Bakıda maşın vuran 9 yaşlı uşağın vəziyyəti məlum olub YENİLƏNİB
Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
29 may 2025-ci il tarixində piyadavurma hadisəsi səbəbi ilə xəsarət almış 9 yaşlı şəxs (kişi cinsli) Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə hospitalizasiya olunub.
APA-nın əldə etdiyi məlumata görə, yaralıya zəruri tibbi xidmətlər göstərilib, müayinələrdən keçirilib.
Vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıb.
***
19:57
Bakıda azyaşlını maşın vurub.
APA xəbər verir ki, hadisənin Parlament prospektində, 20 saylı məktəbin qarşısında baş verdiyi bildirilir.
TƏBİB-dən APA-ya verilən məlumata görə, mayın 29-da aat 18:50 radələrində Səbail rayonu, Parlament prospekti ərazisindən təcili tibbi yardım xidmətinə piyadavurma hadisəsi ilə bağlı çağırış daxil olub.
Çağırış əsasında ünvana təcili tibbi yardım briqadası cəlb edilib. Təcili tibbi yardım briqadası tərəfindən 9 yaşlı (kişi cinslli) şəxsə yerində zəruri tibbi xidmət göstərilib və qapalı kəllə-beyin travması diaqnozu ilə Kliniki Tibbi Mərkəzə təxliyə olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 30 May 2025 08:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















