Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Quzu əti

Quzu əti

Icma.az, Reyting.az portalına istinadən məlumat yayır.


Akif ABBASOV
(hekayə)
Şakir Bəşirli neçə gün idi ki, yatağa düşmüşdü. Həyat yoldaşı onun qulluğunda durmuşdu. Çayına qarağat, zoğal mürəbbəsi qatıb ona içirdir, bərini-bədənini keçi piyi ilə ovuşdururdu. Çölə-bayıra çıxa bilmədiyindən evdə yavanlıq tükənmişdi. Pul-para da yox idi. Şakir Bəşirli ah-uf edir, həm də fikirləşirdi ki, ət və kərə yağı alınmalıdır. Nə vaxta qədər günəbaxan yağında qızardılmış badımcan, lobya, kartof yeyəcəkdilər?

Xəstə yaxşı yeməli idi ki, özünə gəlsin. İndi arvadı Zəhranın gətirdiyi düyü şorbasına baxıb ağzını əydi. Amma dinmədi. Arvadına acıqlanmadı. Dinib nə deyəcəkdi, acıqlanıb nə deyəcəkdi?
Bazarlığı Şakir edərdi, amma indi yerə tirlənmişdi. Pul da yox idi ki, Zəhra gedib ucuz broyler toyuğu, bir-iki kilo dana əti alsın.
Bu zaman qapının zəngi çalındı. Zəhra qapının gözlüyündən baxıb çiyinlərini çəkdi:
- Tanımadım. Bir kişidir, 50-55 yaşlarında.
Şakir bənd olmadı:
- 50-55 yaşlarında o qədər adam, dost-tanış var ki. Mən nə bilim kimdir.
Zəhra əlavə etdi:
- Ay Şakir, elə bil pay gətirib.
"Pay gətirib” sözlərini eşidən Şakir qulaqlarını şəklədi. Zəhra davam etdi:
- Yəqin xəstə olduğunu eşidib dəyməyə gəlib.
Şakirin gözlərinə işıq gəlmişdi:
- Doğrudan pay gətirib?
Zəhra:
- Hə... Soruşum kimdir? - dedi.
Şakir tez dilləndi:
- Soruş, qapını açmarıq, çıxıb gedər.
Şakir durub çarpayısında oturdu:
- Öz ayağı ilə gəlib. Adam qapısına gələn ruzini qaytarmaz.
Zəhra elə təzəcə ağzını doldururdu soruşsun ki, "kimdir?” Şakir qoymadı:
- Sorğu-sual edərsən acığa düşər. Heç soruşma, qapını aç, hər kimdir, girsin içəri. Hər kimdirsə, görünür, məni tanıyan adamdır.
Zəhra qapını açdı. Kişi əlində qalın kağıza bükülü bir şey mənzilə daxil oldu:
- Salam. Şakir Bəşirli evdədir?
- Salam. Buyurun, evdədir. Xoş gəlmisiniz. Bir az kefsizdir.
- Fikirləşdim ki, gəlim baş çəkim.
Şakir o biri otaqdan boylandı. Ayaqqabılarını soyunan Müzəffəri tanıdı. Rayon Qaz idarəsinin qəsəbədəki sahəsinin işçisi idi. Əlində yekə bir bağlama vardı. Bükülünün aşağı tərəfi enli idi, yuxarıya getdikcə bükülü ensizləşirdi.
Şakir sevindi: "Halal olsun sənə, Müzəffər! Heç səni belə bilməzdim. Doğru deyiblər ki, insanları tanımaq olmur. Əlimin aşağı vaxtında quzu cəmdəyi ilə məni saya salmısan. Bütöv olmasa da, ən azı yarım cəmdəkdir”, - deyə fikirləşən Şakir Bəşirli çarpayıdan aşırılıb onun qabağına getdi, görüşdü:
- Xoş gəlmisən, keç, keç, otur. Vallah-billah bu xəstəlik də qəribə şeydir. İstər yüngülü olsun, istər ağırı. Adamın gözü elə hey yolda olur ki, görsün kim saya salıb ona dəyməyə gələcək.
Şakirin gözü Müzəffərin dəhlizdə qalın kağıza bükərək gətirdiyi indi dəhlizin divarına söykədiyi cəmdəkdə idi. Müzəffər oradan-buradan danışırdı. Şakir "hə”, "hə” desə də, əslində ona qulaq asmırdı. Nəhayət, bu gün dillərinə ət dəyəcəkdi. "Arvada deyərəm bozbaş bişirər. kartoflu, noxudlu. Amma noxudlu bozbaş alınmayacaq. Nə biləydik evimizə pay gələcək. Arvadın xəbəri olsaydı, noxudu dünəndən suya qoyardı ki, yumşalsın. Əşi, eybi yox. Bu dəfə noxudsuz keçinərik”.
Müzəffər Zəhranın gətirdiyi limonlu çaydan içə-içə:
- Orxan müəllim necədir? - deyə soruşdu.
Orxan İbişov onların rəisi idi. Rayon Qaz idarəsinin böyüyü. Şakir Bəşirli də onun müavini idi.
- Nə dedin?
- Deyirəm Orxan müəllim necədir?
"Bəlkə Zəhra yarpaq dolması bişirsin? Amma evdə qatıq yoxdur. Əşi, salamatı bozbaşdır. Əti doğra, at suyun içinə qaynasın. Yağda soğan qovur, sal qazana, kartofunu da bol elə. Vəssalam. Həm də bozbaş tutumlu, doyumlu olur, çörək doğra, ləzzətlə, doyunca ye. Yarpaq dolmasına çox ət gedir”.
- Hə, Orxan müəllim yaxşıdır.
- Yaxşı olsun təki. Bizim sahənin işçiləri də onun xətrini çox istəyirlər.
- Elədir, rəisimiz canlara dəyən kişidir.
Müzəffər ayağa qalxdı:
- Allah sənə şəfa versin! Yastığın yüngül olsun! Yaxşı, mən gedim.
Şakir sevindi. Qonaq getməmiş onun gətirdiyi paya əl vurmazlar. El arasında belə qəbul olunub.
Müzəffər dəhlizə sarı addımladı. Şakir də onun ardınca. Ayaqqabılarını geyə-geyə:
- O kağıza bükülünü...
Əli ilə divara söykədiyi bükülünü göstərdi:
- Xahiş edirəm, Orxan müəllimə verəsiniz.
Şakir udqundu. "Bu nə danışır?”
- Ona üzüm tingləri söz vermişdim. İşdə yox idi. Bağ evini də tanımıram. Dedim, sənə verərəm, sən çatdırarsan ona. Di xudahafiz.
Şakirin elə bil atasını söydülər. Onun ardınca qapını bərk çırpdı. Üzüm tinglərini də götürüb qolu getdikcə çölə tulladı.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://reyting.az
archiveBu xəbər 21 Mart 2025 13:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see653

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see622

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see620

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see500

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see461

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see433

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see405

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see391

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see347

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see340

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see338

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see329

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see325

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see322

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see320

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see315

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see310

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see308

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see303

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see286
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri