Rabat meri: Bakı şəhəri ilə əlaqələrin inkişafında maraqlıyıq
Icma.az bildirir, Azertag portalına istinadən.
Qahirə, 2 sentyabr, AZƏRTAC
Bakı şəhəri ilə əlaqələrin dərinləşməsində maraqlıyıq. Bu sahədə mümkün birgə layihələrin nəzərdən keçirilməsi faydalı ola bilər.
AZƏRTAC xəbər verir ki, bunu Rabat şəhərinin meri xanım Fatiha əl-Mudni Azərbaycanın Mərakeşdəki səfiri Nazim Səmədovla görüşündə deyib.
Görüşdə, həmçinin regionlar arasında əlaqələrin möhkəmləndirilməsi müzakirə edilib, xüsusilə iki paytaxt şəhər Bakı və Rabat arasında müxtəlif istiqamətlərdə əməkdaşlığın xüsusi əhəmiyyət kəsb etdiyi bildirilib. Bu kontekstdə, Azərbaycan tərəfinin təşəbbüsü ilə irəli sürülmüş Bakı və Rabat şəhərləri arasında müxtəlif sahələrdə əməkdaşlığı ehtiva edən Anlaşma Memorandumunun tezliklə imzalanacağına inam ifadə olunub.
Daha sonra Rabat şəhərinin merinə cari ilin oktyabrında Xankəndi və Bakıda təşkil ediləcək 3-cü Azərbaycan Milli Şəhərsalma Forumunda iştirakla bağlı dəvət məktubu təqdim edilib.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 02 Sentyabr 2025 20:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















