Rafaellə Coşqun mənə şok yaşatdı
Axsham.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Bu şəhərdə"nin prodüseri mənə zəng etdi ki, sənin şərfindən Coşqunun xoşu gəlib, ver ona aparım. Həmin vaxta qədər biz bir-birimizi görməmişik. Cavab verdim ki, mağazadan gətiriblər, qaytardım. Amma lazımdırsa, gedib onu alıb hədiyyə verəcəyəm. Bir neçə gün sonra gəldi ki, Rafael deyir, gəlsin ofisimizə, çay içək".
Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Elgiz Əkbər verilişində deyib. O, "Bu şəhərdə" üzvləri, Əməkdar artist Coşqun Rəhimov və Rafael İsgəndərovun onu parodiya etməsindən danışıb:
"Getdim ofislərinə, məni danışdırırlar. Rafael, Coşqun sual verir, diqqətlə baxırlar. Mənim də ağlıma heç nə gəlmir. Heydər Əliyev Sarayında konsert olanda dondum, şok yaşadım. Bilmirdim ki, məni parodiya edəcəklər. Arxada bir qadın oturub, necə gülür. Amma bu dərəcədə yox da... Döndüm dedim ki, nə olub? Bəsdir, boğulacaqsdan. Mənə psixoloji təsir göstərirdi. 5 dəqiqə sonra mən də insanlara qarışıb güldüm.
Xuraman Əlizadə ilə çox yaxın dost olmuşuq. Sən bunu mənə zəng ver de da, özümü hazırlayım. O belə məndən gizlədim".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 22 İyul 2025 11:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















