“Rabitəbank” cərimələndi KONKRET
Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.
Mərkəzi Bank “Rabitəbank” ı cərimələyib.
KONKRET.az milli.az-a xəbər verir ki, “Rabitəbank” ASC 15.07.2025-14.08.2025-ci il tarixlərində manatla məcburi ehtiyatları tələb olunan normadan az saxlayıb.
Bu səbəbdən də Mərkəzi Bank “Rabitəbank”ı 1857 manat cərimələyib.
Qeyd olunub ki, bank sistemində likvidliyin effektiv idarə edilməsi və likvidliyin konsentrasiyasının azaldılması məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən məcburi ehtiyat normaları alətindən istifadə olunur. Banklara tətbiq edilən məcburi ehtiyatlar üzrə tələblər “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanunla (Qanun) yanaşı, Mərkəzi Bankın “Məcburi ehtiyatların norması, hesablanması və saxlanması” Qaydası (Qayda) ilə tənzimlənir. Bundan irəli gələrək, banklar tələb olunan məcburi ehtiyatların Qaydaya müvafiq surətdə Mərkəzi Bankda olan müxbir hesablarında saxlanmasını təmin etməlidirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 18 Avqust 2025 15:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















