“Rafaellə Coşqun məni parodiya edəndə icazə almışdılar, yaxşı ki...”
Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Özünüz görürsünüz də efirlər nə gündədir? Mən hansına çıxım? Əvvəllər gəlib-gedirdim. İndi tamaşaçılar da dəyişib. Əvvəllər görün kim idi tamaşaçılar, indi kimdir? Hər şey cılızlaşıb! Guya sizin sahədə yoxdur jurnalist adını ləkələyənlər? Bizim sahəmizdə də çoxdur”
Bunu Moderator.az-a açıqlamasında xalq artisti Əminə Yusifqızı deyib. O daha sonra əlavə edib:
“Heç vaxt toya getmirəm. Nə qohumlarımın, nə də ailə üzvləriminin toyuna. Xoşlamıram toyları. Qızımın toyunda iştirak etmişəm. Qohumlarımın toyu olub, bilirlər ki, getməyəcəm, heç öncədən dəvət də etməyiblər. Buna görə heç kim məndən inciməyiblər. Onlar mənimlə fəxr edirlər” deyə o bildirib.
Əminə Yusifqızı bildirib ki, illər öncə “Bu şəhərdə” KVN teatrında parodiya edilib:
“Bacarsalar niyə də pisdir ki? Məni də yaxşı parodiya etmişdilər, çox xoşuma gəlmişdi. Zəng edib icazə istədilər ki, olar sizi parodiya edək? Çox asanlıqla razılıq verdim. Bəyənməsəydim özüm də zəng edib irad bildirərdim. Mən ümumiyyətlə Rafaellə Coşqunu çox istəyirəm. Bu onların böyüklüyü idi ki, icazə aldılar” deyə aktrisa bildirib.
Baxış sayı:80
Bu xəbər 05 Mart 2025 10:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















