Icma.az
close
up
RU
Qütb ayısı əslində ağ rəngdə deyil

Qütb ayısı əslində ağ rəngdə deyil

Icma.az, Azpost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ağ ayı kimi tanınan bu qütb vəhşisinin əslində hansı rəngdə olduğu haqqında yeni məlumatlar yayılıb.

Azpost.info bildirir ki, növün adı, yırtıcı heyvanın xəzinin hansı rəngdə olduğunu göstərir və əlbəttə ki, mütləq əksəriyyət onu ağ ayı adlandırır. Mütəxəssislərin fikrincə, insanlar və onun qidalandığı heyvanlar hər halda bu ayını belə görür.

Qütb ayısının çox təhlükəli yırtıcı olduğu hər kəsə məlumdur. Bu vəhşinin məskun olduğu ərazidə əsas ovu suitilər, morjlar, dənizkimilər və balıqlar, həmçinin digər dəniz sakinləridir. Ayının canlı qidaları isə elə orada, buzun üstündə, yaxud altında yaşayan heyvanlardır. Elə buna görə də ayı ov zamanı kamuflyaj üçün daha çox ağ rəngə ehtiyac duyur, yalnız burnu ilə gözləri qara olur, lakin bu vəhşi ovunun üzərində sürünərkən öz pəncəsi ilə qara rəngləri də örtə bilər.

Amma əslində ayıdakı ağ rəngli xəz optik illüziyadır. Qütb ayısının tükü ağ deyil, şəffafdır. Hər hansı bir maddənin, eləcə də həmin heyvan xəzinin rəngi bu çalarlı maddənin gözlə görünən elektromaqnit dalğalarından hansını əks etdirə bilməsi ilə müəyyən edilir. Belə məlum olur ki, bu dalğalar retinaya dəyir və həmçinin bizim tərəfimizdən digər rəng kimi qəbul edilir. Yalnız iki rəng fərqlənir: qara və ağ. Hər hansı bir cismi qara rənglə görmək üçün isə o, ona yönəlmiş bütün işıq dalğalarını udmalıdır, yaxud da əksinə, bütün dalğa uzunluqlarının şüalarını əks etdirirsə, ağ rəngdə görürük. İşıq dalğalarının sadəcə keçdiyi obyektlər şəffaf görünür.

Qütb ayısının tükü hava ilə dolu şəffaf içi boş bir borudur. Hava aşağı dərəcədə bir istilik keçiriciliyinə malik olduğuna görə heyvanın istilik saxlamasına kömək edir. Adamlar evlərində də eyni prinsiplərdən istifadə edir, aralarında hava boşluğunun olduğu iki şüşədən hazırlanan, ustaların hazırladıqları və insanların istifadə etdiyi bu pəncərələrin çərçivələri temperaturu mükəmməl saxlayır.

Qütb ayısının dərisinin qara olması belə hətta çox maraqlıdır. Həm də sadədir: bu rəng istilik şüalarını daha yaxşı tuta bilir və qızdırır, bu isə şaxtalı qütb şəraitində çox vacibdir. Amma biz heyvanı qara yox, ağ görürük.

“Nəyə görə onun şəffaf kürkü adamlara qeyri-şəffaf görünür?” sualının cavabı elə buradaca aydın olur. Bütün bunlar onun səthindəki kiçik pozuntularla bağlıdır və yolda tüklər üzərində kiçik tüberküllərlə qarşılaşaraq, işıq şüaları qəfil qırılır, digər tüklərə düşür, orada yenidən sınma baş verir, beləliklə də xəzdən çətinliklə keçən işıq yenidən əks olunmağa başlayır, daha sonra xəz ağ görünür. Beləliklə, bir ayının rənglənməsi eyni zamanda həm də onun kamuflyajına və buna görə də əldə etdiyi uğurlu ova, həmçinin də bədəndə istiliyin qorunmasına kömək edir.

Oqtay QORÇU

Paylaş

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://azpost.info
archiveBu xəbər 12 Aprel 2025 12:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see580

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see515

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see468

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see329

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see269

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see233

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see232

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see231

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see230

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see227

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see221

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see212

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see204

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see203

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see199

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see185

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see183

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see178

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see173

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri