Quzu əti 25 manata qalxdı
Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bazarlarda satışa çıxarılan quzu ətinin qiyməti heyvanın çəkisi və növündən asılı olaraq dəyişir.
“Yeni Sabah” Milli.Az-a istinadla xəbər verir ki, satıcıların sözlərinə görə, 17-20 kiloqramlıq quzuların əti əsasən 20-21 manata təklif olunur. Çəkisi 10-12 kiloqram olan əmlik quzuların əti isə daha baha satılır və qiyməti 23-25 manata qədər yüksəlir.
Qəssablar bildirirlər ki, əmlik quzular bazarda az tapıldığı üçün onlar adətən əvvəlcədən verilən sifariş əsasında gətirilərək kəsilir. Onların sözlərinə görə, bu növ ət daha yumşaq quruluşa və özünəməxsus dada malik olduğundan alıcılar tərəfindən daha çox üstünlük verilir. pizza mizza
Qiymətlərdəki fərq istehlakçıların alış vərdişlərinə də təsir göstərib. Alıcılar deyirlər ki, əvvəlki illərlə müqayisədə indi eyni məbləğə daha az quzu əti almaq mümkündür. Xüsusilə əmlik quzu əti artıq hər kəs üçün əlçatan məhsul hesab edilmir.
Mütəxəssislər qeyd edirlər ki, son aylarda ölkəyə ət idxalının artması bazarda məhsul qıtlığının qarşısını alıb. Əks halda, yerli istehsaldan daha çox asılı olan quzu ətinin qiymətlərinin daha da yüksəlməsi ehtimalı yüksək olardı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 17 İyul 2026 14:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















