Icma.az
close
up
RU
Rafael Qrossi: Zaporojye AES cəmi bir elektrik xətti üzərində işləyir

Rafael Qrossi: Zaporojye AES cəmi bir elektrik xətti üzərində işləyir

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 20 fevral, AZƏRTAC

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) Baş direktoru Rafael Qrossi bildirib ki, Zaporojye Atom Elektrik Stansiyası bir həftə əvvəl ikinci ehtiyat xəttini itirdikdən sonra yeganə elektrik xətti üzərində işləyir.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, BAEA rəhbəri deyib: “Vəziyyət stansiyanın davamlı zəifliyini və münaqişə fonunda nüvə təhlükəsizliyinə qarşı ciddi riskləri vurğulayır”. O əlavə edib ki, 330 kV-luq “Ferosplavna-1” ehtiyat elektrik xətti fevralın 10-da sıradan çıxıb. Zaporojye İstilik Elektrik Stansiyası tərəfindən idarə olunan 330 kV-luq paylayıcı qurğunun yaxınlığında hərbi fəaliyyət səbəbindən bu elektrik xəttinin şəbəkədən ayrıldığı bildirilir. BAEA-nın bəyanatında deyilir ki, AES bütün vacib nüvə təhlükəsizliyi funksiyalarını təmin etmək üçün 750 kV-luq “Dneprovska” kənar elektrik xəttindən istifadə etməyə davam edir.

BAEA əməkdaşları zərərin miqyası və dərəcəsi barədə ətraflı məlumat tələb etməyə, eləcə də potensial təsiri birbaşa müşahidə etmək və qiymətləndirmək üçün ərazinin paylayıcı qurğusuna çıxış əldə etməyə davam edirlər. “Lakin təhlükəsizlik məhdudiyyətləri səbəbindən agentliyin komandalarına bir neçə ildir ki, bu əraziyə giriş qadağan edilib”, - deyə bəyanatda bildirilir. BAEA əlavə edib ki, zəruri təmir işlərinin aparılma müddəti hələ də məlum olmasa da, Qrossi risklərin qiymətləndirilməsi üçün təklif olunan atəşkəs pəncərəsi ilə həm Rusiya, həm də Ukrayna ilə əlaqə saxlayıb.

Avropanın ən böyük və dünyanın 10 ən iri stansiyasından biri olan Zaporojye AES ətrafındakı vəziyyət Moskva və Kiyevin iştirakı ilə baş verə biləcək mümkün nüvə fəlakəti ilə bağlı narahatlıqlar fonunda gərgin olaraq qalır. Rusiya və Ukrayna tez-tez bir-birini obyekt ətrafındakı hücumlarda ittiham edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:114
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Fevral 2026 17:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see515

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see503

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see374

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see360

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see358

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see355

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see339

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see307

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see303

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see254

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see250

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see229

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see229

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see220

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see216

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see214

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see193

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see192

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see192

Qlobal istiləşmə ildırım çaxmalarının sayını artıra bilər

24 Noyabr 2026 23:36see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri