Icma.az
close
up
RU
Radionun 100, televiziyanın 70 illik yubileyinə gənc alimin töhfəsi

Radionun 100, televiziyanın 70 illik yubileyinə gənc alimin töhfəsi

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Yola saldığımız 2025-ci il BDU-nun Jurnalistika fakültəsinin Multimedia və elektron Kommunikasiya kafedrası üçün çox uğurlu oldu. Kafedramızda bir neçə dərslik, dərs vəsaitləri, monoqrafiya çap edilib tələbələrimizin ixtiyarına verildi. Məsələn, filologiya elmləri doktoru, professor Allahverdi Məmmədlinin “Azərbaycançılıq mollanəsrəddinçiliyin milli ideya konteksində” (monoqrafiya), dosentlər Aynur Nəsirova və Xatirə Hüseynovanın “Radio jurnalistikası” (dərsliyi), dosent Sevinc Məmmədova və bu sətirlərin müəllifinin “Radioda praktik iş” (dərs vəsaiti), filologiya üzrə fəlsəfə doktoru Arzu İsayevanın “Telejurnalistika və data analizi” (dərs vəsaiti) yalnız Jurnalistika fakültəsinin tələbələri üçün deyil, həm də bu sahədə çalışan mütəxəssislər üçün də maraqlı, dəyərli mənbə olacağına inanıram. Təbii kafedranın bu uğurlarında daha çox Multimedia və elektron Kommunikasiya kafedrasının müdiri, filologiya elmləri doktoru, professor, tanınmış telejurnalist Qulu Məhərrəmlinin əməyi var.  

 Qarşımda Azərbaycanda radionun müntəzəm yayıma başlanmasının 100, televiziya yayımının isə 70 illik yubileylərinə həsr olunan dərs vəsaiti var. Vəsaitin müəllifi kafedramızın gənc alimi, filologiya üzrə fəlsəfə doktoru, Arzu İsayevadır. BDU-nun Nəşr evinin çapa hazırladığı əsərin elmi redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Sevinc Məmmədova, rəyçiləri isə filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli, filologiya üzrə fəlsəfə doktoru, dosent Aynurə Hüseynova və müəllim Anzulə Cəfərovadır. Bu dərs vəsaiti ali məktəblərin bakalavr pilləsində tədris edilən “Telejurnalistika və data analiz” fənninin proqramına uyğun olaraq hazırlanıb. Həm nəzəri, həm də təcrübi səciyyə daşıyan dərs vəsaiti bu gün nəinki müasir televiziya və radio jurnalistikasında, bütövlükdə jurnalistika və multimedia yaradıcılığında çox mühüm yeri olan data jurnalistikasına həsr edilib. Gənc alim A.İsayeva əsərində datanın bu gün jurnalistikadakı mahiyyətini məharətlə ön plana çəkə bilib. 

“Telejurnalistika və data analiz” adlı əsərin “Giriş” hissəsində müəllif “Data telejurnalistikanı necə dəyişir” sualını ətraflı və məzmunlu cavablandırır. Müəllif datanın telejurnalistika aləmindəki dəyişikliklərinə “sürətli data dövriyyəsi” konsepsiyası çərçivəsindən yanaşır. Bu geniş prosesdə data analiz televiziyanın məlumat mənbəyi və jurnalist-reportyor işinin vacib istiqaməti kimi nəzərdən keçirilir və açıqlanır. Yəni əsərdə “datanın toplanmasından saxlanmasına, işlənib təmizlənməsindən analitik şərhinə, vizuallaşdırmadan çoxkanallı paylanmasına” kimi mühüm olan mərhələlər şərh edilir. Elə müəllifin də əsas məqsədi “televiziya kontekstində data jurnalistikasının nəzəri əsaslarını praktik tələblərlə birləşdirən” anlaşıqlı çərçivə şəklində təqdim etməkdir və buna nail də olub. 

Əsərlə tanışlıq zamanı bir daha əmin oldum ki, data jurnalistikası bütün, xüsusən geniş ictimai maraq doğuran, diqqəti cəlb edən mövzuların effektiv şəkildə cəmiyyətə çatdırılmasında körpü funksiyasını həyata keçirir. Elə data vizuallaşdırmanın əsas məqsədi də budur. O, çox geniş məlumatları “vizual təsvirlər vasitəsilə” sadələşdirərək, insanların qavraya biləcəyi formada cəmiyyətə təqdim edir. A.İsayeva məhz buna görə də data jurnalistikasını “TV-də yeni trend” kimi təqdim edir. Əslində, data məlumatları bu gün yalnız TV-də deyil, çağdaş jurnalistikanın bütün sahələrində əhəmiyyətli yer tutur. TV sistemində isə datanın yeri və rolu daha çox qabarıq özünü əks etdirir. Müəllif də haqlı olaraq əsərində datanın yalnız TV də deyil, ümumiyyətlə, müasir mediada yeri, rolu, əhəmiyyəti, onun özəllikləri, prinsipləri və s. haqqında məlumat verir. Arzu xanım data jurnalistikasını klassik jurnalistika modellərindən fərqləndirən başlıca cəhətləri də əsərində qeyd etməyi unutmayıb. Müəllif qeyd edirdi ki, “datanı sadəcə informasiyaya çatmaq vasitəsi kimi deyil, eyni zamanda xəbərin strukturunu və məzmun çərçivəsini formalaşdıran əsaslı bir element kimi qəbul etməsidir”.

 Həqiqətən data jurnalistikası yalnız mövcud texnoloji vasitələrlə məhdudlaşmır, eyni zamanda davamlı olaraq inkişaf edən “texnologiyalarla sinxron şəkildə transformasiyaya uğrayan dinamik bir sahədir”. Üç fəslə bölünən dərs vəsaitinin məzmunu kimi, quruluşu da diqqəti cəlb edir. Əsərdə hər yarım fəslin sonunda mövzunun qısa yekunu, mövzuya aid suallar, tapşırıqlar və istifadə edilən ədəbiyyat siyahısı verilib. Bu çox yaxşı haldır. Çünki tələbə mövzuya aid ədəbiyyatı əldə etmək üçün bu zaman çətinlik çəkmir. Hər mövzunun qısa yekun nəticəsində mövzu haqqında müəllif qənaətə gəldiyi nəticələri qısaca olaraq şərh edir və aydınlaşdırır. Sadə, aydın şəkildə yazılan dərs vəsaitində data haqqında dünya alimlərinin elmi-nəzəri fikirlərinə, təcrübələrinə də geniş yer verilib. Bunlarla yanaşı gənc alim əsərinin sonunda dataya aid bəzi terminlərin açıqlamasını da verib.  

“Data jurnalistikası TV-də yeni trend kimi” adlandırdığı birinci fəsildə televiziyanın tarixinə, inkişaf mərhələlərinə qısa da olsa nəzər salaraq əsas diqqətini televiziyanın inkişaf səviyyəsinə təsir edən amillərə yönəldib. Televiziyanın ictimai müstəviyə qalxmasında inkişaf etmiş ölkələrin yerini müəyyənləşdirmək üçün “Televiziya texnologiyasının inkişaf dinamikası” adlı cədvəl də tərtib edib. Gənc alim burada həm də televiziyanın tarixi inkişafını yalnız texnoloji tərəqqi ilə izah etmir, həm də bu tərəqqidə paralel olaraq “yayımçılıq modellərində ciddi struktur” dəyişikliklərinin olmasını ön plana çıxarır. Bu zaman Amerika Birləşmiş Ştatlarının və Böyük Britaniyanın təcrübələrinə istinad edərək “bu sahədə yaranmış ən xarakterik nümunələrdən biri şübhəsiz, Böyük Britaniyanın” olduğunu qeyd edir. İctimai yayımçılığın müstəqil və davamlı olmasında ən mühüm faktor kimi, “maliyyə məsələsini” qeyd edən müəllif “Müasir televiziya yayımçılığının əsas özəllikləri” adlandırdığı cədvəldə bunu əks etdirir.  

A.İsayeva əsərində medianın data ilə münasibətinin tarixinə də nəzər salır və bu tarixin ilk dönüşünü “1970-ci illərin əvvəllərində teletekst texnologiyası ilə baş verdiyini” bildirir. “Müasir mediada datanın yeri və əhəmiyyəti” adlandırdığı yarımbaşlıqda bu məsələlərə aydınlıq gətirir. Hazırda hər an inkişafda olan elmin, texnologiyanın sayəsində media artıq yalnız informasiya ötürməklə öz missiyasını bitmiş hesab etmir, o bu gün “sosial, mədəni və iqtisadi transformasiyanın əsas faktorlarından birinə çevrilib”. Həqiqətən də, media bu gün həyatımıza o qədər sirayət edir ki, bəzən onsuz cəmiyyəti təsəvvür etmək çox çətindir. Media sistemində özünəməxsusluğu ilə seçilən TV hər an diqqət mərkəzindədir. Bunu gənc alim A.İsayeva əsərində dünya alimlərinin fikirlərinə istinad edərək bir daha diqqətə çatdırır. Sonda gənc yazarımıza daha böyük uğurlar arzulayıram!     

Sevil Həsənova,

Filologiya elmləri doktoru, professor

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:52
embedMənbə:https://sherg.az
archiveBu xəbər 28 Dekabr 2025 15:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see193

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see165

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see160

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see150

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

26 Dekabr 2025 18:02see149

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see149

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see149

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see144

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see139

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see135

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see135

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see134

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see134

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see133

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see133

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see132

İlon Maskın “Grok”u “ChatGPT” və “Google Gemini”dən üstün adlandırıldı

26 Dekabr 2025 23:07see131

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see127

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see127

Azərbaycan və BƏƏ hərbçilərinin birgə təlimi keçiriləcək

26 Dekabr 2025 19:06see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri