Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

Serialdakı Arda illər sonra (Foto)

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

İran Prezidenti: Amerikaya etibar etmirik

Radio jurnalistikasına dair yeni kitab

Radio jurnalistikasına dair yeni kitab

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

Xüsusilə son zamanlar bu fikirləri tez-tez eşidirdim: "Radio jurnalistikası sıradan çıxır", "Daha radioya qulaq asan yoxdur", "Diktorlar işsiz qalacaq" və s. Ələlxüsus, süni intellektin jurnalistikaya sürətlə nüfuz etdiyi, yeni trendlər yaratdığı bir dövrdə bu fikirlərə şübhə ilə yanaşır və bəzən də düşünürdüm ki, deyilənlərdə həqiqət var. Amma bir neçə dəqiqə qabaq tanış olub bitirdiyim "Radio jurnalistikası" dərsliyindəki mövzular, ümumiyyətlə, toxunulan məqamlar, ortaya qoyulan elmi əsaslar fikirlərimi xeyli dərəcədə dəyişdi. Əsərin müəllifləri BDU-nun Jurnalistika fakültəsinin iki müəllimi - Yeni Media və Kommunikasiya Nəzəriyyələri kafedrasının müdiri Xatirə Hüseynova və Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müdiri Aynur Nəsirovadır. Əslində kitabın uğurlu alınacağına əmin idim. Çünki müəllifləri çoxdan tanııyıram. Aynur xanım mənə auditoriyada dərs deyib. Xatirə xanım - kafedra müdirim isə dərs deməsə də, ondan öyrəndiklərim o qədər çoxdur ki...

Mətləbdən bir az kənara çıxaraq deyim ki, Xatirə xanım magistraturanın birinci kursunda oxuyandan bəri çoxları kimi mənə də dəstək olur, düz yolu göstərməyə çalışır. Və bəlkə də, ən vacibi - inanır.

Təsadüfi deyil ki, bir neçə gün əvvəl xarici dillər üzrə fəlsəfə doktoru imtahanından uğurla nəticə ilə çıxandan sonra ilk ona zəng etdim. Təkcə cavabı gözlədiyini bildiyimə görə yox. Həm də məhz inamı, etimadına görə...

Bəzən pedaqoji fəaliyyətimlə bağlı dilemma qarşısında onunla məsləhətləşirəm və ya öz-özümə düşünürəm: nə etsəm Xatirə xanımın inamını doğruldaram? Dəstəyi, inamı, doğrudan da, əvəzolunmazdır.

Onu da deyim ki, iki alim əslində çox yaxşı tandem yaradıblar. Bildiyimə görə, uzun illərdir yanaşı addımlayırlar - hələ tələbəlik illərindən. Və bu, onların ilk birgə əsəri deyil. Xatirə Hüseynova ilə Aynur Nəsirova əvvəllər də fərqli kitablar ərsəyə gətiriblər.

"Radio jurnalistikası" dərsliyinə gəldiksə isə qeyd edə bilərik ki, müəlliflər qarşıya qoyduqları məqsədə çatmağı bacarıblar: radio jurnalistikanın bir qolu kimi araşdırılmaqla yanaşı, radionun ifadə vasitələri, xəbər, musiqi, informasiya və sair ilə bərabər, radiotexnika ilə tanışlıq, səsyazma, musiqi tərtibatı, montaj, redaktə barədə oxuculara ətraflı məlumat verilir. Dərslikdə "radiojurnalist" hansı vərdişlərə yiyələnməlidir?" sualına aydın cavab verilir. Həmçinin müasir dövrün tələblərinə uyğun olaraq onlayn radioproqramın yaradılması və sayta yüklənməsi yolları göstərilir, praktik vərdişlər aşılanır.

Məhz bu baxımdan deyə bilərik ki, dərslik təkcə tələbələr üçün deyil, gənc jurnalistlər və ümumilikdə media ilə maraqlananlar üçün ideal vasitədir. Belə ki, dərsliyi mənimsəyən tələbə radionun mahiyyəti, ifadə vasitələrinin funksiyaları, radioda jurnalist işinin əsasları, dinləyici auditoriyası haqqında ətraflı təsəvvürə yiyələnir. Ona radioxəbər yazmağın incəlikləri, radioreportajın, xəbər bülletenlərinin hazırlanması, canlı efirdə işləməyin özəlliyi, montaj barədə vacib məlumatlar verilir.

Müəlliflər kitabın ilk səhifələrində yazırlar: "Radio emosional vəziyyətin yaradılması baxımından əlverişli media orqanıdır". Təkcə bu fikrin özü belə, radionun cəmiyyət həyatındakı, radio jurnalistikanın isə media mühitindəki yeri və rolundan xəbər verir.

Kitab ümumilikdə 15 mövzudan ibarətdir. Onların hər birində radio jurnalistikasınnı fərqli məsələlərinə toxunulub. Məsələn, "Radiopaket", "Radioda podkast", "Radioda aparıcı işi" kimi mövzularda konkret başlıq üzrə məsələlər ətraflı araşdırılıb və dolğun məlumat verilib.

Əsərin özəlliklərindən biri kitabın sonunda tədqiq olunan mövzular barədə sualların təqdim olunmasıdır. Sözsüz ki, bu suallar oxucuların, o cümlədən tələbələrin mövzuları daha yaxşı mənimsəmələrinə şərait yaradır.

Verilmiş ədəbiyyat siyahısından da görünür ki, müəlliflər kitabı hazırlayarkən kifayət qədər ciddi mənbələrdən müraciət edib, sanballı müəlliflərə müraciət ediblər. Bu əsərin orijinallığını artırmaqla yanaşı, elmi aktullağına da töhfə verir.

Çox sevdiyim bir aforizmdə deyilir: "Kitablar da dost kimidir, az fəqət yaxşı seçilmiş olmalıdır". Ölkədə radio jurnalistikasına və mediaya dair yazılmış elmi əsərlərin keyfiyyət və elmi yeniliyi baxımından heç də eyni səviyyədə olmaması aydındır. Onların sayınının nə qədər arzuolunan olması da mübahisəlidir. Lakin bu, dəqiqdir: İki alimin, media mütəxəssisinin və bəlkə də, müasir Azərbaycan jurnalistikasının uğurlu tandemlərindən biri adlandıra biləcəyimiz Xatirə xanımla Aynur xanımın "Radio jurnalistikası" dərsliyinin ən yaxşı, ən sadiq dostumuz olması üçün heç bir əngəl yoxdur. Bizə bu dostu qazandırdığınız üçün çox sağ olun, müəlliflər. Çox sağ olun, müəllimlərim!

Kənan NOVRUZOV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://525.az
archiveBu xəbər 17 Dekabr 2025 19:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see349

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see345

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see333

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see292

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see262

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see243

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see224

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see208

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see189

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see187

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see186

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see186

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see184

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see175

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see172

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see171

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see169

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see160

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see160

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri