Rahid Əmirquliyev: Şahdağ Qusar ın yaşaması üçün hər şey etməyə hazıram
Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Şahdağ Qusar"ın yeni prezidenti Rahid Əmirquliyev klubun fəaliyyətini davam etdirməsi üçün əlindən gələn hər şey etməyə hazırdır.
İdman.biz xəbər verir ki, bunu "Report"a açıqlamasında I Liqa təmsilçisinin yeni rəhbərinin özü deyib.
O, Qusar klubuna prezident təyin olunmasından danışıb: "İstədik ki, Qusarda futbol yaşasın. Uzun illərdir "Şahdağ Qusar"a dəstək göstərən sponsor artıq əməkdaşlığı bitirib. Onlara əvvəlki illərdə göstərdikləri dəstəyə görə təşəkkür edirəm. Hər kəsin bildiyi kimi komanda yayda ciddi maliyyə problemləri ilə üzləşdi. Düşündüm ki, bu komandaya sahib çıxmalıyam. Bu işdə bizə dəstək olan Futbolun İnkişafı Fonduna təşəkkür edirəm. Qusarda futbol yaşamalıdır. İstəmərəm ki, II Liqanın çempionu fəaliyyətini dayandırsın. Həm futbolçu, həm də klub prezidenti kimi əlimdən gələn hər şeyin yaxşısını etməyə hazıram".
35 yaşlı yarımmüdafiəçi komandasının yeni mövsümdə I Liqadakı hədəflərindən söz açıb: "Təəssüf ki, hədəfimiz çempionluq olmayacaq. AFFA-nın ayırdığı büdcə ilə komandanın I Liqadakı yerini qorumasına çalışacağıq. Heyətin əksəriyyətini gənclər təşkil edir. Ötənilki heyətdən cəmi 4 futbolçu bizimlə qalıb. Elnur Abdullayev ötən il olduğu kimi baş məşqçi funskiyasını yerinə yetirəcək".
Qeyd edək ki, "Şahdağ Qusar" ötən mövsüm Azərbaycan II Liqasının qalibi olub.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 19 Avqust 2025 11:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















