Icma.az
close
up
RU
Quran ı əzbər bilən Qara Qarayev kimdir?

Quran ı əzbər bilən Qara Qarayev kimdir?

Icma.az bildirir, Kulis.az portalına istinadən.

Bu gün görkəmli bəstəkar Qara Qarayevin anım günüdür.

Qara Qarayev çağdaş Azərbaycan musiqi mədəniyyətinin yetirdiyi ən böyük simalardan biridir. Bəstəkarın özünəməxsus, dərin fəlsəfi məzmunu və yüksək professionallığı ilə seçilən əsərləri yalnız Azərbaycanda, keçmiş Sovetlər Birliyində deyil, dünyada – ABŞ, İngiltərə, Fransa, Almaniya, Misir, Türkiyə, Çexiya, Polşa, Rumıniya və başqa ölkələrdə böyük şöhrət qazanıb.

"

1918-ci ildə Bakı şəhərində dünyaya gələn Qara Qarayevin atası məşhur həkim-pediatr Əbülfəz Qarayev həm də öz dövrünün tanınmış ziyalılarından biri olub. Anası Sona xanım isə yüksək musiqi təhsili görmüş, sayılıb seçilən aristokrat, kübar xanımlardan idi.

Musiqi təhsilini davam etdirmək üçün Qara Qarayev böyük Üzeyir bəyin xeyir-duası ilə 1939-cu ildə Moskvaya gedir və 1946-cı ildə P. İ. Çaykovski adına Moskva Dövlət Konservatoriyasını, böyük bəstəkar Dmitri Şostakoviçin sinfini bitirir.

Dimtiri Şastakoviç hələ lap gənc olan Qara Qarayevə yazırdı: “Mən Sizi musiqimizi irəli apara bilən və bunu etməyə borclu olan bəstəkarlardan hesab edirəm. Buna görə də çox bəstələyin...”

1946-cı ildə, 28 yaşında, hələ konservatoriyanın tələbəsi olarkən o, Cövdət Hacıyev ilə birlikdə “Vətən” operasına görə Stalin mükafatına layiq görülüb. 1948-ci ildə isə 30 yaşında “Leyli və Məcnun” simfonik poemasına görə ikinci Stalin mükafatını alır.

1952-ci il – “Yeddi gözəl” baletinin parlaq premyerası, 1957-ci il – Q.Qarayevin musiqi bəstələdiyi “Don Kixot” filminin uğuru, həmin ildə – “İldırımlı yollarla” baletinin premyerası, 1959-cu il – SSRİ xalq artisti adının verilməsi... Və sair və sair. Bəstəkarın həyat xronometrajı sanki finiş xəttinə çıxmış insanın getdikcə artan nəbzini xatırladır.

Böyük türk şairi Nazim Hikmətin Qara Qarayevlə görüşündən maraqlı dialoq xatirələrdə öz əksini tapır. Mühüm bir tədbirdə iştirak etmək üçün birlikdə salona daxil olarkən qapıda Qarayev şairə hörmətlə “Nazim əfəndi, buyurun” deyir. Nazim Hikmət də cavabında “Xeyr, öncə siz buyurmalısınız” deyə israr edir. Bəstəkar şairdən yaşca kiçik olmasını və onun şəxsiyyətini nəzərə alaraq “Nazim əfəndi, xahiş edirəm, siz böyüksünüz” söyləyir. Nazim Hikmət isə “Əvvəlcə dahilər, sonra böyüklər” deyərək, Qarayevi qucaqlayıb salona salır.

Münhendə görkəmli bəstəkar Karl Orf Qara Qarayevi “dünya miqyasında böyük bəstəkar” adlandırıb.

Qara Qarayev hobbi olaraq fotoqrafiya ilə məşğul olurdu, kibrit şəkillərini yığırdı.

Qurani-Kərimi yaxşı bilir və söhbətlərində həmişə ondan misallar gətirərdi.

Qara Qarayev Tatyana Neçayeva ilə ailə həyatı qurub və bu cütlükdən Fərəc adlı oğlu və Züleyxa adlı qızı dünyaya gəlib. Həyat yoldaşına həsr olunmuş yeganə musiqi əsəri – prelüdiyanı Qarayev yuxuda eşitmiş, səhər qələmə alaraq Tatyanaya hədiyyə etmişdi.

Bəstəkarın oğlu Fərəc Qarayev atası ilə bağlı xatirələrini bölüşəndə nənəsinin, babasının Qara Qarayevə yalnız “Yeddi gözəl” baletindən sonra ciddi yanaşdıqlarını deyir. O zamana kimi Əbülfəs Qarayev oğlunu bu yoldan çəkindirmək istəyib.

Daha öncəki illərdə fortepiano üçün yazdığı “üçsəsli fuqa”, simfonik orkestri üçün “Passakaliya və üçmövzulu fuqa”, nəfəsli alətlər üçün “İdman” süitası, “Ömər Xəyyamın sözlərinə 6 rübai” romanslar məcmuəsi ilə bəstəkar uğur qazansa da, ailəsi məhz “Yeddi gözəl” seviləndə, ümumittifaq səviyyəsində, dünya səviyyəsində qəbul olunanda, afişaları şəhəri bəzəyəndə ürəkdən sevinirlər və Əbülfəs Qarayev həyat yoldaşına “Onu daha rahat buraxaq” deyir.

Ailəsində Qara Qarayevin sənətinə çox böyük hörmət olub. Səməd Vurğun küçəsindəki ikiotaqlı mənzildə otağın biri bəstəkarın ixtiyarına verilib.

Fərəc Qarayevin xatirələrindən: “Atam işləyəndə evdə hamı barmaqlarının ucunda gəzərdi. Telefonun naqildən ayırardıq ki, o, narahat olmasın. “Ata işləyir” sözü bütün söhbətlərin, səsin, küyün kökündən kəsilməsi komandası sayılırdı”.

İlk baxışda Qara Qarayevin taleyi çiçək səpilmiş böyük və hamar bir yola bənzəsə də böyük bəstəkarın qazandığı bütün uğurların fonunda həm də keçirtdiyi sarsıntılar, aldığı zərbələr dayanır.

Rusların Qara Qızılov, yaxud da Qızıl Qızılov dediyi bəstəkarı Sovet dövründə formalizmdə günahlandırır, guya milli ənənələrdən uzaq düşməsi və s. cürbəcür böhtanlarla ləkələmək istəyirdilər. Bunu onun yaxın dostları da sonradan öz yazılarında etiraf edəcəkdilər. Deyilənə görə, Qara Qarayev ona qarşı çıxanlara heç vaxt cavab verməz, təmkini, böyüklüyü, yazdığı gözəl əsərləri ilə bu bədxahların cavabını verib və onları susdurardı. Amma bütün bunlar bəstəkarın səhhəti, əsəbləri bahasına başa gəlib.

Günlərin birində uşaqlıq dostu, yazıçı İmran Qasımova “Küncdə dayanan royalı görürsən; ... mən qısa xoşbəxt saatlarımı yalnız onun arxasında keçirmişəm” deyən bəstəkar içindəki burulğandan musiqinin gücü ilə xilas olduğunu izah etməyə çalışıb.

Tələbələrinin Qara Qarayevlə bağlı xatirələrindən də bəlli olur ki, o, böyük bəstəkar olmaqla yanaşı, həm də böyük ürəyə malik insan olub. Şəfiqə Axundova Leninqradda oxumaq üçün Qara Qarayevdən kömək istəyib. Onun yanına gedərək, deyib ki, Qara müəllim, bir məktub yazın mənə, oxumağa icazə versinlər. Qara Qarayevin sözü ilə Şəfiqə Axundovanı Leninqrad Konservatoriyasına qəbul ediblər.

O, həm də daxilində əsl azərbaycanlı ruhu daşıyan, vətənpərvər bir insan olub. 1969-cu ildə Fransada Andranikin at üstündəki heykəli qarşısında ermənilərin Azərbaycan xalqına yaşatdığı faciələrdən danışıb.

Bolqarıstanın prezidenti barədə çəkilən filmin musiqisini yazmaq üçün Qara Qarayevi bu ölkəyə dəvət ediblər. O, həmin filmə mahnı bəstələmək üçün üç ay orada qalıb.

Vəfat etməzdən əvvəl qəbrinin şəklini çəkib. Onun qəbrinin üstündə nə şəkli, nə də heykəli var.

1952-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqı idarə heyətinin sədri, 1961-ci ildən ömrünün sonuna qədər isə SSRİ Bəstəkarlar İttifaqının katibi olub.

Moskvada xəstəxana yatarkən Bibliyanı oxuyurmuş.

Qara Qarayev 1982-ci ildə may ayının 13-də 64 yaşında uzun sürən xəstəlikdən sonra Moskvada vəfat edib. Böyük bəstəkar 1-ci Fəxri Xiyabanda dəfn olunub.

Napoleonun şəxsi qılıncı hərraca çıxarıldı - FOTO "Başını kəsmə, boşa!" – 33 yaşlı Xumarı niyə öldürdülər? 8b-dəki İra - Alpay Azərin yeni hekayəsi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:345
embedMənbə:https://kulis.az
archiveBu xəbər 13 May 2025 15:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see466

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see307

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see305

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see297

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see243

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see240

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see227

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see227

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see222

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see219

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see215

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see213

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see209

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see208

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see206

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see198

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see193

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see190

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see188

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri