Icma.az
close
up
RU
Radarın yerini əzbər bilən sürücüləri belə aldadırlar: Sürətə nəzarətin yeni metodları

Radarın yerini əzbər bilən sürücüləri belə aldadırlar: Sürətə nəzarətin yeni metodları

Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.

Azərbaycanın ərazi baxımından kiçik dövlət olması heç kimə sirr deyil. Bu səbəbdən tolların ümumi uzunluğunun da az olması tam təbiidir. Yol az olduqda sürücülər də yolu kifayət qədər yaxşı tanıyırlar. Məntiqi olaraq yolu yaxşı tanımaq sürücü üçün üstünlükdür. Bu amil yol qəzalarının azalmasına kömək edir. Lakin bəzi hallarda nəzəriyyə və təcrübə üst-üstə düşmür.
Azərbaycanda yolu tanımaq dedikdə adətən radar və kameraların yerini bilmək nəzərdə tutulur. Sürücülərimiz yaşadıqları ərazidə yol nəzarəti qurğularının yerini əzbər  bilirlər.  Məsələ "Yol-nəqliyyat hadisələrinin təsnifatı: səbəb və nəticələrin təhlili" adlı ictimai müzakirədə də səsləndirilib.
Reallığı şəxsi təcrübəmizdə də görürük. Bakı-Qazax yolunda radarların qarşısındakı tormoz izləri çoxuna tanışdır. Bəzi sürücülər, xüsusən də avtobus sürücüləri radarın nəinki yerini, hətta foto çəkdiyi nöqtəni də əzbər bilirlər. Mingəçevirdən Ağdaşa gəlrkən avtobus sürücüsünün bəzi yerləri 120 km/saat, bəzilərdə isə 70 km/saat sürətlə getməsinin səbəbini soruşanda intizamsız sürücülərə xas cavab aldım: “bu yolda 16 kamera və radar var, hamısının yerini əzbər bilirəm”. 
Bu problem tək bizə xas deyil. Dünyanın istənilən ölkəsində stasionar radarların yeri illərlə dəyişmir. Çünki bu yerdəyişmə böyük xərc, işçi qüvvəsi və vaxt tələb edir. Radarın bircə gün dayanması dövləti kifayət qədər gəlirdən məhrum edir. Lakin çarə də var.
İspaniyada stasionar radardan əvvəl və sonra (200-400 metr məsafədə) kiçik, görülməsi çətin radarlar quraşdırılır. Bu qurğular sürücünün əsas radaradək hansı sürətlə gəldiyini qeydə alır. 
Almaniyada radarlardan əvvəl xəbərdaredici nişanların qurulması Torpaqların (Land - regiona oxşar ərazi vahidi) səlahiyyətindədir. Buna görə də hər qəpiyin hesabatını aparan almanlar bir qayda olaraq yol nişanının qurulmasına resurs sərf etməkdə maraqlı deyillər.
Ən səmərəli metod isə orta sürət radarlarının qurulmasıdır. Belə sistem olduqda radardan 60 km/saat sürətlə keçən sürücü yolda 160 km/saata çıxa bilməyəcək. 
Ağdaş-Mingəçevir timsalında olduğu kimi radarıar bir-biri ilə əlaqələndirilərsə, o zaman 16 deyil, 6 qurğu Şəki, Yevlax və Mingəçevir istiqamətində hərəkəti tam nəzarətdə saxlamağa imkan verər. Orta sürət radarlarının fəaliyyət zonasında radarı aldatmaq mümkün olmayacaq. Radar detektorları isə ümumiyyətlə mənasız olacaq.  Çünki bu tip radarlar ani sürəti deyil, orta sürəti ölçür. 
Səyyar radarlara gəlincə: Azərbaycan hökuməti bu qurğuların istismarını haqlı olaraq dayandırıb. Çünki dünyanın istənilən yerində səyyar radarlar srücü və polis arasında əlavə narazılıq məsələsidir. Bir çox ölkə onlardan istifadə ilə bağlı qərar verə bilmir.

Vüqar Yaşaroğlu

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 17 İyul 2025 20:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri