Icma.az
close
up
RU
AEBA: Zaporojye AES yeddi aydır tək bir elektrik xətti üzərində işləyir

AEBA: Zaporojye AES yeddi aydır tək bir elektrik xətti üzərində işləyir

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 15 may, AZƏRTAC

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) Zaporojye Atom Elektrik Stansiyasının yeddi həftədən çoxdur ki, tək bir xarici ehtiyat elektrik xəttindən asılı olduğunu bildirib.

AZƏRTAC xəbər verir ki, AEBA Ukrayna və Rusiya Federasiyası ilə vacib təmir işləri üçün zəruri olan müvəqqəti, lokal atəşkəs barədə danışıqları davam etdirir.

Zaporojye AES-ə gedən əsas elektrik xətti olan “Dneprova” martın 24-də kəsilib. O vaxtdan bəri stansiya üç dəfə xaricdən elektrik enerjisini tamamilə itirib.

AEBA Ukraynada fəaliyyət göstərən üç nüvə elektrik stansiyasının - Xmelnitski, Rovno və Yujno-Ukrainskanın yaxınlığında, eləcə də Çernobıl zonasında hərbi fəaliyyətin əhəmiyyətli dərəcədə artdığını bildirir. Son 24 saat ərzində Agentliyin komandaları nüvə obyektlərinə yaxın ərazidə 160-dan çox dron uçuşu hadisəsi qeydə alıblar.

“Atom obyektləri yaxınlığında hər hansı bir hərbi fəaliyyət nüvə qəzası riskini əhəmiyyətli dərəcədə artırır”, - deyə AEBA-nın baş direktoru Rafael Qrossi vurğulayıb. O, bütün tərəfləri maksimum təmkin göstərməyə və nüvə təhlükəsizliyi və mühafizəsinin yeddi prinsipini tam şəkildə tətbiq etməyə çağırıb.

Zaporojye AES ətrafında vəziyyət son dərəcə qeyri-sabit olaraq qalır. Təhlükəsizlik təhdidləri səbəbindən əvvəlki uğursuz cəhddən sonra, bazar ertəsi günü AEBA komandası həftəlik təchizatı təmin etmək üçün yenidən Enerqodar şəhərinə çata bilməyib.

Agentliyin Çernobıl stansiyasındakı, eləcə də Xmelnitski və Rovno AES-lərdəki işçiləri çərşənbə axşamından cümə axşamına qədər məcburən sığınacaqda qalıblar. Cənubi Ukrayna AES-dəki bir komanda obyektin yaxınlığında hərbi fəaliyyətə işarə edən səslər barədə məlumat verib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:103
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 May 2026 15:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see339

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see310

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see299

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see290

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see271

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see264

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see260

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see258

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see235

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see229

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see227

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see222

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see212

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see205

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see203

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see198

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see195

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see189

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see186

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri