Qışda paltarları radiatorun üzərində qurutmaq təhlükəlidir xəbərdarlıq
Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Qış aylarında paltarları tez qurutmaq üçün birbaşa istilik radiatorlarının (kombi petəklərinin) üzərinə sərmək geniş yayılmış vərdiş olsa da, sənaye mühəndisi Xorxe Morales de Labra bu üsulun həm maddi, həm də sağlamlıq baxımından zərərli olduğu barədə xəbərdarlıq edib.
Milli.Az xəbər verir ki, mütəxəssis bu vərdişin yaratdığı əsas problemləri belə izah edib:
İstilik itkisi və yüksək kommunal xərclər: Radiatorlar otaqda istilik dövranını maksimum dərəcədə təmin edəcək xüsusi texnologiya ilə hazırlanır. Üzəri yaş paltarla örtüldükdə istiliyin odaya yayılmasının qarşısı alınır. Nəticədə kombi otağı qızdırmaq əvəzinə paltarlardakı suyu buxarlandırmaq üçün daha çox enerji sərf edir ki, bu da qaz və elektrik faturalarını artırır.
Kif və tənəffüs yolları xəstəlikləri: Radiatorun üzərində sürətlə buxarlanan su havasız otaqlarda rütubəti təhlükəli həddə çatdırır. Soyuq pəncərə və divarlarla təmas edən bu rütubət divar künclərində kif əmələ gətirir, evin havasını korlayır və tənəffüs yolu xəstəliklərinə yol açır.
Mühəndis paltarları birbaşa radiatorun üzərinə sərmək əvəzinə, istilik axınını kəsməyəcək məsafədə - radiatorun qarşısına qoyulan stul və ya paltar qurudan asılqanın üzərinə asmağı tövsiyə edir. O, həmçinin hava soyuq olsa belə, yaranan rütubətin çölə çıxması üçün otağın mütəmadi havalandırılmasının vacibliyini vurğulayıb.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 21 Noyabr 2026 13:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















