Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Bazar 60 faiz kiçilib...

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Qarabağ erməniləri Paşinyanın hədəfində baş nazir radikal addımlara hazırlaşır

Qarabağ erməniləri Paşinyanın hədəfində baş nazir radikal addımlara hazırlaşır

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Ermənistanın ikinci ən böyük şəhəri olan Gümrüdə yerli özünüidarəetmə orqanlarına keçirilən seçkidə hakimiyyət üçün yaranan fiasko ölkənin siyasi mühitinə yeni ab-hava qatıb. Hakim partiyanın yetərli səsi əldə edə bilməməsi müxalifəti yenidən ruhlandırıb. Uzun müddət siyasi arenalardan uzaq qalan siyasilər aktivləşərək, ard-arda bəyanatlar səsləndirir, özünü xalqın gözünə soxmağa, unutdurmamağa çalışırlar.

Təsadüfi deyil ki, "Vətən naminə Tavuş" hərəkatının lideri Baqrat Qalstanyan, bir sıra ruhanilər, müxalifətin müxtəlif düşərgələrini təmsil edən irili-xırdalı şəxslər hakimiyyət əleyhinə fikirlər səsləndirir, Paşinyanın baş nazir postundan uzaqlaşdırılmasını yeganə çıxış yolu kimi təqdim edirlər. Hakimiyyətə və hakim partiyaya qarşı son illərin ən geniş istifadə edilən kart - Qarabağ erməniləri yenidən gündəmə gətirilib. Artıq müəyyən qüvvələrin dəstəyi ilə separatçı rejimin tör-töküntüləri müxtəlif mitinqlər keçirir, açıqlamalar verir, bəyanatlar səsləndirirlər.

Baş verənlər və səslənən bəyanatlar bir daha sübut edir ki, hadisələr müəyyən dirijorlar tərəfindən idarə edilir, məqsəd nəinki Paşinyana qarşı xalqı ayağa qaldırmaq və nifrət hissi yaratmaq, eyni zamanda iki ölkə arasında imzalanacaq sülh müqaviləsinə balta vurmaqdır. Əsasən sərhədlərin delimitasiyası və sülh müqaviləsi ilə bağlı müsbət siqnallar olanda aktivləşən müəyyən qüvvələr bu dəfə "Qarabağ kartı"nı da dövriyyəyə buraxıblar. Çox güman ki, müxalifətin və xaricdən idarə olunan müəyyən şəxslərin yeni aldığı tapşırıq separatçı rejimi yenidən gündəmə gətirmək, Azərbaycanın səbir kasasını daşırmaq, normallaşmağa doğru gedən münasibətləri yaralamaqdır.

Eyni zamanda, nəzərə almaq lazımdır ki, erməni hökumətinin rəsmiləri aksiyaların ilk günündən açıqlama verərək, Ermənistanda ikinci bir dövlətə yer olmadığı fikrini təkrarlayaraq, separatçı rejimə imkan verməyəcəklərinə işarə ediblər. Ermənistan hökuməti isə hər zaman olduğu kimi, bir tərəfdən sülh müqaviləsi ilə bağlı açıqlamalar versə də, digər tərəfdən sərhəd təxribatlarının sayını artırmaqla məşğuldur. Bu da erməni hökumətinin hansı məqsədə və məzhəbə qulluq etməsi barədə suallar doğurur, verdiyi vədə növbəti dəfə xilaf çıxmasını sübuta yetirir.

Bununla belə, son günlər erməni KİV-də, xüsusən də müxalifət mediasında Qarabağ erməniləri ilə bağlı kifayət qədər məqalə dərc edilir, sərsəm bəyanatlar bəh-bəhlə tirajlanır, hakimiyyətin onlara qarşı nifrət duyduğu, sıxışdırdığı barədə müxtəlif xəbərlər dolaşır. Təbii ki, bu məsələdə həqiqət payı olsa da, əslində əsas məqsəd Ermənistanın müxtəlif bölgələrinə səpələnmiş Qarabağ ermənilərini təşkilatlandırmaq, küçə yürüşlərində və mitinqlərdə onlardan istifadə etməkdir. Eyni zamanda, nəzərə alsaq ki, onların böyük əksəriyyətinin Ermənistan vətəndaşlığı da var, o zaman aydın olur ki, növbəti seçkidə onların səsini də qazanmaq hədəflərdən biridir.

Bəs əslində nə baş verir? Müxtəlif resurslarda çıxan xəbərləri və hökumətin bəyanatlarını analiz edəndə ortaya çıxan mənzərə sübut edir ki, Paşinyan hökuməti Qarabağ ermənilərinə qarşı laqeyd münasibət sərgiləyir. Hər dəfə narazılıqlar artanda olduğu kimi, bu dəfə də rəsmi səviyyədə verilən açıqlamada qeyd edilir ki, Qarabağ ermənilərinə sosial dəstək cari ilin dekabr ayına qədər davam edəcək. Bu, sadəcə tula payından başqa bir şey deyil.

Hazırda hakim partiyanın əsas məqsədlərindən biri cəmiyyətin müxtəlif təbəqələri arasında parçalanma yaratmaq, müxalifətin birləşməsinə imkan verməməkdir. Müxalifətin Qarabağ erməniləri kartından istifadə niyyətini də nəzərə alsaq, məlum olur ki, Vətəndaş Sazişi Partiyasının elitası bu ermənilərə qarşı nifrət səpmək və yerli ermənilərdə onlara qarşı ikrah hissi oyatmaq üçün müxtəlif üsullara baş vurur. Xüsusən Paşinyan tərəfdarlarının son dövrlər ictimai platformalarda qarabağlılara qarşı nifrət və kin-küdurət yağdırdığını görmək mümkündür.

Sosial dəstək məsələsindən səthi qavrayışı olan kütlələrə oynamaq üçün istifadə edilir. Bu tip şəxslər Qarabağ erməniləri üçün nəzərdə tutulmuş 40+10 min dram dəstəyi eşidəndə kütləvi şəkildə "Bizim vəziyyətimiz daha pisdir, onlara sosial yardım, pul verirlər, amma bizə vermirlər" rəylərini yazaraq ictimaiyyət arasında çaxnaşma yaradırlar.

İkinci bir məsələ isə mənzil proqramı ilə bağlıdır. Hökumət belə bir tezis dövriyyəyə buraxıb ki, guya Qarabağ ermənilərinə səmərəli mənzil proqramı təklif edilsə də, onlar dövlət vəsaiti ilə kirayədə yaşamağa üstünlük verirlər. Rəsmi rəqəmlərə görə bu günə qədər cəmi 900 nəfərə mənzil sertifikatı verilsə də, onlardan cəmi 100 nəfəri ev ala bilib. Amma bununla belə, bu xəbər hakimiyyət mediasında böyük uğur kimi tirajlanır, baş nazir isə bunu əla xəbər hesab edərək qeyd edir ki, insanların seçim imkanı çoxdur.

Əslində nə baş verir? İnsanlar proqramdan yararlana bilmirlər, çünki verilən məbləğlər bazar qiymətlərinə uyğun gəlmir. Xüsusən də İrəvan və yaxın bölgələrdə mənzil qiymətləri kifayət qədər artıb. Banklar da xüsusi təlimatla insanlara problem yaradaraq, hakimiyyəti günahlandırırlar. Bu, xüsusən də mənzil üçün ilkin ödənişdə özünü göstərir. Məsələn, bir Qarabağ ermənisi İrəvanda 30 milyon drama ikiotaqlı ev tapır, ailəsinin 4 üzvünə 12 milyon dramlıq arayış alır, banka gedir və arayışın məbləğinin ilkin ödəniş sayılmayacağını və evin dəyərinin 3 milyon dram olan 10 faizini ödəməli olduğunu deyirlər ki, kredit vermək məsələsinə baxsınlar.

Qısacası, hakimiyyətin əsas məqsədi odur ki, Qarabağ erməniləri paytaxt İrəvan və yaxın ərazilərdə yox, məhz sərhədyanı rayonlarda məskunlaşsınlar. Əgər bir Qarabağ ermənisi sərhədyanı rayonda ev almaq istəyirsə, hökumət bu zaman adambaşına 5 milyon dram vəsait ayırır. Sözügedən ərazidə isə normal ev qiymətləri paytaxtdakı qiymətlərlə müqayisədə dəfələrlə ucuzdur. Göründüyü kimi, hakim partiya məqsədyönlü şəkildə qarabağlıların paytaxtda yaşamasını, mənzil sahibi olmasını istəmir. Əvəzində boşalmış regionları və xüsusən də sərhədyanı əraziləri məskunlaşdırmaq üçün onlardan istifadə etmək, bu iş üçün müəyyən imtiyazlar təqdim etməyə hazırdır.

Bütün bu hadisələrin səbəbi isə Ermənistanda uzun illərdir gedən yerli erməni və Qarabağ klanı mübarizəsinin nəticəsidir. Gümrüdə baş verən proseslərdə Robert Koçaryanın əli olduğu barədə xəbərlərin dövriyyəyə buraxılması da təsadüfi deyil və Paşinyan hökumətinin Qarabağ klanına nifrəti qarabağlıların başında çatlayır.

Hadisələrin gedişatı isə göstərir ki, yaxın vaxtlarda Qarabağ erməniləri ilə bağlı hakimiyyət daha radikal addımlar ata bilər. Bu sıraya yaxın günlərdə keçirilən etiraz aksiyalarında separatçı rejimin tör-töküntülərinin aktivlik nümayiş etdirən üzvləri daxil ola bilər.

"Report" İnformasiya Agentliyi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:261
embedMənbə:https://oxu.az
archiveBu xəbər 10 Aprel 2025 16:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see682

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see456

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see449

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see415

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see400

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see395

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see357

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see297

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see283

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see280

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see257

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see252

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see241

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see238

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see236

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see233

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see233

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see230

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see224

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri