Quti: “Real” Arbeloanın nəyə qadir olduğunu bilir”
Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Real”in sabiq yarımmüdafiəçisi Quti Xabi Alonsonun gedişindən sonra Alvaro Arbeloanın “Real”ın baş məşqçisi təyin olunmasına münasibət bildirib.
İdman.Biz xəbər verir ki, Quti bu barədə İspaniya KİV-ə danışıb.
Qeyd edək ki, 42 yaşlı mütəxəssis bundan əvvəl “Real”ın gənclər komandalarını çalışdırıb. O, may ayında “Kastilya”nın baş məşqçisi postuna gətirilib.
“Burada müəyyən bir sirr var, amma Zinəddin Zidan “Kastilya”dan əsas komandaya gəldiyi vaxt da eyni vəziyyət yaşanmışdı və işlər o zaman da çox yaxşı getmirdi.
Klub Arbeloanın nəyə qadir olduğunu bilir. Çünki o, uzun müddət gənclər komandalarında çalışıb.
Əgər ona bu qədər məsul vəzifə həvalə ediblərsə, deməli, ona inanırlar. Biz də onun işlərinin necə alınacağını izləyəcəyik”, – deyə Quti bildirib.
Baxış sayı:36
Bu xəbər 13 Yanvar 2026 12:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















