Icma.az
close
up
RU
Qusarda HESABAT yığıncağı Bu il hansı problemlər həllini TAPACAQ? FOTO

Qusarda HESABAT yığıncağı Bu il hansı problemlər həllini TAPACAQ? FOTO

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

Qusar Rayon İcra Hakimiyyəti başçısının rayonun 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hesabat yığıncağından əvvəl rayon rəsmiləri tərəfindən Ulu Öndər Heydər Əliyevin Qusar şəhərində abidəsi ziyarət edilib, abidə önünə gül dəstələri düzülərək dahi şəxsiyyətin xatirəsi ehtiramla yad edilib. 
Qusar Rayon Mədəniyyət Mərkəzində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri cənab Habil Əzənmədovun, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini cənab Azər Badamovun, Qusar Rayon İcra Hakimiyyətinin başçısı cənab Sahir Məmmədxanovun, rayonun hüquq-mühafizə orqanlarının rəhbərlərinin, RİH başçısının İnzibati Ərazi Dairəsi üzrə nümayəndələri və bələdiyyə sədrlərinin, rayonun bütün idarə, müəssisə, təşkilatlarının rəhbərləri və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən hesabat yığıncağında əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ardınca rayonda il ərzində görülmüş işlərə dair videofilm nümayiş etdirilib. 
 

Daha sonra Qusar Rayon İcra Hakimiyyətinin başçısı cənab Sahir Məmmədxanov rayon ərazisində 2025-ci il ərzində görülmüş işlər, mövcud problemlər və qarşıda duran vəzifələrlə bağlı məruzə ilə çıxış edib.


İcra başçısı məruzəsində cari ilin yanvar ayının 5-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində qeyd etdiyi məsələlər, o cümlədən 2025-ci ilin 30 aprel tarixində Qusar rayonuna səfəri zamanı dövlət başçısının verdiyi tapşırıq və tövsiyələr, ölkə miqyasında müxtəlif sahələrdə əldə olunmuş uğurlar və işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işləri barədə geniş məlumat verib.
Rayon rəhbəri nitqində bildirib ki, Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə davamlı iqtisadi islahatlar həyata keçirilir, bütün sahələr üzrə dinamik inkişaf təmin olunur, yeni iş yerləri yaradılmaqla əhalinin məşğulluq səviyyəsi yüksəldilir.
Eyni zamanda, əhalinin sosial müdafiəsinin gücləndirilməsi daim diqqət mərkəzində saxlanılır, işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı abadlıq-quruculuq işləri aparılmaqla "Böyük Qayıdış" proqramı uğurla icra olunur.
İcra başçısı öz məruzəsində il ərzində Qusar rayonunda görülmüş işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.
Rayon rəhbəri qeyd edib ki, rayonda əhalinin həyat şəraitinin yaxşılaşdırılması məqsədilə ilk növbədə kommunal təsərrüfatların fəaliyyəti diqqətdə saxlanılıb.
 

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə rayonun Quxuroba–Hiloba–Yasaoba–Əniqoba–Aşağı İmamqulukənd–Şirvanlı avtomobil yolunun əsaslı təmiri üçün dövlət büdcəsindən ilkin olaraq 1,5 milyon manat, “Bənövşə” gölü su anbarının yenidən qurulması üçün isə 1 milyon manat vəsait ayrılmışdır.


2025-ci ildə Mucuq və Avaran kəndlərinin qazlaşdırılması, rayonda 18 küçənin asfaltlanması, istismara yararsız qaz və elektrik xətlərinin əsaslı təmiri və digər abadlıq-quruculuq işləri aparılıb.
Bununla yanaşı, digər sahələrin inkişafı da diqqətdən kənar qalmayıb. Təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılması istiqamətində mühüm işlər görülüb, Cibir kəndində yeni məktəb binası istifadəyə verilib, bir sıra ümumtəhsil müəssisələrində əsaslı təmir işləri aparılıb.
Həmçinin Kuzunqışlaq kəndində məktəb binasının tikintisi davam etdirilib.
Bundan əlavə Yasab, İmamqulukənd, Həzrə və Qaratoba kəndlərində yeni məktəb binalarının inşası nəzərdə tutulub. Vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə vətəndaşların onlayn qəbulu sistemi tətbiq edilib, daxil olan müraciətlərə operativ və sistemli şəkildə baxılması təmin edilib. 
Hesabat yığıncağında çıxış edən Rayon Təhsil sektorunun müdiri Naira Kliçova və Qusar Rayon İcra Hakimiyyəti başçısının Quxuroba kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Akif Ağakərimov aidiyyəti sahələr üzrə il ərzində görülmüş işlər, mövcud problemlər və qarşıda duran əsas vəzifələr barədə məlumat veriblər.
Çıxış edən Vətən müharibəsi qazisi Volodya Maverdiyev rayon rəhbərliyi tərəfindən şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıya, onların problemlərinin həlli istiqamətində görülən işlərə görə rayon rəhbərliyinə öz minnətdarlığını bildirib. “İSFA” MMC-nin direktoru Samir Xeyirbəyov isə Qusar Rayon İcra Hakimiyyəti ilə birgə rayon ərazisində həyata keçirilən genişmiqyaslı layihələrdən söz açıb, mövcud səmərəli əməkdaşlığın gələcək dövrdə də davam etdiriləcəyini bildirib.
Daha sonra Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı cənab Azər Badamov çıxış edərək ölkə miqyasında həyata keçirilən ardıcıl islahatlar və əldə olunmuş nailiyyətlər, qarşıda duran vəzifələr barədə məlumat verib, Qusar rayonunda icra olunan sosial-iqtisadi layihələri yüksək qiymətləndirərək görülən işlərin məqsədyönlü və təqdirəlayiq olduğunu vurğulayıb.
 

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri cənab Habil Əzənmədov nitqində ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə respublikada həyata keçirilən ardıcıl və məqsədyönlü dövlət siyasətinin bütün sahələr üzrə davamlı inkişafı təmin etdiyini xüsusi vurğulayıb, bu siyasətin yerli səviyyədə uğurla icra olunduğunu qeyd edərək, Qusar rayonunda sosial-iqtisadi infrastrukturun gücləndirilməsi istiqamətində görülən işləri müsbət qiymətləndirib.


Cənab Habil Əzənmədov görülən işlərlə yanaşı, əsasən də təhsil sahəsində mövcud və narahatlıq doğuran problemlərin mərhələli şəkildə həllinin vacibliyini qeyd edib. 
Cənab Prezidentin Sərəncamı ilə 2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan edilmişdir. Həmin sərəncamdan irəli gələn vəzifələrin icrası, eyni zamanda 2026-cı ildə də rayon iqtisadiyyatının inkişaf etdirilməsi, infrastruktur sahələrinin yenidən qurulması, sosial layihələrin həyata keçirilməsi istiqamətində tədbirlərin davam etdirilməsi məqsədilə 2026-cı il üçün rayonun “İnkişaf Planı” hazırlanıb. “İnkişaf Planı”nda sosial obyektlərin tikintisi, infrastruktur sahələrinin yenidən qurulması, abadlıq-quruculuq və digər tədbirlərin görülməsi nəzərdə tutulub.
Yığıncağın sonunda yığıncaq iştirakçıları və rayon ictimaiyyətinin nümayəndələri adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edilib.
Hesabat yığıncağında qəbul edilmiş qərarın icra üçün aidiyyəti üzrə bütün idarə və müəssisələrə göndərilməsi məqsədəuyğun hesab olunub. 












Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:149
embedMənbə:https://bizim.media
archiveBu xəbər 16 Yanvar 2026 11:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri