Icma.az
close
up
RU
“Rafale” təyyarələrinə qarşı təbliğat genişlənib

“Rafale” təyyarələrinə qarşı təbliğat genişlənib

Icma.az xəbər verir, Xalqcebhesi saytına əsaslanaraq.

Çinin xarici işlər naziri Van İnin Avropa ölkələrinə səfəri davam edərkən Fransa-Çin münasibətlərində gərginlik yaşanıb. “Associated Press” agentliyinin məlumatına görə, müxtəlif ölkələrdə çalışan çinli diplomatlar Fransanın istehsalı olan “Rafale” qırıcı təyyarələrinin nüfuzuna zərbə vurmaq üçün təbliğat aparıblar.

Məsələ burasındadır ki, Hindistanla Pakistan arasında may ayında baş verən qısa müddətli müharibə zamanı bir neçə Fransa təyyarəsinin vurulduğu xəbəri yayılmışdı. Pakistan tərəfi Hindistana məxsus 5 “Rafale” təyyarəsinin vurulduğunu açıqlamışdı. Hindistan itkilərini etiraf etsə də, nə qədər təyyarə itirdiyini açıqlamamışdı. Franda Hindistan-Pakistan qarşıdurmasında “Rafale” təyyarələri ilə yanaşı Rusiyanın Su-30 təyyarəsinin də vurulduğunu bildirmişdi. Paris bununla demək istəyib ki, Rusiyanın hərbi təyyarələri də sınaqdan çıxmayıb. Bu yanaşma isə Kremlin xoşuna gəlməyib. Odur ki, “Rafale” təyyarələrinin gözdən salınması təbliğatında Çinin gizli dəstəkçisi Rusiyadır. Ancaq strateji tərəfdaş sayılan Rusiya ilə Çin arasında da gizli rəqabət var.
Pekin Fransanın hərbi təyyarəsinin potensial alıcılarını fikirlərindən daşındırmağa çalışıb. Bu sırada İndoneziyanın adı çəkilib. Pekin İndoneziyanın Çin istehsalı olan hərbi təyyarələrə üstünlük verməsini istəyib. Qərb analitklərinin fikrincə, Çin hərbi texnika satışı sahəsində Fransanın Asiyada mövqelərinin zəifləməsinə və öz mövqelərinin isə gücləndirilməsinə çalışır.
Fransa üçün “Rafale” təyyarələrinin satışı strateji əhəmiyyət daşıyır. Fransa bu yolla təyyarəsini satdığı ölkələrlə strateji münasibətlər qurmağa çalışır. Bu Çinin maraqlarına ziddir. Çünki, hərbi texnika istehsalını ildən ilə genişləndirən Çin Fransanı Asiya bazarında sıxışdırmaq istəyir. Paris isə hesab edir ki, bu rəqabət ədalətsizdir. Çünki, Fransa rəsmilərinin fikrincə, çinli diplomatlar “Rafale” haqqında daha çox həqiqətə uyğun olmayan xəbərlər yayırlar. Öz növbəsində Çin Xarici İşlər Nazirliyi Parisin iradlarını rədd edib.
Bu arada, İranın Çin hərbi təyyarələrinə maraq göstərdiyi xəbəri yayılıb. Halbuki, Tehran İsrail və ABŞ-la toqquşmaya qədər Rusiyanın hərbi təyyarələri ilə maraqlanırdı. Ancaq iranlı generalların mövqeyi dəyişib. İranın Rusiyanın deyil Çin hərbi təyyarələrinə üstünlük verməsi Moskva ilə Pekin arasında da rəqabətin genişlənməsinə səbəb olacaq.

“Atlas” Araşdırmalar Mərkəzi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 08 İyul 2025 19:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see469

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see368

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see317

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see298

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see284

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see261

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see246

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see245

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see240

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see235

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see231

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see223

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see221

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see218

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see210

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see210

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see197

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see193

Rubio: Ərzaq ticarətindən siyasi və iqtisadi təzyiq vasitəsi kimi istifadə olunmamalıdır

01 Noyabr 2026 01:55see191

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri