Qusarda palçıq vulkanı PÜSKÜRDÜ Kənd sakinləri TƏHLÜKƏ ALTINDA VİDEO
Icma.az bildirir, Bizim media portalına istinadən.
Qusarın Ləzə kəndində palçıq vulkanı yenidən aktivləşib. Kənd sakinlərinin təhlükə altına düşüb. Belə ki, 1993-cü ildə Ləzə kəndində püskürmüş palçıq layı hazırda “Qoşaşəlalə” adlanan ərazidən yenidən kənd istiqamətində axmağa başlayıb. İddialara görə, palçıq layı Qıxılqaya dağ massivindən kəndə doğru hərəkət edir.
Bu barədə kənd sakinləri Bizim.Media-ya məlumat veriblər.
Onların sözlərinə görə, palçıq və lil layı sürətlə kəndə doğru irəliləsə, yaşayış evləri təhlükə altına düşə bilər.
Artıq Qusar Rayon İcra Hakimiyyəti qabaqlayıcı tədbirlərə başlayıb. İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin müdiri Şahabbas Saduxanov bildirib ki, palçıq layı kənd çayının qarşısını kəsib. Hazırda əraziyə göndərilən ağır texnika palçıq qatının təmizlənməsi işlərinə cəlb olunub.
Mütəxəssislərin qənaətinə görə, palçıq püskürməsinin aktivləşməsinə son günlər intensiv yağıntılar səbəb olub.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 22 Sentyabr 2025 16:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















