Icma.az
close
up
RU
Rahat yatmaq istəyənlər oxusun

Rahat yatmaq istəyənlər oxusun

Pravda.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Çay qədimdən indiyə kimi müxtəlif mədəniyyətlərdə sağlamlıq üçün istifadə olunan içki növüdür.

Çay günü daha enerjili keçirmək üçün qəhvənin yerini tutan içki olaraq qəbul edilir. Elə yuxu gətirən bitki çayları da bu xüsusiyyətləri ilə populyarlaşmağa başlayıb. Qara çay və bitki çaylarının sağlamlıq üçün faydaları saysızdır.

Bəzi çay növləri səhər yuxusundan sizi oyandırıb qəhvənin yerini aldığı kimi, bəziləri isə daha yaxşı gecə yuxusu almağınıza kömək edə bilər. Təbii olaraq sakitləşdirici təsirləri olan bu gecə çayları, yuxu pozğunluqlarını yüngülləşdirməyə və daha yaxşı yuxu ilə təmin etməyə kömək edir.

Pravda.az yuxuya getməyinizə kömək edəcək ən yaxşı çaylardan ibarət siyahını təqdim edir:

Yatmazdan əvvəl bir fincan isti sakitləşdirici çay içmək daha tez yuxuya getməyinizə kömək edə bilər. Çünki çaydakı maddələr bədəninizin rahatlamasına və yuxuya hazırlanmasına təşviq edən sinir sistemində kimyəvi reaksiyaları oyandırar. Bir çox bitki çayı və bəzi kafeinsiz əsl çaylar yuxunuzun gəlməsini artıran və yuxu problemlərini həll edən əlavə kimyəvi birləşmələr ehtiva edir.

Çobanyastığı çayı

Çobanyastığı çayı ən yaxşı yuxu çayıdır və yatmazdan əvvəl içiləsi çaylar siyahısının başında yer alır. Çobanyastığı çayı sakitləşdirici xüsusiyyətləri ilə yatmazdan əvvəl istifadə edilməli olan mükəmməl bir içkidir. Bu çay narahatlığı, yuxusuzluğu müalicə etmək və stresi azaltmaq üçün ənənəvi tibbdə əsrlərdir istifadə edilir. Çobanyastığı bitkisinin çiçəklərindən hazırlanan bitki çayı mükəmməl dad və qoxuya sahibdir. Çobanyastığı çayı əzələlər və sinirlər üzərindəki gərginliyi azaltmaq üçün yüngül sakitləşdirici təsir göstərir. Bu proses gərginliyi aradan qaldırmağa və rahatlamaya kömək edir.

Nanə çayı

Yatmazdan əvvəl bir fincan nanə çayı içmək, xüsusilə mədədə narahatlıq varsa, daha yaxşı yuxu yatmağınıza kömək edə bilər. Antistress çayı olaraq da bilinən bu çay əzələləri rahatladan və sakitlik gətirən xüsusiyyətlərə malikdir. Nanə çayı digər bir çox bitki çayı kimi kafeinsizdir, buna görə də yatmazdan əvvəl bir fincan içmək yuxusuzluğu artırmaz. Yatmadan əvvəl sakitlik hissi yaratmağa kömək edər. Nanə həmçinin həzmsizlik və ya digər həzm problemi olanlarda qazı və şişkinliyi yüngülləşdirərək rahat yuxuya səbəb olur. Nanə çayı eyni zamanda hamilə qadınlarda səhər bulantısını yüngülləşdirməyə kömək edir.  Araşdırmalara görə, nanə yağının hamilə qadınlarda bulantı yaranma riskini azaltdığı aşkar edilib.

Lavanta çayı

Lavanta çayı moruq rəngli və nanəli bir qoxu yayır. Lavanta çayı şirin, yumşaq və yüngül dada malikdir. Bu qoxu yatmazdan əvvəl sakitləşdirici funksiyaya malik olur. Lavanta vanna duzlarından aromaterapiyaya qədər hər şeydə istifadə olunur, sakitlik və rahatlıq hissləri yaratmağa kömək edir. Bu çay yorucu bir gündən sonra dincəlmək və daha rahat bir yuxuya hazırlanmaq üçün mükəmməldir. Araşdırmaçılar həmçinin lavantanın qadınlarda kişilərdən daha güclü təsir göstərdiyini müəyyən ediblər.

Pişikotu çayı

Pişikotu çayının sakitləşdirici gücünü qorumaq üçün qaynar su ilə deyil, isti su ilə dəmlənməlidir. Pişikotu çayı daha yaxşı yuxuya sahib olmaq üçün güclü potensiala malikdir. Pişikotu çayı adətən yuxuya səbəb olan melatonin hormonuna alternativ olaraq tövsiyə olunur. Bu çayın asılılıq yaratma xüsusiyyətlərinin ola biləcəyini bilmək vacibdir, buna görə onu digər yuxu çayları ilə növbəli şəkildə istifadə etmək yaxşı olar. Bəzi dərmanlarla da qarşılıqlı təsir göstərə bilər, ona görə də istifadə etməzdən əvvəl həkiminizlə məsləhətləşin.

Qeyd: Yuxu pozğunluqları və ya həzm problemləri səbəbindən yuxuya getməkdə çətinlik çəkirsinizsə, bitki çayları daha tez yuxuya getməyinizə və yuxu keyfiyyətinizi artırmanıza kömək edə bilər. Sadaladığımız yuxu çayları müxtəlif dad və qoxulara malikdir. Buna görə də onları sınayıb zövqünüzə ən uyğun olanını seçə bilərsiniz.

Əminə Bayramova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:44
embedMənbə:https://pravda.az
archiveBu xəbər 03 Mart 2025 09:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan İrana səsləndi, Poqosyan narahat oldu Fikirləşin, niyə?

02 İyun 2025 04:14see178

Saç yuyarkən suyun temperaturuna diqqət edin mütəxəssisdən vacib tövsiyələr

02 İyun 2025 05:06see142

Bu şəxs Polşanın yeni prezidenti oldu

02 İyun 2025 07:11see139

Gördük o “ekspertlərinizi”, 5 günə 1 sualı düz yaza bilməyiblər DİM ə ETİRAZ

02 İyun 2025 04:16see138

Şabrandakı yol qəzasında bir nəfər həyatını itirib

02 İyun 2025 09:33see135

Bəzi vitaminlərin çox qəbulu orqanizmə belə ziyan VURUR

02 İyun 2025 05:01see134

İmamoğlunun trolları hərəkətə keçdi

02 İyun 2025 15:13see133

Rusiya və Ukrayna yeni mübadilələr haqqında razılığa gəldi

02 İyun 2025 18:38see129

Britaniya ordusunun sayını artırır İlk dəfə

03 İyun 2025 01:17see129

Efirdə Təyyar Bayramovun mikrofonu söndürüldü Video

02 İyun 2025 15:31see128

Yarış üçün hazırlanmış Super Mustanq nümayiş olundu

02 İyun 2025 05:31see125

Havalar isinir, amma qrip təhlükəsi artır nə etməli?

02 İyun 2025 01:01see125

Alça yedikdən sonra bunlara diqqət edin!

02 İyun 2025 02:03see124

“Hörümçək toru” əməliyyatı ABŞ ı şoka salıb..?

03 İyun 2025 00:26see122

Bu beş bürc iyunda çətin sınaqdan keçəcək

03 İyun 2025 00:08see119

Futzal üzrə Azərbaycan Kubokunun final oyununa təyinatlar açıqlanıb

03 İyun 2025 10:16see118

Təmkin: “Bizə olan inamı doğrultduq”

03 İyun 2025 09:15see117

Ukrayna zərbə endirdi, bütün vilayət işıqsız qaldı

03 İyun 2025 01:34see115

Xaricdən gətirilmiş ət ilə daxildə satılan ət arasında əsas fərqlər yalnız kimyəvi tərkib baxımından ola bilər AÇIQLAMA

02 İyun 2025 22:30see112

Bu günə qədər Qareginin ünvanına güldən ağır söz deyilməyib

03 İyun 2025 09:40see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri