Icma.az
close
up
RU
Rafael Fiziyev: Doğma azarkeşlər önündə döyüşəcəyim üçün şadam

Rafael Fiziyev: Doğma azarkeşlər önündə döyüşəcəyim üçün şadam

Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu gün Bakı Şəhər Halqasının təşkilatçılığı ilə UFC-nin azərbaycanlı döyüşçüsü Rafael Fiziyevlə Zoom üzərindən xüsusi sessiya təşkil olunub.

Oxu.Az xəbər verir ki, 33 yaşlı idmançı sessiya zamanı iyunun 21-də Bakıda keçiriləcək UFC Baku Fight Night turniri barədə jurnalistlərin suallarını cavablandırıb.

- Turnirə hazırlıq necə gedir?

- Doğma azarkeşlər önündə döyüşəcəyimə görə çox şadam. Bakıda yerli publikadan böyük dəstək alacağam. Bu, mənim məsuliyyətimi artırır. Hazırlıq əla gedir. Hər şey plan üzrə baş tutur. Elə indicə ağır məşqdən çıxmışam. Son anda telefonum da suya düşüb. Ona görə, görüntülər pisdir.

- Rəqibiniz çilili İqnasio Bahomandes fiziki cəhətdən sizi üstələyir. Onun boyu 1,91 metrdir. Son 3 döyüşün 2-də nokautla qalib gəlib.

- Həmişə hündürboy rəqiblərlə döyüşmüşəm. Mənə əslində belə idmançılarla üz-üzə gəlmək daha rahatdır. Onun son 3 döyüşdə qalib gəldiyini bilirəm. Qəti narahat olmuram. Rəqibim mənim qarşımda imtahan verəcək. Bu, onun üçün əsl sınaq olacaq.

- Bakıda ilk dəfə bu yarışın keçiriləcəyini eşidəndə hansı hislər keçirdiniz?

- Baku Fight Nightla bağlı söz-söhbətlər uzun müddət gedirdi. Doğma publika önündə döyüşmək şərəfdir. Həmişə bunu istəmişəm.

- Azərbaycan döyüşçülərdən kimlər UFC-də möhkəmlənə bilər?

- Bildiyimə görə, Tofiq Musayev UFC ilə müqavilə bağlayıb, Bakıda oktaqona çıxacaq. UFC-də Azərbaycanı təmsil edə biləcək uşaqlar çoxdur. Konkret ad çəkə bilmərəm, çünki kiminsə adını unuda bilərəm. İnanıram ki, tezliklə 2-3 azərbaycanlı idmançı UFC-də möhkəmlənəcək.

- Mətbuatda sənin çəkini dəyişəcəyin barədə məlumatlar yazılmışdı. Bu xəbər nə dərəcədə həqiqətəuyğundur?

- Castin Qeyci ilə döyüşdən əvvəl çəkimi rahat saldım. Düşünürdüm ki, yarımyüngül çəkiyə keçə bilərəm. Ancaq Las-Veqasdakı axırıncı döyüşdən sonra UFC-nin institutunda xüsusi müayinədən keçdim. Həkimlər yüngül çəkidə qalmağı məqsədəuyğun saydılar.

- Doğma azarkeşlər önündə döyüşmək həm də psixoloji təzyiq yaradır. Bunun öhdəsindən gələ biləcəksinizmi?

- Bakıda döyüşmək mənə psixoloji təzyiq yaratmayacaq. Onsuz da harada döyüşməyimdən asılı olmayaraq, azarkeşlər internet vasitəsilə izləyirlər. Qarşıdakı yarış ərəfəsində üzərimdə digər təzyiq var. UFC-də ardıcıl 3 məğlubiyyətə uğramışam. Daha bir məğlubiyyət mənə titula gedən yolda çətinlik yarada bilər. Mən həmişə baxımlı döyüşürəm. Doğma publika, doğma divarlar təzyiq deyil.

- UFC Baku Fight Nightda digər azərbaycanlı döyüşçü Nazim Sadıxov da qüvvəsini sınayacaq. Onun şanslarını necə qiymətləndirirsiniz?

- Nazimi 2017-ci ildən tanıyıram. O, çox güclü idmançıdır. Həm ayaqüstə döyüşməyi, həm də güləşməyi bacarır. Onun Bakıdakı rəqibi olan braziliyalı idmançı Tailandda mənimlə eyni zalda hazırlaşır. Nazim ondan qat-qat güclüdür. Əgər qeyri-adi nəsə baş verməsə, Sadıxov Bakıda qələbə qazanacaq.

- 2023-cü ildə uduzduğunuz Mateuş Hamrotla Bakıda revanş olacağı gözlənilirdi. Niyə Bakıdakı yarışda rəqib qismində Hamrot olmadı?

- Biz hələ ötən ilin sentyabrında Səudiyyə Ərəbistanında döyüşməli idik. O, publikaya oynadı, hamının qarşısında söz verdi. Ancaq UFC müqavilələri göndərəndə, Hamrot imzalamaqdan imtina etdi. Əlbəttə, mənə onunla döyüşmək maraqlıdır. Ona görə yox ki, o, reytinqdə məndən yüksəkdə - 7-ci yerdədir. Sadəcə, o güləşçidir, mən isə ayaqüstə mübarizə aparıram. UFC-də belə döyüşləri çox sevirlər. Həm də hesab edirəm ki, Hamrotla nəticə əsl gücümüzü göstərmir. Mənim ayağım sındığına görə ona uduzmuşdum.

- Titul mübarizəsinə qayıtmaq üçün neçə qələbə qazanmalısınız? Bahomandes yüngül çəkidə ilk "15-liy"ə düşmür. Qarşıdakı sınaq sizin yox, onun üçün böyük döyüş sayılır.

- Mən Bakıda qələbə qazanmalıyam ki, daha üst sıralarda olanları döyüşə çağıra bilim. Ötən ilin avqustundan bəri döyüşməyə hazır idim. Ancaq heç kim mənimlə döyüşmək istəmirdi. Çünki mən ayaqüstə döyüşürəm. Bu dəfə kim mənimlə döyüşmək istəyibsə, o da rəqib olub. Yəni, seçim imkanı bir o qədər də böyük deyildi.

- Castin Qeyci ilə martda keçirilən döyüşdə sizin gücünüzün tükəndiyi deyilirdi. Əsasən 3-cü raundda yorulduğunuz bildirilir. Belə fikirlər sizi qıcıqlandırmır ki?

- Qeyci ilə birinci döyüşdə mən gücümü düzgün bölə bilmədim, nəzarəti itirdim. Hərçənd bundan əvvəl 3-cü, hətta 5-ci raundda qalib gəldiyim döyüşlər olub. Martda yaşananlar isə sırf vaxt qıtlığı ilə əlaqədar idi. Döyüşə 7 gün qalmış çağırışımı qəbul etmişdim. Bir materikdən digərinə uçmuşdum, üstəlik 12 saat vaxt fərqi var idi. İstər-istəməz 2-ci raundda yorulmalı idim.

- Sonda azərbaycanlı azarkeşlərə nə sözünüz var?

- Tezliklə görüşərik. Yarışa 100% hazır olacağam. Əminəm ki, azarkeşlər çox maraqlı döyüş izləyəcəklər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://oxu.az
archiveBu xəbər 06 May 2025 21:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see171

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see157

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see141

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see141

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see139

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see134

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see130

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri