Icma.az
close
up
RU
“Ukrayna seçkilərə hazırdır” Ali Rada zəmanət tələb edir

“Ukrayna seçkilərə hazırdır” Ali Rada zəmanət tələb edir

Icma.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Ukrayna Ali Radasının birinci vitse-spikeri Aleksandr Korniyenko bildirib ki, parlament müharibə şəraitində seçkilərin keçirilməsi üçün qanunvericilik çərçivəsini hazırlamağa hazırdır, lakin bunun üçün ABŞ və digər beynəlxalq tərəfdaşların təhlükəsizlik zəmanətləri lazımdır.
Bakupost.az Ukrayna mediasına istinadən xəbər verir ki, Korniyenkonun sözlərinə görə, bu məsələ ilə bağlı qanunvericilik aktlarının yalnız ilkin variantları müzakirə edilə bilər. Hələlik müharibə şəraitində seçkiləri tənzimləyən konkret qanun layihəsi yoxdur.
“Müzakirə ediləsi bir neçə əsas məsələ var. Bunlar xaricdə yaşayan seçicilərin səsverməsi, cəbhədə xidmət edən hərbçilərin səsverməsi və onların namizədliyi, hərbçilər üçün məzuniyyət mexanizmləri, seçicilərin qeydiyyatı və Mərkəzi Seçki Komissiyasının səlahiyyətlərinin genişləndirilməsi, xüsusilə cəbhə bölgələrində seçki məntəqələrinin təhlükəsizliyi problemləridir”.
Korniyenko vurğulayıb ki, ABŞ və digər tərəfdaşlardan təhlükəsizlik zəmanətləri olmadan müharibə şəraitində seçkilərin təşkil edilməsi mümkün olmayacaq.
Ukraynada əhalinin böyük hissəsi hələ də müharibə şəraitində səsvermənin təhlükəsiz olmadığı fikrini dəstəkləyir
Bu bəyanatlar ABŞ Prezidenti Donald Trampın tənqidlərinə cavab olaraq səslənib. Tramp bildirib ki, Ukraynanın müharibəni bəhanə edərək seçkilərdən qaçdığına dair fikirlər var. Zelenski isə buna sərt reaksiya verərək seçkilərin keçirilməsi məsələsinin əsasən, Ukrayna xalqının qərarı olduğunu vurğulayıb.
Ukrayna 2019-cu ildən bu yana milli səviyyədə seçki keçirməyib. Prezidentin səlahiyyət müddətinin 2024-cü ilin mayında bitməsinə baxmayaraq, müharibə şəraitində bu müddət müvafiq qanunvericiliklə uzadılıb. Hazırda seçkilərin təşkili ilə bağlı müzakirələr həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə davam edir və bu proses geniş siyasi debatlara səbəb olur.
Cavid, BakuPost
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:142
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 11 Dekabr 2025 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see283

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see267

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see230

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see213

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see209

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see207

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see203

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see200

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see200

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see189

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see183

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see182

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see181

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see177

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see177

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see176

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see176

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see174

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see173

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri