Rada deputatından Ukrayna ilə bağlı pis xəbər
GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ukrayna Ali Radasının deputatı Artem Dmitruk Avropa İttifaqının Ukraynaya ayırdığı kreditin ölkədə mövcud vəziyyəti dəyişməyəcəyini bildirib.
Globalinfo.az xəbər verir ki, o, bu fikirləri şəxsi Teleqram kanalında paylaşıb.
Deputatın sözlərinə görə, hökumətdəki korrupsiya, eləcə də mənfi iqtisadi və sosial proseslər fonunda Aİ-nin maliyyə dəstəyi real təsir göstərməyəcək.
Dmitruk qeyd edib ki, Ukraynanın bir çox bölgələrində vəziyyət daha da pisləşir və bu prosesin geri dönməz xarakter aldığını düşünür.
O, həmçinin ayrılan vəsaitlərin səmərəli istifadə olunmayacağına əminliyini ifadə edərək bildirib ki, hazırkı şəraitdə bu cür maliyyə yardımı “dibsiz quyuya pul tökmək” kimi qiymətləndirilə bilər.
Tahir Turan
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 21 Dekabr 2025 21:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















