Icma.az
close
up
RU
“Nazir söz verdi ki, problemlər öz həllini tapacaq”

“Nazir söz verdi ki, problemlər öz həllini tapacaq”

Axsham.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Aprelin 16-da mədəniyyət naziri Adil Kərimli Akademik Milli Dram Teatrının kollektivi ilə görüşüb. Nazir bildirib ki, Bakıda və bölgələrdə teatrların fəaliyyəti üçün müasir şərait qurulur, maddi-texniki təchizatı möhkəmləndirilir. Teatrlar da yaradılan şəraitdən səmərəli istifadə etməli, daha effektiv fəaliyyət göstərməlidirlər. Xüsusilə də gənc əməkdaşların bilik və bacarıqlarının artırılması diqqətdə saxlanılmalı, bununla bağlı konkret addımlar atılmalıdır.

Axşam.az xəbər verir ki, Xalq artisti Sabir Məmmədov nazirin teatr kollektivi ilə görüşü haqqında açıqlama verib.

Aktyor bildirib ki, mədəniyyət naziri teatrın qarşısında duran bütün problemlərlə yaxından tanışdır:

“Görüş çox maraqlı və faydalı oldu. Nazir yaradıcılıqla, teatr fəaliyyəti ilə bağlı konkret məqamlara toxundu. Xarici qastrolların təşkili, keyfiyyətli tamaşaların hazırlanması, rejissor və aktyor problemi və s. Bizim qarşımızda duran əsas istiqamətlər bunlardır. Dedi ki, teatrın Bədii Şurasının qarşısında çox ciddi məsələlər dayanır. Daha sonra dövlət dəstəyi haqqında danışdı. Dövlətimizin teatra diqqəti və qayğısı həmişə olub, bundan sonra da olacaq. Nurəddin Mehdixanlının çıxışı, təklifləri hər kəsin ürəyincə oldu. Görüş konstruktiv və demokratik keçdi. Hər kəs öz iradını, təklifini, narahatlığını dilə gətirdi. Hər bir suala cənab nazir geniş cavab verdi. Söz verdi ki, kimi hansı problemlər narahat edirsə, onlar gələcəkdə öz həllini tapacaq.

Nazirin çıxışı çox xoşumuza gəldi. Səbirli, intellektual, dünyanın mədəni prosesini bilən, aktyorlara xüsusi diqqət göstərən bir insandır. Adil müəllimin komandası da çox uğurlu komandadır. Çevik, operativ işləyirlər. Güman edirəm, cənab nazirin gəlişi, bizi dinləməsi teatrımızın gələcəyi üçün keyfiyyətli işlərin ortaya çıxmasına səbəb olacaq”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:143
embedMənbə:https://axsam.az
archiveBu xəbər 18 Aprel 2025 16:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see317

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see308

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see303

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see276

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see259

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see241

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see238

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see225

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see221

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see218

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see215

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see205

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see194

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see194

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see192

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see192

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see176

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri