Quterreş Trampın namizədini dəstəklədi
Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
BMT-nin Baş katibi António Quterreş ABŞ Prezidenti Donald Trampın administrasiyası tərəfindən BMT-nin Ümumdünya Ərzaq Proqramının (ÜƏP) rəhbəri vəzifəsinə namizəd göstərilən Lük Lindberqin namizədliyini təsdiqləyib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
ABŞ-nin kənd təsərrüfatı agentliyində yüksək vəzifə tutan Lindberq Quterreş və Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş direktoru Qu Dongyu tərəfindən tövsiyə edilib. Müvafiq məktub 11 sentyabr tarixli ÜƏP İdarə Heyətinin sədrinə göndərilib.
Sənəddə qeyd olunur ki, bu vəzifəyə cəmi 54 namizəd müraciət edib. Doqquz namizəd qısa siyahıya alınıb, bundan sonra xüsusi komitə Lindberqi tövsiyə edib.
Baxış sayı:103
Bu xəbər 15 Sentyabr 2026 21:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















