Rafael İbrahimovun ailəsi Britaniyadakı qalmaqaldan danışdı 4 ay sonra
Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.
Xəbər verdiyimiz kimi, bu ilin fevralında Azərbaycanın Britaniyadakı keçmiş səfiri Rafael İbrahimov Çeşirdə reabilitasiya klinikasının üç qadın əməkdaşına qarşı seksual hərəkətlər etməkdə ittiham olunaraq 16 ay müddətinə şərti həbs edilib və ona iki il sınaq müddəti verilib.
“Qafqazinfo”nun məlumatına görə, Rafael İbrahimov yazılanlara şərh vermək istəməsə də, onun ailəsi məsələyə münasibətini bildirib.
İbrahimovlar ailəsindən bildirilib ki, hadisələrin baş verdiyi müalicə müəssisəsinə qarşı iddia qaldırılıb.
Qeyd olunub ki, bu ilin mayın 20-də Britaniya Trubunal Məhkəməsi (HM Courts and Trubunals) Rafael İbrahimovun xeyrinə qərar qəbul edib.
“Fevralda Norzviç qəzetində məqalə çıxanda, biz - Rafaelin ailəsi, buna sakit yanaşdıq. Müalicə müəssisəsinin əməkdaşlarının yerli qəzetlə aşkar əlaqələri var və onların simpatiyası aydın görünür. Ətraflı danışmadan, Rafaelin günahsız olduğuna və bu işin absurd olmasına sizi inandırmaq istəyirik. Britaniyadakı məhkəmədə ilk iddiamızı qazanmışıq”, - deyə R.İbrahimovun ailəsinin açıqlamasında bildirilir.
Qeyd edək ki, hadisə 2023-cü il dekabrın 5-də sabiq səfirin klinikaya yollandığı zaman qeydə alınıb. O, burada yuxu dərmanlarından yaranan asılılıqdan müalicə kursu keçirmiş.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 27 May 2025 04:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















