMənbə:https://sport24.az
archiveBu xəbər 24 Dekabr 2024 13:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see655

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see523

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see472

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see345

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see326

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see301

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see278

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see264

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see252

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see243

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see222

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see221

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see218

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see218

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see206

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see205

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see200

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

01 Noyabr 2026 21:10see185

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

01 Noyabr 2026 22:00see175

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri