Icma.az
close
up
RU
Ailəsi şəhid jurnalist Məhərrəm İbrahimovun ölüm anını danışdı VİDEO KONKRET

Ailəsi şəhid jurnalist Məhərrəm İbrahimovun ölüm anını danışdı VİDEO KONKRET

Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Baku TV-nin “Retro Baku” verilişinin yeni buraxılışı yayımlanıb.

KONKRET.az xəbər verir ki, proqramın budəfəki buraxılışı şəhid jurnalist Məhərrəm İbrahimova həsr olunub.

Mərhum jurnalistin həyat yoldaşı Bahar İbrahimova Məhərrəm İbrahimovun şəhid olma xəbərini necə almasından danışıb:

“Sentyabrın 29-da işdən evə gələndə məndən əşyalarını yığmağımı istədi. Müharibəyə gedəcəyini biləndə çox pis oldum. Cəbhədə olanda çəkilişdən sonra bizə zəng etdi, səsindən təlaşlı olduğu hiss olunurdu. Səhər mesaj yazdı, necə olduğumuzu soruşdu, oğlumuz Uğurla maraqlandı. Ona mesaj yazsam da, cavab vermədi. Oğlum birinci sinfi bitirdiyi üçün həyəcanlı idim, hazırlaşıb çəkilişə getdik. Orada mənə çoxlu zənglər gəldi, heç birini açmadım. Təkcə Məhərrəmin zəngini gözləyirdim, gözüm telefonda qalmışdı. Sonra yaxınımız zəng etdi, Məhərrəmin minaya düşdüyünü gizlədirdi. Lakin artıq nəsə olduğunu hiss etmişdim. Özümü necə evə çatdırdım bilmirəm. Bircə deyirdim ki, evdə heç kim olmasın. Çünki əgər insanlar toplaşıbsa, biləcəyəm ki, Məhərrəmə nəsə olub. Evə çatanda gördüm ki, yoldaşımın bacısı, qardaşı həyətdədirlər”.

Şəhidin dostu, jurnalist Fərdin İsazadə Məhərrəm İbrahimovla əlaqələrindən bəhs edib:

“Bir qrup jurnalist o vaxt cəbhə bölgəsinə göndərildi. Məhərrəmlə yaxınlığımız da həmin dövrdə başladı. Biz onunla hərbi jurnalistika yolunu praktika ilə, səhvlərimizdən nəticələr çıxararaq öyrəndik. Onun minaya düşmə xəbəri yayılanda hələ dəqiq deyildi. Sonra mənə zəng edərək minaya düşənlərdən birinin Məhərrəm olduğunu dedilər. Əsəbi halda “Sizin başınız xarabdır?! Məhərrəm minaya düşə bilməz!” cavabını verdim. Çünki onun atacağı addımlara əmin idim. O bu sahədə yetişmiş jurnalist idi, ayağını hara qoyacağını bilirdi. Daha sonra təfərrüat açıldı, videogörüntülər yayıldı. Məlum oldu ki, avtomobil minaya düşüb. O an qolumuz-qanadımız sındı”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:291
embedMənbə:https://konkret.az
archiveBu xəbər 17 Aprel 2025 09:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see380

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see251

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see245

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see244

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see242

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see241

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see239

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see236

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see235

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see234

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see228

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see220

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see217

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see217

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see216

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see216

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see215

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see215

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see215

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri