Rafael Fiziyev: Bakıda döyüşəcəyim üçün şadam
Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.
Azərbaycanın MMA döyüşçüsü Rafael Fiziyev Bakıda növbəti dəfə mübarizə aparacağı üçün şaddır.
Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə idmançı bu il keçiriləcək "UFC Fight Night Baku" turniri ilə bağlı təşkil olunan mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, birlikdə işlədiyi komandanı dəyişmək fikri yoxdur:
"Mütləq Döyüş Çempionatının (UFC) Azərbaycanda keçiriləcəyi üçün xoşbəxtəm. Bakıda döyüşəcəyim üçün şadam. Eyni komanda ilə hazırlaşıram. Bu kollektivi dəyişmək fikrim yoxdur. Hər döyüşçü nokautdan danışa bilər. Amma heç kim dəqiq deyə bilməz ki, bu, hansı raundda olacaq. Amma bunun üçün çalışacağam".
Qeyd edək ki, turnir iyunun 27-də Milli Gimnastika Arenasında təşkil olunacaq. Rafael Fiziyev gecənin əsas döyüşündə, yüngül çəkidə meksikalı Manuel Torreslə qarşılaşacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 15 May 2026 17:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















