Icma.az
close
up
RU
Sağlam onurğa üçün mütəxəssisdən tövsiyələr

Sağlam onurğa üçün mütəxəssisdən tövsiyələr

Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Gündəlik vərdişlərdə ediləcək kiçik dəyişikliklər gələcəkdə bel və boyun problemlərinin qarşısını almağa kömək edə bilər.

Milli.Az xəbər verir ki, türkiyəli professor Turgut Akgülün sözlərinə görə, düzgün duruş onurğanın sağlam qalmasında əsas amillərdən biridir.

O bildirib ki, başın hər 2,5 santimetr irəli əyilməsi boyun fəqərələrinə düşən yükü təxminən 4,5 kiloqram artırır. Bu isə zamanla boyun yırtığı və əzələ spazmlarının yaranma riskini yüksəldir.

Professor qeyd edib ki, uzun müddət fasiləsiz oturmaq fəqərələr arasındakı disklərin qidalanmasını zəiflədir. Buna görə də hər 45 dəqiqədən bir ayağa qalxmaq, qısa gəzinti etmək və yüngül dartınma hərəkətləri etmək tövsiyə olunur.

Mütəxəssis yerdən ağır əşya qaldırarkən beldən əyilməyin təhlükəli olduğunu vurğulayıb. Onun sözlərinə görə, diz və omba oynaqlarını bükərək çömbəlmək onurğaya düşən yükü azaldır.

Akgül bildirib ki, qarın, bel və çanaq dibi əzələlərinin gücləndirilməsi onurğanın sabitliyini artırır. Bu məqsədlə pilates, üzgüçülük və xüsusi məşqlər faydalıdır.

O, həmçinin keyfiyyətli yuxunun onurğanın bərpasında mühüm rol oynadığını qeyd edib. Mütəxəssis orta sərtlikdə ortopedik döşək və uyğun yastıqdan istifadə etməyi, üzüstə yatmaq əvəzinə arxası və ya yan üstə yatmağı tövsiyə edib.

Professor Turgut Akgül əlavə edib ki, sağlam çəkinin qorunması, siqaretdən uzaq durmaq, həftədə ən azı 150 dəqiqə orta intensivlikdə idman etmək onurğa sağlamlığının qorunması üçün vacibdir.

Müəllif: Mina Mikayılova (Milli.Az müxbir)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:139
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 30 İyul 2026 15:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Agentliyi media nümayəndələrinə təlim keçmək üçün 87 min manat xərcləyəcək

30 İyul 2026 09:36see322

“Azərpoçt”da böyük kadr dəyişikliyi Kimlər təyin olundu?

30 İyul 2026 14:34see318

Penza vilayətində Wildberries anbarına PUA hücumu olub, xəsarət alan var

30 İyul 2026 08:05see308

Qusarın 68 kəndini təmin edən stansiyada transformatorlar yeniləndi İcra başçısı yerində tanış oldu FOTO

30 İyul 2026 20:06see259

Türk dünyasının birliyi

30 İyul 2026 15:43see251

“Kürü keçək?!” açıq suda üzmə yarışı keçiriləcək

30 İyul 2026 00:07see245

Qarabağ Universiteti tələbələrinə Türkiyə diplomu veriləcək

30 İyul 2026 13:03see238

Kürd mərkəzi üç siyasətçidən DTX yə şikayət etdi

30 İyul 2026 00:58see229

Ukrayna Rusiyanın neft zavodlarını və Wildberries anbarlarını yenidən PUA larla vurdu

31 İyul 2026 10:12see223

Qəbələdə “Sumqayıt”dan 2 cavabsız qol

30 İyul 2026 21:33see201

Mərkəzi Bank sədrinin 10 mühüm mesajı

30 İyul 2026 09:34see194

Avropa İttifaqının Azərbaycandakı səfiri Azərbaycan dilini öyrənir

30 İyul 2026 21:34see191

“Windows 11”də RAM problemi tarixə qovuşur

31 İyul 2026 02:28see189

Könül Kərimova gənclərə SƏRT SÖZLƏR dedi: Dil uzatmağa başlayırlar”

30 İyul 2026 21:35see187

“120 dəqiqəlik oyuna hələ tam hazır deyilik” Qurban Qurbanov

31 İyul 2026 02:28see183

Sautqeyt Premyer Liqada işləyə bilər

31 İyul 2026 01:56see178

Pulunu artırmaq istəyənlər nəyə üstünlük verməlidir? İqtisadçı açıqladı

30 İyul 2026 13:43see174

Moskvada rusiyalı milyarder həbs edildi

31 İyul 2026 00:27see174

“Real” “Levante”nin hücumçusu Karlos Espini alıb

31 İyul 2026 02:14see171

Ukraynada F 16 qəzaya uğrayıb

30 İyul 2026 05:45see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri