Quşlar kişilərdən yox, qadınlardan qorxurlar SƏBƏB
Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Beynəlxalq alimlər qrupu şəhər quşlarının qadınlar yaxınlaşdıqda kişilərlə müqayisədə daha tez uçub uzaqlaşdığını müəyyən edib. Beş Avropa ölkəsində müşahidə olunan bu fərqin səbəbi isə hələ də məlum deyil.
Bakıvaxtı.az xəbər verir ki, tədqiqatın nəticələri “People and Nature” jurnalında dərc olunub.
Alimlər quşların yaxınlaşan insandan nə qədər məsafədə uçmağa başladığını ölçüblər. Bu göstərici onların təhlükə hissini qiymətləndirməyə imkan verir.
Araşdırma Çexiya, Fransa, Almaniya, Polşa və İspaniyanın yeddi şəhərində aparılıb. Tədqiqatçılar parklarda və digər yaşıllıq ərazilərində 77 quş növü üzrə 2701 müşahidə həyata keçiriblər. Yekun təhlilə isə 37 növ üzrə 2581 müşahidə daxil edilib. Bunların arasında böyük döşlü, ev sərçəsi, qaratoyuq və göyərçinlər də olub.
Nəticələrə əsasən, kişilər quşlar uçmağa başlamazdan əvvəl onlara orta hesabla təxminən bir metr daha yaxınlaşa biliblər. İştirakçıların boyu, geyimi və ətraf mühit amilləri nəzərə alındıqdan sonra da bu fərq qorunub.
Quşların qadınlara qarşı niyə daha ehtiyatlı davrandığı hələ aydın deyil. Alimlər yeriş tərzi, bədən silueti və qoxu kimi amillərin rol oynaya biləcəyini ehtimal edirlər. Lakin bu amillər araşdırma çərçivəsində ayrıca yoxlanılmayıb.
Tədqiqat müəllifləri bildirirlər ki, əldə olunan nəticələr gələcək sahə araşdırmalarının təşkili baxımından əhəmiyyətlidir. Onların fikrincə, müşahidəçinin xüsusiyyətləri heyvanların davranışına təsir göstərə bilər və bu amil elmi təcrübələrdə nəzərə alınmalıdır.
Murad İsmayıl
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 25 Oktyabr 2026 00:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















