Icma.az
close
up
RU
R hərfi olmayan aylarda balıq yemək təhlükəlidir Mütəxəssisdən vacib TÖVSİYƏLƏR

R hərfi olmayan aylarda balıq yemək təhlükəlidir Mütəxəssisdən vacib TÖVSİYƏLƏR

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Balığın tərkibi qida maddələri ilə zəngin olduğuna görə faydalı ətlər sırasındadır və daha tez həzm olunan zülal mənşəli olmaqla yanaşı, tərkibindəki əvəzsiz omeqa yağları var ki, orqanizmdə daha faydalı şəkildə parçalanır. Eyni zamanda balıq D vitamini ilə də çox zəngindir ki, bu da hər yaşda insanın orqanizmi üçün vacib olan elementlərdən biridir".

Bu fikirləri Redaktor.az-a Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova balığa məxsus xüsusiyyətlərdən danışarkən bildirdi.

"Xüsusilə yuxarı yaşlı, hipertoniyadan, şəkərdən əziyyət çəkənlər və yaxud xroniki xəstəlikləri olan insanlar üçün balıq tez həzm olunduğu və qida dəyəri zəngin olduğuna görə pəhriz qidası kimi də dəyərləndirilir. Balığın tərkibində mineral maddələr, karbohidratlar, vitaminlər, fermentlər, asan həzm olunan bioloji aktiv maddələr olduğuna görə həftədə iki dəfə hər yaşdan olan insanların qəbul etməsi mütləq vacibdir. Həmçinin digər böyük baş heyvanlarda olan və qana qırmızılıq verən mioqlobin balıq ətində olmadığına görə onun rəngi fərqli olur, ağ, açıq boz və yaxud qismən çəhrayıya çalır" -  deyən ekspert əlavə etdi ki, balığı mənşəyi bəlli olan yerlərdən təzə almaq lazımdır.

M.Hüseynovanın sözlərinə görə, balıq zülal mənşəli olduğundan dolayı tez xarab olmasına görə yüksək risk qrupuna aid qidalar sırasındadır:

"Təmiz və düzgün qaydada bişirilmiş balıq mütləq şəkildə az qızardılmalı, amma yaxşı bişirilməlidir. Belə olan halda balıq immun sistemini möhkəmləndirir, zərərli xolestrolu orqanizmdən, demək olar ki, uzaqlaşdırır, sinir sistemini sakitləşdirir. Tərkibindəki A vitamini sayəsində gözlərin görməsini yaxşılaşdırır və eyni zamanda dərinin bioloji qocalmasının qarşısını alır. Mütləq şəkildə balığı hazırlayarkən sanitar gigiyena qaydalarına əməl etmək lazımdır. Çünki balığın tərkibində xüsuslə patogen xəstəlik törədən mikroorqanizmlər var ki, bunlar daha tez çoxalır. Ona görə də baytarlıq nəzarətindən keçməyən, uzun müddət açıq havada satılan balıqları almaqdan çəkinmək lazımdır. Balığı soyuducuda -18 dərəcədə 3 aya qədər saxlamaq olar".

Qida mütəxəssisi qeyd etdi ki, kürütökmə dönəmində olan balığı qəbul etmək məsləhət deyil.

"Bəzi bölgələrdə maydan başlayaraq, adında "r" hərfi olmayan aylarda balıq yeməyin təhlükəsi ilə bağlı bir xalq deyimi də var. Amma bu tamamilə yanlışdır. Çünki bəzi balıqlar var ki, onların çoxalma və kürütökmə vaxtı fərqli dövrlərə təsadüf edir. Yaxşı olar ki, həmin növ balığı kürütökmə dövründə qəbul etməsinlər, çünki həm o dövrdə onu əgər ovlayırıqsa, nəsli kəsilmək qorxusu var, həm də həmin dövrdə daha fərqli vitamin mineral dəyərinə malik olur ki, bu bəzən həssas, immun sistemi aşağı olan insanların həzm sistemində problemə gətirib çıxardır. Bundan başqa balığı bəzi məhsullar var ki, onlarla birlikdə qəbul etmək tövsiyə olunur. Məsələn, şəxs genetik olaraq əgər dəniz məhsullarından çox istifadə etməyibsə, bəzən həm balıq, həm də digər dəniz məhsulları bir arada qəbul olunduqda həzm sistemində çətinlik yarandığından zəhərlənmə riski arta bilər. Qeyd edim ki, Azərbaycan üçün xarakterik olan farel, sazan, alabalıq, osetrin kimi balıqları qəbul etmək olar, başqa ölkələrə getdikdə isə yaxşı bişirilmiş yalnız bir növ balığı yemək orqanizmin sağlamlığı üçün daha faydalıdır", - deyə müsahibimiz bildirdi.

Aytəkin TOFİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 01 İyul 2025 17:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see357

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see239

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see226

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see191

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see180

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see177

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see171

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see168

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see161

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see159

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see156

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see155

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see153

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see150

Dünyanın ən yaxşı hücumçusu bilindi

29 Dekabr 2025 02:22see142

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see138

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see135

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see134

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see134

Kamavinqanın 2026 planı “Real” üçün əsas prioritetdir

29 Dekabr 2025 02:36see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri