Qusarda maşın vuran məktəblilərin VƏZİYYƏTİ YENİLƏNİB
Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.
Qusar şəhərində maşın vuran məktəblilərin son vəziyyəti açıqlanıb.
Redaktor.az-ın məlumatına görə, Qusar Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, yanvarın 13-də, saat 14:00-da Qusar rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsində yaralanmış iki nəfər (qadın cinsli) Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"2009-cu il və 2010-cu il təvəllüdlü pasiyentlərə qapalı kəllə-beyin travması, bədənin müxtəlif nahiyələrinin əzilməsi diaqnozları qoyulub və zəruri tibbi xidmətlər göstərilib.
Hər iki pasiyentin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir, vəziyyətləri stabil qiymətləndirilir", - deyə məlumatda qeyd olunub (oxu.az).
***
Qusarda məktəbliləri maşın vurub.
Redaktor.az-ın məlumatına görə, hərəkətdə olan avtomobil yolu keçmək istəyən iki məktəbli qızı vurub.
Hadisə nəticəsində məktəblilər 2009-cu il təvəllüdlü E.Piriyeva və 2010-cu il təvəllüdlü A.Vəlixanova müxtəlif dərəcəli xəsarətləri ilə xəstəxanaya aparılıblar.
Hadisə ilə bağlı araşdırma aparılır (oxu.az).
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:39
Bu xəbər 13 Yanvar 2026 17:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















