Icma.az
close
up
RU
Radikal revanşistlərin fəallığı Paşinyanın xeyrinə işləyir

Radikal revanşistlərin fəallığı Paşinyanın xeyrinə işləyir

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ermənistan 2026-cı ildə keçiriləcək parlament seçkilərinə hazırlaşır. Seçkilərin vaxtı yaxınlaşdıqca ölkədə daxili siyasi gərginlik artır. Bu günlərdə Nikol Paşinyanın Ermənistanın sabiq prezidentlərini növbəti dəfə debata çağırması da parlament seçkilərinə hesablanıb. Robert Koçaryan və Serj Sarkisyanı “siyasi əkizlər”ə bənzədən Paşinyan deyib: “Sadəlövh auditoriyaları toplamağı və üzünüzdə ciddi bir ifadə ilə onlara nəsə deməyi dayandırın. Deyəcək sözünüz var? Yenə deyirəm, gəlin nə istəyirsinizsə, canlı yayımda danışaq! Qarabağla bağlı danışa bilərik, müharibənin vaxtının uzadılması barədə, ümumiyyətlə, nədən istəsəniz danışa bilərik.

Nə vaxtadək gizli şəkildə orda-burda, müxtəlif qaranlıq künclərdə toplaşıb açıqlamalar verəcəksiniz? Robert Koçaryan, Serj Sarkisyan, Levon Ter-Petrosyan, nəsə demək istəyirsiniz? Yenə təkrar edirəm, gəlin canlı efirdə debat keçirək. Niyə imtina edirsiniz? Əgər Koçaryan, Sarkisyan və ya Ter-Petrosyanın deyəcəkləri nəsə varsa, yenə deyirəm, onları canlı efirdə debata dəvət edirəm – siz üçünüz, mən tək”.

Onun sözlərinə görə, keçmiş prezidentlər ölkənin hazırkı vəziyyətinə görə cavabdehlik daşıyırlar: “Bizi hakimiyyətə gələndə qaçılmaz olan vəziyyətə görə günahlandırmağa çalışırlar. Onlar deyirlər ki, mənimlə müzakirə edəcəkləri heç nə yoxdur. Sonra övladlarını, nəvələrini, nəticələrini, qayınanalarını, gəlinlərini, baldızlarını mətbuat konfransına göndərirlər. Mübahisə edəcək bir şeyiniz yoxdursa, susun. Hazırsınızsa, gəlin, danışaq. Əsəblərimizlə oynamağı dayandırın, sizi tapdalayacağam. Sizi divara sürtəcəyəm və siyasi cəsədlərinizin qalıqları oradan çıxarılacaq”.

Paşinyan sabiq prezidentlərin parlament seçkilərində şansının olmadığını da vurğulayıb. O, seçkilərdə qalib gəlmək üçün tərəfdaşlarına təbliğatı gücləndirməyi tapşırıb. Bu məqsədlə partiyanın fəalları bölgələrə gedəcək, zəif olduqları seçki dairələrində təbliğatı gücləndirəcəklər.

Artıq təbliğat kampaniyasına parlamentin sədri Alen Simonyan da qoşulub. Parlamentin sədri müxalifətin seçkilərində uğursuzluqla qarşılaşacağını, seçicilərin iqtidara səs verəcəyini bildirib. Spikerin sözlərinə görə, Robert Koçaryan və Serj Sarkisyan, eləcə də Artur Vanetsyan (Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru) və digər şəxslər qarşıdan gələn seçkilərdə iqtidarın qalib gəlməsinə kömək edəcəklər. Simonyana görə, bu adamlar efirə çıxan kimi hakimiyyətin reytinqi yüksələcək: “Vazgen Manukyan və arxiyepiskop Baqrat Qalstanyan da onlara qoşulsa, hakimiyyətin reytinqi daha 5 pillə yüksələcək”.

O qeyd edib ki, bunun səbəbləri var. Birincisi, Ermənistanın sabiq prezidenti Robert Koçaryan Rusiyanın maraqlarına xidmət edən və bu istiqamətdə fəaliyyət göstərən siyasətçidir: “Mənim siyasi bəyanatlar vermək hüququm var. Koçaryan Rusiyanın maraqlarına xidmət edən və yalnız bu istiqamətdə fəaliyyət göstərən siyasi xadimdir”.

Parlamentin sədri Serj Sarkisyanı isə səfil adlandırıb. Parlament müxalifətinin, xüsusən də Serj Sarkisyanın hazırkı hakimiyyətin nümayəndələrini “təslimçi” adlandırmasına cavab olaraq Simonyan deyib: “Belə olan halda Serj Sarkisyan “səfildir”. Onun hakimiyyəti dövründə ordu 80-ci illərin silahları ilə təchiz edilmişdi. Eyni zamanda, onlar özləri çətin yollar üçün nəzərdə tutulmuş 2007-ci ildə buraxılan avtomobillərdə gəzirdilər və malikanələrdə yaşayırdılar. Ona görə də, yaxşısı budur ki, danışsın. O, bizə bundan da çox fayda gətirə bilməz”.

Bəli, sabiq prezidentlər ölkəni talayaraq sərvət içində yaşayıblar. Bu da ikinci səbəbi yaradır. Çünki əhali kasıb yaşadığı bir dövrdə, Koçaryan hakimiyyətdə olduğu 1998–2008-ci illərdə ölkəni korrupsiya bataqlığına çevirib. Elə bu səbəbdəndir ki, Ermənistanın aktiv müəssisələrinin böyük əksəriyyəti Koçaryanın və digər dövlət məmurlarının əlində cəmləşib. Həmin şəxslər maliyyə axınının 90 faizini öz nəzarətləri altında saxlayıblar.

Erməni mediasının yazdığına görə, Koçaryan gəlir gətirən əsas sahələrə, yəni, gömrük, neft, benzin idxalı, metalların ixracı və aviadaşıma sahələrinə nəzarət edib. Bu sahələrdən əldə olunan gəlir bütünlüklə ona çatıb. O, həmçinin bir çox iri banklara, istehsal kombinatlarına, tibb və istirahət mərkəzlərinə, tikinti şirkətlərinə, mağazalar şəbəkəsinə sahibdir. Serj Sarkisyan ondan fərqlənməyib. Hakimiyyətdə olduğu dövrdə Ermənistanı talayıb, böyük sərvət toplayıb. Beləliklə, proseslər göstərir ki, Robert Koçaryan və Serj Sarkisyan əllərinə düşən fürsətdən lazımınca istifadə ediblər. Bu səbəbdən də haylar onları sevmirlər. Erməni toplumunun böyük əksəriyyətinin Paşinyan sevgisinin kökündə də onun Koçaryan və sarkisyanlardan fərqli olaraq, talançı, rüşvətxor və korrupsioner olmaması dayanır. Bundan başqa, sabiqlər ölkə iqtisadiyyatını çökdürüb, onu Rusiyadan asılı vəziyyətə salıb. Seçicilər də bu gün ölkənin düşdüyü vəziyyətə görə onları günahlandırır. Bu səbəbdən də sabiqləri və tərəfdarlarını o qədər də dəstəkləmirlər.

***

Alen Simonyan sonda müxalifətin ancaq sosial şəbəkələrdə fəal olduğunu deyib. O, sosial şəbəkələrdən kənarda həyatın olduğunu bəyan edərək, reallığın pul müqabilində təhrif olunduğu “Facebook”un məlumatlarına əsaslanmamağa çağırıb: “Mən başa düşürəm ki, xaricdən çoxlu pul xərclənir”, – deyə Alen Simonyan Rusiyanı nəzərdə tutduğunu təsdiqləyib. “Müxtəlif yerlər, xüsusən də Şimal qonşumuz Ermənistana qarşı hibrid müharibə aparır”.

Simonyan bu səylərin 2026-cı ildə Ermənistan Milli Məclisinə keçiriləcək seçkilərə qədər daha da güclənəcəyinə əmin olduğunu bildirib. “Mən bunu ucadan deməkdən belə qorxmuram: bütün bunlar əks effekt verəcək və Ermənistan Respublikasının hazırkı hökumətinin reytinqi ikiqat artacaq”.

O, Ermənistan xalqına güvəndikləri üçün Rusiyadan real çevriliş təhlükəsi görmədiyini də vurğulayıb. Parlament sədri hakim “Mülki müqavilə” partiyasının xalqla təmasda olacağına, 50 faiz+1 səs toplayacağına, vahid hökumət quracağına, islahatları davam etdirəcəyinə əminliyini ifadə edib: “Sorğular da göstərir ki, hakim partiya birinci yerdədir və əhali tərəfindən daha çox dəstəklənir... Əminəm ki, əgər seçkilər bu cümə günü keçirilərsə, “Mülki müqavilə” 50 faiz+ 1 səs toplayaraq qalib gələcək”.

Onun sözlərinə görə, 2026-cı ildə keçiriləcək parlament seçkilərində hakim partiyaya dəstək böyük ehtimalla daha çox olacaq: “Mülki müqavilə”nin Ermənistan vətəndaşlarına etdiyi və edəcəyi təklifin alternativi yoxdur. Biz xalqa öz sülh gündəmimizi təqdim edəcəyik və onlar seçim edəcəklər”.

Beləliklə, Hayastanda mövcud hakimiyyətlə keçmiş iqtidar təmsilçiləri arasında parlament seçkiləri öncəsi qarşıdurma və ziddiyyətlər getdikcə daha kəskin xarakter almağa başlayır.

Pünhan ƏFƏNDİYEV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:130
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 May 2025 13:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri