Icma.az
close
up
RU
“Rabitəbank keşbeki azaldıb

“Rabitəbank keşbeki azaldıb

Reyting.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Son zamanlar bankların bir çoxu stimullaşdırıcı layihələrə son verib. Bu vəziyyət “keşbek” kartlarında özünü daha aydın büruzə verir.

Məsələn, “Rabitəbank” ASC 1 sentyabr 2025-ci il tarixdən Kartmane kartlarında bəzi limitlər tətbiq edib və keşbek qaydalarını sərtləşdirib.
Hansı dəyişikliklər edilib?
Belə ki, “Kartmane Debet” kartı üzrə komissiyasız Card to Card və ATM nağdlaşdırma üzrə aylıq limit 2000, terminaldan fiziki şəxslərin hesablarına komissiyasız mədaxil limiti 1000 manat təyin olunub. Üstəlik, Kartmane Yaşıl Debet kartı üzrə keşbek faizləri YDM-lər üçün 1,5 %, restoranlar üçün 2%, sığorta ödənişlərində isə 1% nəzərdə tutulur.
Bundan əlavə, keşbek faizləri YDM və restoran kateqoriyalarında yalnız Apple Pay və GooglePay ödənişlərinə şamil olunur. Bütün “Kartmane” kartları üzrə yalnız 10 manat və daha yüksək olan ödənişlərdə keşbek qazanma inkanı verilir.
Göründüyü kimi “Rabitəbank” ASC həm komissiyasız nağdlaşdırma, həm də kartlara
komissiyasız mədaxil limitində və keşbeklərdə sərt addımlar atıb.
Bu da bankın müştəriləri tərəfindən birmənalı qarşılanmayıb.
Mövzu ilə bağlı Bizim.Media-ya danışan Liberal İqtsadçılar Mərkəzinin sədri Akif Nəsirli “Rabitəbank”ın sözügedən addımı atmasının səbəblərindən söz açıb:
“Rabitəbank”ın bu elan göstərir ki, 1 sentyabr 2025-dən etibarən Kartmane kartlarında bəzi limitlər və keşbek qaydaları sərtləşdirilir. Yəni əvvəllər daha geniş imkanlar vardısa, indi limitlər azaldılıb və keşbek qazanmaq yalnız müəyyən şərtlərlə mümkün olacaq.
Bankların bu cür addımlarının bir neçə əsas səbəbi var.
Birincisi, xərclərin idarə olunması baxımından komissiyasız əməliyyatlar və yüksək keşbek faizləri bank üçün xərc deməkdir. Müştərilərin sayı artdıqca bu xərclər də böyüyür, bank isə gəlirliliyini qorumaq üçün şərtləri sərtləşdirir.
Digər tərəfdən, çox vaxt müştərilər “kartdan karta” və ya nağdlaşdırma əməliyyatlarından sui-istifadə edir, bu isə bankın əsas gəlir modelinə zərər vurur. Ona görə aylıq limitlər qoyulur.
Keşbekin yalnız Apple Pay və Google Pay ilə edilən ödənişlərdə keçərli olması, bankın bu texnologiyalardan istifadəni təşviq etməsi ilə bağlıdır. (daha təhlükəsiz və izlənilən əməliyyatlar)”.
Müsahibimiz onu da qeyd edir ki, son illərdə təkcə Azərbaycanda yox, dünyanın bir çox ölkəsində banklar keşbek və bonus proqramlarını azaldır:
“Çünki ilkin mərhələdə bu kampaniyalar müştəri cəlbi üçün idi, bazar dolduqdan sonra isə şərtlər sərtləşdirilir. Maliyyə monitorinqi, “kölgə əməliyyatları”nın qarşısının alınması üçün bəzi limitlər məcburiyyət halına gətirilir.
Yəni, sadə dillə desək, ilk illərdə banklar müştərini cəlb etmək üçün daha sərfəli güzəştlər təqdim edir, bazarı tutduqdan sonra isə gəlirliliyi artırmaq üçün bu güzəştləri azaldırlar”.
Məsələ ilə bağlı “Rabitəbank” ASC -nin mövqeyini öyrənmək cəhdlərimiz alınmadı. Bankın səlahiyyətli nümayəndələri zənglərimizə cavab vermədi.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:230
embedMənbə:https://reyting.az
archiveBu xəbər 12 Sentyabr 2025 12:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see368

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see338

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see325

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see266

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see259

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see245

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see238

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see217

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see198

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see198

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see194

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see189

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see185

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see179

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see178

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see171

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see171

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see168

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see166

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri