Icma.az
close
up
RU
Radiatorun suyunu nə vaxt boşaltmaq lazımdır?

Radiatorun suyunu nə vaxt boşaltmaq lazımdır?

Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bir çox evdə radiatorlar qış boyu işləyir, lakin baxım zamanı gəldikdə çox az adamın ağlına gəlir. Halbuki mütəxəssislərin fikrincə, sistemdəki suyun müəyyən aralıqlarla boşaldılması həm isinmə performansına, həm də sistemin ömrünə birbaşa təsir edir. Bu sadə prosedura etinasız yanaşmaq yanacaq sərfiyyatını fərqinə varmadan artıra bilər.

Milli.Az xəbər verir ki, istilik sistemində dövr edən su zamanla daxilindəki ərp, lil və metal hissəcikləri səbəbindən radiatorların alt hissəsində çöküntü yaradır. Bu yığıntı isti suyun radiatorun içində rahat dövr etməsinə mane olur. Nəticədə radiatorun altı soyuq, üstü isə isti qalır və ev istənilən səviyyədə isinmir.

Təmir ustalarının bildirdiyinə görə, bu vəziyyət kombin daha uzun müddət işləməsinə səbəb olur. Yəni, ev tam isinmədiyi halda qaz sərfiyyatı artır. Bundan əlavə, yığılan lil borularda daralmaya və uzunmüddətli perspektivdə sızma riskinə yol aça bilər.

Ekspertlərin ortaq rəyi belədir: Sistemdəki su ən azı ildə bir dəfə boşaldılmalıdır. Bu, daxildə yığılan çöküntünün kənarlaşdırılmasını və sistemin daha səmərəli işləməsini təmin edir. Əgər ev köhnədirsə, borular illərdir təmizlənməyibsə və ya radiatorların altı kəskin şəkildə soyuq qalırsa, bu müddətin 6 ayda birə endirilməsi məsləhətdir. Xüsusilə suyun "sərt" olduğu bölgələrdə ərp daha sürətlə yığılır.

Suyun Təcili Dəyişilməli Olduğunu Göstərən İşarələr:

Radiatorun yuxarı hissəsi qaynar, alt hissəsi isə ilıq və ya tam soyuqdursa; Kombi işləyərkən sistemdən tıqqıltı, uğultu və ya qəribə su səsləri gəlirsə; Havasını aldığınız halda radiator isinmirsə; Radiatorun kranından gələn su tünd rəngli və ya palçıqlıdırsa.

Radiator suyunun müntəzəm boşaldılmaması kombinin gücə düşməsinə və bəzi bahalı hissələrin sıradan çıxmasına səbəb ola bilər. Bu isə həm yüksək faktura, həm də erkən nasazlıq deməkdir. Müntəzəm təmizlənən sistemlərin daha tez isindiyi və yanacaq qənaətini gözlə görünən dərəcədə artırdığı vurğulanır.

Radiator suyunu boşaltmaq üçün ən ideal dövr yazın sonu və ya payızın əvvəlidir. Bu dövrlərdə isinməyə ehtiyac olmadığı üçün sistemin müvəqqəti dayandırılması heç bir problem yaratmır.
Lalə Qüdrətova
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:152
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 27 Dekabr 2025 00:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see450

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see338

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see256

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see247

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see237

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see230

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see220

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see218

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see204

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see197

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see197

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see196

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see196

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see191

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see190

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see187

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see183

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see160

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see160

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri