Icma.az
close
up
RU
Xaçmaz sakinləri TƏHLÜKƏ ALTINDA… Foto, Video

Xaçmaz sakinləri TƏHLÜKƏ ALTINDA… Foto, Video

Icma.az, Tribuna portalına istinadən məlumatı açıqlayır.

Xaçmaz rayonunda sakinlərin müraciətindən sonra aparılan qaz xətti və dam təmiri işləri yerli sakinlər üçün fəlakətlə nəticələnib. Ötən il başlanılan işlər yarımçıq, təhlükəli və nizamsız aparılıb, nəticədə evlər su altında qalıb və elektrik/yanğın riski yaranıb.

Bu barədə Tribunainfo.az-a Xaçmaz rayon sakinləri məlumat veriblər. Sakinlərin müraciətində qeyd olunub ki, onlar mövcud problemləri ilə bağlı 2024-cü ildə Xaçmazın icra başçısı Elnur Rzayevin qəbulunda olublar. Qəbuldan sonra icra başçısı sakinlərin müraciəti əsasında sözügedən əraziyə qazın çəkilişi, dam örtüklərinin dəyişdirilməsi üçün göstəriş verib. 2025-ci ilin avqustunda göstərişə əsasən borular çəkilib, evlərin köhnə dam örtüyü yenilənmək məqsədilə tamamilə sökülüb.

Sakinlər bildirib ki, bu ilin 24 avqust tarixində bir neçə fəhlə dam təmirinə başlayıb. Sakinlər gündəlik olaraq fəhlələrə yemək gətirib, işlər məhəllədə uzun müddət davam edib.

Şikayətçilər bildirib ki, 6 sentyabr axşamı güclü yağış nəticəsində dam örtükləri tamamilə sökülmüş bir çox mənzili su basıb. Fövqəladə Hallar Nazirliyi (FHN), təcili yardım və polis çağırılıb, lakin vəziyyətin aradan qaldırılmasında yetərli tədbir görülməyib. Sakinlər gecə saatlarında suyu vedrələrlə daşıyaraq özləri vəziyyətdən çıxmağa çalışıblar.

Şikayətçilər bildirib ki, 11 sentyabrda icra nümayəndəsi və başqa şəxslər gəlib, ərazini brizentlə bağlayıblar, lakin gələn həftələrdə də iş tam bərpa olunmayıb. Şikayətçilər əlavə edib ki, FHN işə yönləndirilsə də, icra hakimiyyəti icazə verməyib. Həmçinin sakinlərin sözlərinə görə, işə cəlb olunan şirkətlərin də (tenderi qazanan şirkət) adı yerli camaata tanış deyil, ümumiyyətlə şirkətin adı aydın qeyd edilmir, işi kimin apardığı məlum deyil. Belə olduğuna görə də sakinlər daha da narahat olub.

Saytımıza müraciətində sakinlər bildirib ki, evlərin damındakı taxtalar yararsız vəziyyətdə olduğu və dam təmiri də gecikdiyi üçün təhlükə içindədirlər:

“Yarımçıq aparılan işlər elektrik hərəkəti və yanğın üçün risk yaradıb. Xətlər açıqdır. Gərək kimisə cərəyan vursun. Yerli icra hakimiyyətinin, Bələdiyyənin və aidiyyəti qurumların heç biri problemimizlə maraqlanmır. Qorxudan işığı yandıra bilmirik, çünki cərəyan vurur.
Bu işi onlar başladıb, yarımçıq qoyub gediblər.
Biz özümüz gecələr evlərə dolan suyu daşıyırıq. Körpəsi, yaşlısı, xəstəsi olanlar var. Kim başladıb işi, kimlər damı söküb qoyub gedibsə, gəlsin indi də tədbir görsün”.

Şikayətçilərin müraciətində qeyd olunub ki, Xaçmazda təşkilatlanma zəifdir, aidiyyəti qurumlar – icra hakimiyyəti, FHN, bələdiyyə arasında koordinasiya yoxdur və nəticə etibarilə sakinlər problemlə təkbaşına mübarizə aparırlar.

Şikayətçi əlavə sübutlar üçün videolar və şəkillər də təqdim edib.

Sakinlər icra hakimiyyətinin və müvafiq qurumların dərhal əraziyə göndərilməsini və yarımçıq işlərin təhlükəsiz şəkildə dayandırılıb, zəruri təmir-bərpa işlərinin başladılması tələb edir:

“FHN və elektrik xidməti gəlib təhlükəsizliyi yoxlasın. Eelektrik sızması, yanğın riski var. Podratçı və tender qalibi şirkətin tam adı məlum deyil. İşi kim aparır, hansı əsasla başlayıb, niyə yarımçıq qalıb bildirilmir. Biz icra hakimiyyətinin qəbulunda olanda şəxsən Elnur Rzayevdən kömək istəmişdik. Onun göstərişindən sonra gəlib dam örtüklərini sökdülər və bu problemlər başladı. İndi də gəlib dam örtüklərini nə bərpa edirlər, nə yenisini çəkirlər, nə də problemimizi aradan qaldırırlar.
Zərərçəkmiş sakinlərə kömək lazımdır. Evlərə dolmuş suyu öz gücümüzə çıxarırıq. Qarşıdan soyuqlar gəlir. Aidiyyəti qurumlar problemin həllində tələssələr yaxşı olar”.

Yazıda adı keçən bütün tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.

Gülşən Rəsul

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 18 Sentyabr 2025 12:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see623

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see251

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see231

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see231

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see210

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see210

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see209

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see190

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see184

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see184

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see173

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see170

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see168

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see167

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see164

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see153

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see149

Gündə bir xörək qaşığı damarları təmizləyir

31 Yanvar 2026 20:44see148

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see147

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri