Məşhur alimin yubileyinə BDU nun töhfəsi
Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı Dövlət Universitetinin nəşri olan “Elm, vətən və zamanın sərhədlərini aşan alim” kitabı Azərbaycan elminin görkəmli nümayəndələrindən biri, tanınmış fizik, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi,professor Əmirulla Məmmədovun 80 illik mənalı ömür yoluna, zəngin elmi irsinə və çoxşaxəli fəaliyyətinə həsr olunub.
Professor Əmirulla Məmmədovun zəngin elmi və pedaqoji fəaliyyəti, Azərbaycan fizika elminin inkişafına verdiyi töhfələr, beynəlxalq elmi əlaqələrin genişləndirilməsi istiqamətindəki xidmətləri onun çoxşaxəli fəaliyyətinin əsas istiqamətlərini təşkil edir. Fundamental tədqiqatları, elmi axtarışları və yetişdirdiyi mütəxəssislərlə Azərbaycan elminin inkişafına töhfə verən alim, eyni zamanda, ölkəmizin beynəlxalq elmi məkanda tanıdılması və Azərbaycan-Türkiyə elmi əməkdaşlığının möhkəmləndirilməsi sahəsində də fəallığı ilə seçilib. Türkiyədə Azərbaycan diasporunun formalaşması və fəaliyyətinin genişlənməsində göstərdiyi xidmətlər onun elmi fəaliyyətini ictimai və vətənpərvərlik missiyası ilə tamamlayıb.
Kitabın məzmunu alimin həyat və fəaliyyətini müxtəlif baxış bucaqlarından təqdim etməklə onun elmi nailiyyətləri ilə yanaşı, şəxsiyyətini, ziyalı mövqeyini, insani keyfiyyətlərini və Vətənə bağlılığını da oxucuya çatdırır. Bu nəşr məşhur alimin yalnız 80 illik yubileyə həsr olunmuş xatirə kitabı deyil, həm də Azərbaycan elminə xidmət etmiş bir ziyalının həyat salnaməsi, gələcək nəsillər üçün dəyərli bioqrafik və mənəvi mənbədir. Kitabın adı da təsadüfi seçilməyib: elmə sədaqəti, Vətənə bağlılığı və fəaliyyəti ilə coğrafi sərhədləri aşan professor Əmirulla Məmmədovun ömür yolunun mahiyyətini ifadə edir.
Yubiley nəşri BDU-nun rektoru Elçin Babayevin “Elmə sədaqətin və ziyalılığın ömür yolu” adlı giriş sözü ilə açılır. Əməkdar jurnalist, BDU-nun müəllimi Namiq Əhmədovun tərtibatı ilə hazırlanan nəşrdə yubilyarın bioqrafiyası, elmi axtarışları və pedaqoji fəaliyyətinin əsas mərhələləri ilə yanaşı, onun haqqında müxtəlif illərdə qələmə alınmış məqalələr, həmkarlarının, dostlarının və tələbələrinin xatirələri, fikir və mülahizələri toplanıb. Kitabın məsləhətçiləri Türkiyənin Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru, Azərbaycan Respublikasının Xalq artisti Cahangir Novruzov və Bakı Dövlət Universitetinin Fiziki Elektronika kafedrasının professoru İzzət Əfəndiyevadır.
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 16 Noyabr 2026 16:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















