Icma.az
close
up
RU
“Rafale” qırıcısının vurulması Avropaya xəbərdarlıqdır

“Rafale” qırıcısının vurulması Avropaya xəbərdarlıqdır

Reyting.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Hindistan-Pakistan münaqişəsi zamanı Fransa istehsalı olan “Rafale” qırıcı təyyarəsinin vurulması Avropanın hərbi strategiyaları ilə bağlı suallar yaradıb. Həmçinin İndoneziya 8,1 milyard dollarlıq müqaviləni dayandırıb.
Reyting.az
xəbər verir ki, İsveçrənin “Neue Zürxer Zaytung” (NZZ) nəşri bu hadisədən Qərbin dərs götürməli olduğuna dair xəbərdarlıq edib.
“Bu itki Avropanın öz hərbi strategiyalarını nəzərdən keçirməli olduğu xəbərdarlığıdır”,- şərhini verən qəzet əlavə edib:
“Avropanın strateji muxtariyyəti daha çox Fransa istehsalı olan “Rafale”dən asılı olsa da, Avstraliya kimi ölkələr daha çox Amerika istehsalı olan “F-35” gizli zərbə təyyarələrinə üstünlük veriblər.
Ekspertlər xəbərdarlıq edir ki, Qərb hərbi hava qüvvələri Rusiya və Çin müdafiəsinə qarşı hazırlığı gücləndirməlidir. Çünki yaxşı situasiya məlumatlılığı olmadan yalnız müasir texnologiyaya güvənmək kifayət deyil”.
Hindistan Hərbi Hava Qüvvələrinə məxsus “Rafale” qırıcısının qalıqlarının foto və videolarının paylaşıldığı bildirilən xəbərdə, Hindistan üçün “Sindoor” kod adlı əməliyyatın fəlakətə çevrildiyi qeyd edilib. Ümumilikdə üç “Rafale” qırıcısı və iki Sovet istehsalı olan təyyarənin vurulduğu iddia edilsə də, bu iddialar təsdiqlənməyib. Dehli itkiləri inkar edir və “Sindoor” əməliyyatının tam müvəffəqiyyətlə keçdiyini bildirir.

Məlumata görə, Dehli iddia edir ki, İslamabad hökuməti aprel ayında Himalay hücumlarını dəstəkləyib. Lakin Hindistan öz cavabı ilə Pakistana “dərs vermək” əvəzinə ağır itkilərə məruz qalıb. “Rafale”nin vurulması xəbərindən sonra istehsalçı “Dassault” şirkətinin birja dəyəri də kəskin şəkildə aşağı düşüb. Şirkətin səhmləri beş ticarət günü ərzində təxminən 10 faiz itirib.
Fransız kəşfiyyat rəsmiləri CNN-ə Pakistanın Hindistan Hərbi Hava Qüvvələrinə məxsus ən azı bir “Rafale” qırıcısını vurduğunu təsdiqləyib.
Quyruq nömrəsi BS-001 olan “Rafale”yə aid görüntüləri Pakistan mətbuatında və sosial mediada paylaşılıb.
Keçən il Fransanın “Dassault Aviation” şirkəti ilə 42 ədəd “Rafale” almaq üçün müqavilə bağlayan İndoneziyada bu vəziyyət ciddi müzakirəyə yol açıb. Müqaviləyə əsasən, ilk altı təyyarənin 2025-ci ilin fevral-mart aylarında təhvil verilməsi planlaşdırılırdı. Bununla belə, İspaniyanın müdafiə nəşri “Galaxia Militar”a görə, İndoneziya hökuməti hazırda satınalmanı dayandırıb.
V. QULİYEV
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://reyting.az
archiveBu xəbər 22 May 2025 14:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see329

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see312

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see297

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see256

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see251

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see248

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see243

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see234

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see230

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see218

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see213

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see209

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see207

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see206

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see197

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see183

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see183

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see179

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see177

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri